Əbülqasım Firdovsi
Görünüş
Əbülqasım Firdovsi | |||
Doğum tarixi | 940 | ||
Doğum yeri | Tus | ||
Vəfat tarixi | 1020 | ||
Vəfat yeri | Tus | ||
Dəfn yeri | Tus | ||
|
Firdovsi (d. 935–1020, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının görkəmli simalarında biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı bir adam, sənin can düşmənin olsa belə, cahil dostdan yaxşıdır.
- Ağıllı olan hər adam üzr istəyənin bir günahı olduğuna inanır.
- Atəşdən insana sərinlik gələr mi?
B
[redaktə]- Belində toxum daşıyan qarışqaya işgəncə etmə, çünki o varlıq canlıdır və həyat onun üçün də şirindir.
- Bir kərə ağaran saç bir daha qaralmaz.
D
[redaktə]- Dünya başdan-başa əsli olmayan bir nağıldan başqa bir şey deyildir.
- Dünyada vaxtını boş işlərlə keçirmə; yaxşı insanların izindən ayrılma.
E
[redaktə]- Eşq gülən gözdə deyil, ağlayan qəlbdədir.
- Elmli olan güclü olar..[1]
- Ey dünya! Sən başdan-başa izdirabla dolusan, xoşbəxtlik cəhətdən bomboşsan; heç bir ağıllı kimsə səndə məsud olmamışdır.
Ə
[redaktə]- Əgər qəlbin yanlış yollara üz tutursan bil ki, yer üzündə sənə qəlbindən başqası düşmən deyildir.
G
[redaktə]- Gənclik yaz kimidir, qocalıq isə qışa bənzər, elə bir qış ki, arxasından bahar gəlməz.
- Gənclik şərabını dadan dünyada özündən başqa kimsəni görməz.
H
[redaktə]- Hər istədiyini edə bilmirsənsə edə biləcəyin şeyləri istə.
- Hörmət və izzət pulla alınmır, onu göstərdiyin xeyirxahlıqla əldə edə bilərsən.
İ
[redaktə]- İnsanın düşmənlərini sevindirəcək şəkildə yaşamasındansa şərəfilə ölməsi daha yaxşıdır.
K
[redaktə]- Kədərsiz, ağrısız olan varmı?
- Kiçik uşaqların dərdini kiçik görməməli.
X
[redaktə]- Xam düşüncələri ancaq ağıl bişirər.
M
[redaktə]- Məlumatlı olan güclü olar.
Ş
[redaktə]- Şirin söz söyləyən heç kimsən pis söz eşitməz.
T
[redaktə]- Tənbəllik azad insanı kölə edər.
Y
[redaktə]- Yer üzündə bütün izdirablar aza qənaət etməməkdən yaranır.
Z
[redaktə]- Zəhər balla, sevgi də düşmənliklə bərabər gəlir.
- Zəngin o adamdır ki, nəyi varsa, onunla kifayətlənir.
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.116