Şah İsmayıl Xətai
Görünüş
Şah İsmayıl Xətai | |||
Tam adı | Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi | ||
Doğum tarixi | 17 iyul 1487 | ||
Doğum yeri | Ərdəbil | ||
Vəfat tarixi | 23 may 1524 | ||
Vəfat yeri | Ərdəbil | ||
Dəfn yeri | Şeyx Səfi kompleksi | ||
|
Şah İsmayıl Səfəvi (I İsmayıl və ya Şah İsmayıl) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; şair.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axan sulardan sən ibrət aldınmı?
Yüzünü yerlərə sürüyüb gedər.
C
[redaktə]- Cahil olan söylər, sözünü bilməz,
Meydana gəlincə özünü bilməz.
D
[redaktə]- Doğruluq dost qapısıdır, doğru gəl, gir bu yola.
Ə
[redaktə]- Ətrafımda heç kimin olmadığını bilirdim; boşluq. Ətrafımdakıların arxamca intriqalar toxuduqlarından, üzümə yaltaqlıqla gülümsədiklərindən şübhələnirdim.
H
[redaktə]- Həqiqət gizli bir sirrdir, aça bilirsənsə, gəl!
Küfrdə iman var, seçə bilirsənsə gəl!
Mən indi Şah Xətaiyəm, dağları duman bürüdü.
Budur İncil, budur Quran, seçə bilirsənsə gəl. - Hüzurunda göbək oynadan millətin, sərhədində düşmən at oynadar!
X
[redaktə]- Xristian hökmdarları bir-biri ilə anlaşmırlar. Çox qəribədir. Çünki aralarındakı qarışıqlıq onların ümumi düşməninə cəsarət verir. Ona görə də Avropa hökmdarları ilə düşmənçiliyi dayandırmaq üçün Macarıstan kralına yazdım.
Q
[redaktə]- Qılıncın gücü qılıncdan deyil, döyüşçünün biləyindən asılıdır.
M
[redaktə]- Mən döyüş adamıyam - rəqqaslara ehtiyacım yoxdur. Mənə sülhü bilmədən Vətənimin ətrafında at üstündə dövrə vurmaq lazımdır.
- Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: ana dilimizi; vicdanımızı; Vətənimizi.
- Dəqiq deyil.[1]
S
[redaktə]- Söz vardır kəsdirir başı,
Söz var kəsər savaşı.
Ş
[redaktə]- Şah Xətayim eydür: həman,
Dağları bürüdü duman,
İştə İncil, iştə Quran,
Seçə bilirsən, gəl bəri.
Şah İsmayıl Xətai haqqında sitatlar
[redaktə]- I Şah İsmayıl Xətainin şəxsiyyəti müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi. Siyasi və dini meylindən asılı olaraq, bəziləri onun haqqında şövqlə danışır, digərləri isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən İsmayıla qarşı qərəzsiz münasibət gözləmək, belə bir münasibətə rast gəlmək çətindir. Lakin müasirləri onun hərbi istedadının etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir İsmayılın hərbi dühasını xüsusilə şişirdir... Şah İsmayılın böyük çoxtayfalı dövlət təşkil etmək uğrunda fəaliyyəti və mülki idarəçiləri seçmək bacarığı onun böyük siyasi xadim olduğunu göstərir.
- И.П.Петрушевский. В книге Сборник статей по истории Азербайджана, Выпуск I, стр.242
- … Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi.
- Abbasqulu ağa Bakıxanov. ""Gülüstani-İrəm" əsərindən.
- Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd peyğəmbərin nəslindən olan) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə tutur, onları (iranlıları) həqarətlə tatlar və taciklər adlandırırdılar.
- O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. 2007, s.34-35).
- Şah İsmayıl yaraşıqlı, gözəl simalı, olduqca cəlbedicidir. Orta boyu, çevik vücudu, güclü və enli çiyinləri vardır; solaxaydır. Saçları sarışındır: qızılbaş adətinə uyğun olaraq yalnız bığ saxlayır, saqqalını qırxır. Gənc yaşlarında qoçaqlığına və cəsarətinə görə hər kəsi heyrətləndirirdi, qızılbaş əmirləri arasında hamıdan güclüdür. Ox atma yarışlarında hədəfdəki on almadan yeddisini vururdu. İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə – dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq.
- G.M.Anciolello - Venesiya diplomatı
- Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Ramiz Mehdiyev
- Şah İsmayılın müridlərinin ölüm daxil olmaqla hər cür fədakarlığa sevə-sevə qatlanmaları, siyasi durumun uyğun olması bir həqiqət olmaqla bərabər, 13 yaşında hər tərəfdə şiddətli etiraz ilə qarşılana biləcək bir məzhəbi təmsil edən dövlət qurması onun doğrudan da böyük şəxsiyyət olduğunu göstərməyə kifayət edir. O, çox cəsur və intizam sevər bir şəxsiyyət olduğu kimi, eyni zamanda təşkilatçı və təhsilli hökmdar idi. Təbriz meydanında bəyləri ilə birlikdə ox atarkən… ozanlar qopuz çalaraq onun igidliyini öyən nəğmələr söyləyirdilər.
- Fariq Sümər. Türk tarixçisi.
- Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 24 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi. Karl Marks