Çin atalar sözləri
Vikisitat saytından
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
[redaktə] A
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.
- Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır.
[redaktə] B
- Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.
- Bəla sürüsüylə gəlir
- Bir dəfə aslanın belinə mindinsə enmək çətindir.
- Bir nəfərdən şübhələnirsənsə onu işə götürmə, işə götürürsənsə ondan şübhələnmə.
- Birinin ağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə.
- Böyük insanların iradələri, zəiflərin isə ümidləri vardır.
[redaktə] C
[redaktə] Ç
- Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin.
[redaktə] D
- Dərdli olmanın sirri, dərdli olub olmadığımızı düşünəcək qədər boş vaxta sahib olmağımızdır.
[redaktə] E
[redaktə] Ə
- Əsəbi ikən heç vaxt məktub yazma.
- Əsəbi vaxtı bir an səbrli olsan, yüz günlük peşmanlıqdan qurtararsan.
[redaktə] F
- Fəzilətə gedən qapını açmaq çətindir.
[redaktə] G
[redaktə] H
- Heç kim boğulma ehtimalı üzündən yeməyi rədd etməz.
[redaktə] X
- Xəncər kimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol.
[redaktə] İ
- İtin ağzından fil dişi tapa bilməzsən.
[redaktə] J
[redaktə] K
- Küncə qısılanda dovşan da sizi dişləyər.
[redaktə] Q
- Qızarmış ördəyin ağzına gələcəyini gözləyən çox gözləyər.
- Qurduğumuz ən böyük həbsxana içimizdədir.
[redaktə] L
[redaktə] M
- Min kilometrlik bir səyahət ilk addımla başlar.
[redaktə] N
[redaktə] O
- Oturaraq edə biləcəyin heç bir şeyi ayaqüstə, ayaqüstə edə biləcəyin heç bir şeyi oturaraq etmə.
- Oyun oynamaq fikrindəsənsə oyunun qaydalarını, hissələri, bitmə vaxtını öncədən müəyyən et.
[redaktə] Ö
- Önündən atılan nizədən qorunmaq asandır, nəinki arxandan atılan oxdan qorunmaq.
[redaktə] P
- Pis bir şey etmədinsə şeytanların qapını döyməsindən qorxma.
[redaktə] R
[redaktə] S
- Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır
[redaktə] Ş
[redaktə] T
[redaktə] U
[redaktə] Ü
[redaktə] V
[redaktə] Y
- Yaxındakıları xoşbəxt et, uzaqdakılar gələcək.