Məzmuna keç

Şarl de Qoll

Şarl de Qoll
Doğum tarixi 22 noyabr 1890
Doğum yeri Lill
Vəfat tarixi 9 noyabr 1970
Vəfat yeri Colombey-les-Deux-Églises
Dəfn yeri Şarl de Qollun qəbri
Vikipediya məqaləsi

Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 1890–1970) — fransız generalı və siyasətçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, mən haqlı olanda hirslənirəm. Çörçill isə haqlı olmayanda hirslənir. Nəticədə biz biri-birimizə tez-tez hirslənirdik.
  • "Amma" ilə hökm edə bilməzsən.
  • Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur.
  • Az da olsa mənim özüm də qollist oldum.
  • Azadlıq dərk olunmuş həqiqətdir. İnsan üçün, xalq üçün həqiqəti dərk etməkdən böyük sərvət, müstəqillik və azadlıq ola bilməz.
  • Bir yığın jurnalistlə görüşmək ləzzət, az bir miqdarı ilə görüşmək kiçik bir xoşagəlməzlik, biri ilə görüşmək isə işgəncədir.
  • Böyük insanlar olmadan böyük işlər görmək mümkün deyil. Böyük insanlar isə qətiyyətli olduqlarına görə böyükdürlər.
  • Bütün fransızlar qollist olublar, qollistdirlər və qollist olacaqlar.
  • Cənab jurnalistlər, xoşbəxtlikdən, nə düşündüyümü bilmək üçün sizin qəzetlərinizi oxuyuram.
  • Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.
  • Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar.
  • Dövlət xadimi üçün ən vacib şey, vacib olmayan şeyləri vacib hesab etməməsidir.
  • Əgər doğrugan da, müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir.
  • Fransa döyüşü uduzdu, amma müharibəni yox.
  • Fransanın nə fikirləşdiyini bilmək istəyəndə özüm-özümdən soruşurdum.
  • Gənc yaşlarımdan Fransanın böyük sınaqlardan keçəcəyinə, həyatımın mənasının ona nə vaxtsa xidmət etməkdən ibarət və bunun üçün imkanlarımın olacağına əmin idim.
  • Güclünün böyüklüyü, zəifin sığınacağı olan susmaq qədər nüfuzu qaldıran başqa heç nə ola bilməz.
  • Həmişə ən çətin yolu seçin — bu yolda rəqiblərlə qarşılaşmayacaqsınız.
  • Hər bir işdə olduğu kimi, ədəbiyyatda da istedad məsuliyyət rəmzidir.
  • Hökumət təklif yox, sərəncam verməlidir.
  • İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir.
  • 246-dan çox fərqli pendir növü olan bir ölkədə tək partiyalı sistemin işləməsini necə gözləmək olar?
  • İnsanların dostları ola bilər, dövlət xadimlərinin isə yox.
  • Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.
  • Qocalıq gəmi qəzasıdır.
  • "Lakin" sözünün köməyi ilə idarə etmək mümkün deyil.
  • Məhz Atlantikadan Urala qədər bütün Avropa dünyanın taleyini müəyyən edir!
  • Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyini bütün qanunlardan üstün tuturam.
  • Mən Fransanın əzəməti, böyüklüyü deyəndə onun müstəqil, asılı olmayan siyasət yeridə bilməsini nəzərdə tuturam.
  • Mən yalnız mənimlə mübarizə aparanlara hörmət edirəm, amma onlara dözmək fikrində deyiləm.
  • Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm.
  • Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox.
  • Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır.
  • O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur.[1]
  • On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır.
  • Ordulara olduğu kimi, xalqlara da yaxşı rəhbər lazımdır. Bu olarsa, qalan məsələlər düzələr.
  • Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq.
  • Səyahət edərkən ən çox sevdiyim şey ibadətə qulaq asmaqdır. Kilsə yeganə yerdir ki, kimsə səninlə danışır, sən isə cavab verməyə məcbur deyilsən.
  • Siyasət, onu siyasətçilərə etibar etmək üçün həddindən artıq vacib bir şeydir.
  • Siyasətçi ağa olmaq üçün xidmətçi roluna girir.
  • Siyasətçi dediyi sözlərə o dərəcədə inanmır ki, başqalarının onu başa düşməsinə həmişə təəccüblənir.
  • Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım gəlir. Mən üstünlüyü ikinciyə verirəm.
  • Siyasətdə ya öz ölkənə, ya da seçicilərinə xəyanət etmək lazım gəlir. Mən ikincini üstün tuturam.
  • Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır.
  • Susmaq- hakimiyyətin mütləq silahıdır.
  • Sizin nöqteyi- nəzərlərinizi dinlədim. Onlar mənim nöqteyi nəzərimlə üst-üstə düşmür. Qərar yekdilliklə qəbul edilir.
  • Şöhrəti yalnız onu daima arzulayanlar qazanır.
  • Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.
  • Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

Xarici keçidlər

[redaktə]

İstinadlar

[redaktə]
  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194