Məzmuna keç

İmam Səccad

İmam Səccad
Doğum tarixi 6 yanvar 659
Doğum yeri Mədinə
Vəfat tarixi 21 oktyabr 713
Vəfat yeri Mədinə
Dəfn yeri Bəqi qəbiristanlığı
Vikipediya məqaləsi

Əli ibn Hüseyn (4 yanvar 659, Kufə, Nəcəf, İraq – 20 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər Xilafəti) — şiələrin dördüncü imamı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə.[1]
  • Ananın sənin üzərindəki haqqı budur: heç kimi daşımadığı bir yerdə səni daşıdığını bilməlisən, heç kimə daddırmadığı ürəyinin meyvəsilə səni bəsləmişdir və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzalarıyla qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur. Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuşdur. O, sənin həyat qaynağındır. Qucağı-hüzur tapdığın yer, sinəsi-susuzluğunu aradan qaldırdığın yer, özü isə sənin bəlalara qarşı qalxanın olmuşdur. Dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbir edən yenə də o olmuşdur. Elə isə bu yaxşılıqlar miqdarında ona təşəkkür et.
  • Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.[2]
  • Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır.[3]
  • Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil.[4]
  • Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.[5]
  • Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbirlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[6]

Mənbə

[redaktə]
  1. İqbalul-əmal, c.1, səh.157
  2. Mişkatul-ənvar, səh.79
  3. Biharul-Ənvar, c.52, səh.122, hədis 4
  4. Biharul-Ənvar, c.69, səh.378, hədis 31
  5. əl-Kafi, c.2, səh.231, hədis 3
  6. Biharul-Ənvar, c.72, səh.336, hədis 24

Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.