Şarl Lui Monteskyö
Vikisitat saytından
- Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər.
- Bir tək adama edilən haqsızlıq, bütün birliyə yönəlmiş bir təhdiddir.
- Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır.
- Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq.
- İnsan nə qədər az düşünsə, o qədər çox danışar.
- Müvəffəqiyyətli olmaq üçün səy göstərsən şans səninlədir. Tənbəllər üçün şans deyilən bir şey yoxdur.
- Yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa , o ölkə batar.