Məzmuna keç

İmam Həsən

İmam Həsən
Doğum tarixi 1 mart 625
Doğum yeri Mədinə
Vəfat tarixi 669
Vəfat yeri Mədinə
Dəfn yeri Bəqi qəbiristanlığı
Vikipediya məqaləsi

Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ; 1 mart 625, Mədinə, Hicaz – 669, Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu.
  • Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır.[1]
  • Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.
  • Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.
  • Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.
  • Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.
  • Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.
  • İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.
  • Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.
  • Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir.[2]
  • Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.
  • Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə — qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[3]
  • Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.
  • Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.
  • Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.

Vikipediyada İmam Həsən haqqında məqalə var.

İstinadlar

[redaktə]
  1. Biharul-Ənvar, c. 78, səh. 102
  2. Məani-Əxbar, səh.401, hədis 62
  3. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1