Alber Kamyu
Görünüş
Alber Kamyu | |||
Doğum tarixi | 7 noyabr 1913 | ||
Doğum yeri | Dreön | ||
Vəfat tarixi | 4 yanvar 1960 | ||
Vəfat yeri | Villeblevin | ||
Dəfn yeri | Cemetery in Lourmarin | ||
|
Alber Kamyu (fransız dilində: Albert Camus; 7 noyabr 1913 −4 yanvar 1960) — fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında "Qərbin vicdanı" adlandırılmışdı. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Absurd əsas anlayış və ilk həqiqətdir.
- Absurd insan şüurunun toqquşmasından və dünyanın ehtiyatsız səssizliyindən doğulur.
- Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır.
- Alçalmaq, yüksəlməkdən çox daha asandır.
- Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır.
- Aydın yazanların oxucusu, qaranlıq yazanların isə şərhçiləri var.
- Azadlıq daha yaxşı olmaq fürsətindən başqa bir şey deyil.
- Azadlıq gələcək ümidi deyil. O, bu saniyəyədir və insanlarla və bu saniyədəki dünyayla uyğundur.
- Azadlıq, tarixin itməyən tək dəyəridir.
- Axmaq şeylər daha qalıcı olur.
B
[redaktə]- Bacardığımız hər iş bizi kölələşdirər, çünki daha yaxşısını etməyə məcbur edər.
- Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur.
- Bəlkə də bu dünyanın uşaqların işgəncələrə məruz qaldığı bir dünya olmasının qarşısını ala bilmərik. Amma işgəncəyə məruz qalan uşaqların sayını azalda bilərik. Əgər siz bizə kömək etməsəniz, dünyada başqa kim bizə bunu etməyə kömək edə bilər?
- Bəzən adam çəkdiyi əzabdan da xəbərsiz olur.
- Bəzilərinin yalnız normal olmaq üçün nə böyük səy göstərdiyini kimsə fərq etmir.
- Bir adam arvadına avtomobilinin qapısını açırsa əmin ola bilərsiniz: Ya avtomobili yenidir, ya da arvadı.
- Bir əsərin ürəyində, ora qaranlıq belə olsa sönməyən bir günəş parıldayar.
- Bir halda ki, həyat məsələsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edir ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər.
- Bir insan söylədikləri qədər söyləmədikləri ilə də insanlaşır.
- Bir insanı sevmək, onunla birlikdə yaşlanmağa razı olmaqdır.
- Bir insanın tək başına xoşbəxt olması utanılacaq bir şeydir.
- Bir ölkəni tanımağın yollarından biri orada insanların necə öldüyünü görməkdir. Burada (ABŞ nəzərdə tutulur – tərcm) hər şey nəzərə alınır. Tanıtma afişalarında bu cür yazılır: "Siz öləcəksiniz və o zaman istirahət başlanacaq −1". Məzarlıqların özəl mülkiyyəti var: "Yerinizi almağa tələsin!"
- Bir yazıçıyam. Mən deyil, qələmim düşünər, xatırlayar, ya da əhatə edər.
- Biz qəsdən düşünmə və mükəmməl cinayət dövründə yaşayırıq. Bizim cinayətkarlar artıq sevgini bəhanə edə biləcək aciz uşaqlar deyillər. Əksinə, onlar böyüklərdir və mükəmməl alibi var: fəlsəfə, istənilən məqsəd üçün, hətta qatilləri hakimə çevirmək üçün də istifadə oluna bilər".
- Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir.
- Bu dünyada ən böyük günah, insanların fikirlərindən qaçması deyilsə, nədir?
- Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram.
- Bu gün arvadım öldü, nəysə ki, stolumun üstü məni əyləndirəcək bir çox sənədlə dolu.
- Bu məsələni anlayıram, o birisini qəbul etmirəm" demək olmaz, insan gərək anlaşılmayanı da öyrənib qəbul etməyə çalışsın.
- Bütün bəşəriyyət tarixi, hər halda, ümumbəşəri nüfuz və mütləq gücün fəthi uğrunda uzun sürən ölüm-qalım mübarizəsindən başqa bir şey deyil.
- Bütün böyük hadisələrin, böyük düşüncələrin əhəmiyyətsiz bir başlanğıcı vardır.
- Bütün cəhdlərimə baxmayaraq səbəbini belə anlamadığım bu hüzndən xilas ola bilmirəm.
C
[redaktə]- Canlı insan əsarətə düşə və obyektin tarixi vəziyyətinə salına bilər. Lakin o, kölə olmaqdan imtina edərək ölürsə, o, obyekt kimi təsnif edilməkdən imtina edən başqa bir insan təbiətinin mövcudluğunu bir daha təsdiqləyir.
- Cavanlıq asan xoşbəxtliklər üçün parlaq bir çağdır.
Ç
[redaktə]- Çağımızdakı ideologiyaların sonunu göstərən işarələri qeyd etməli. Atom bombası ideoloji baxımdan qadağandır.
- Çıxıb gedənə hər şey yumor, qalıb gözləyənə hər şey şeirdir.
D
[redaktə]- Din siyasətlə birləşəndə inkvizisiya yaranır.
- Doğru olanı axtarmaq, arzu olunanı axtarmaq deyil.
- Dostlarım, indi mən sizə böyük bir şey söyləyəcəyəm. Əsla qiyamətin qopmasını gözləməyin, o hər gün qopmaqdadır.
- Dörd adamdan artıq birlikdə olmaq mənə dözülməz görünür.
- Dünya işıqlıq olsaydı, sənət olmazdı.
- Dünyada hər pislik daim cəhalətdən doğar.
- Düşünmək vərdişinə yiyələnməmişdən əvvəl yaşamaq vərdişini qazanırıq.
E
[redaktə]- Elə bil ki, o böyük qəzəb məni təmizlədi, ümidimi boşaltdı və onun əlamətləri və ulduzları ilə çırpınan qaranlıq səmaya baxaraq, ilk dəfə ürəyimi açdım. kainatın xeyirxah laqeydliyi. Bunu özüm kimi, həqiqətən də, qardaşcasına hiss etmək, xoşbəxt olduğumu və hələ də xoşbəxt olduğumu başa düşməyə məcbur etdi. Hər şeyin başa çatması üçün, özümü daha az tənha hiss etməyim üçün ümid etmək qalırdı ki, edam günümdə çoxlu tamaşaçı izdihamı olsun və onlar məni tənhalıqla qarşılasınlar
- Eşq, ağıllı axmaq demədən bütün insanlara yoluxan bir xəstəlikdir.
- Etiraf etməliyəm ki, əzab çəkmə faktı uzun müddət mənə yad olub. Məni bu mövzudan eşq agah etdi. İndi artıq buna dözə bilmirəm. Öldürmək bu mənada əzab çəkməkdən yaxşıdır. Dünən tam mənada dərk etdiyim şey doğrudan da ölmək arzusu idi.
Ə
[redaktə]- Ədalət olmadan nizam olmaz.
- Əxlaqa dair nə bilirəmsə, bunu futbola borcluyam. Çünki top heç bir zaman gözlədiyim küncdən gəlmədi.
- Əgər Allah olmasaydı, insan bu qədər dəyərli ola bilərdimi? Bu mənim bu gün bildiyim yeganə səmimi məsələdir.
- Əksər insanlar üçün müharibə tənhalığın sonu deməkdir. Mənim üçün o, ən böyük təklikdir.
- Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalini qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağılımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra.. İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım.
F
[redaktə]- Fəlsəfə, utanmazlığın müasir formasıdır.
G
[redaktə]- Gecələr sonsuz deyil.
- Gerçək ümidsizlik can vermə, məzar və uçurumdur.
- Gələcək bizim əlimizdə deyil, üzərimizə gələn bu nəhəng axına qarşı heç bir şey edə bilmərik.
- Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır.
- Günəşin bir gün çıxması həftələrlə yağan yağışı unutdurur.
H
[redaktə]- Haqlı olan əsla öldürməyəndir. Bu o deməkdir ki, o, Tanrı ola bilməz.
- Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur.
- Hamı eyni tale ilə yaşayır və eyni hissləri keçirirdi. Ən böyük hiss isə ayrılıq və əsir düşmə hissi idi, qorxu və etirazı yaradan da elə o idi.
- Hamımız öləcəyimizə görə, nə vaxt və necə olduğunun əhəmiyyətsizliyi ortadadır.
- Heç bir sənətçi həqiqətən imtina etməz.
- Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır.
- Heç kim özünə sual verməməlidir: mən niyə bədbəxtəm? Sual özündə hər şeyi məhv edəcək virusu daşıyır. Bu sualı veririksə, deməli, bizi nəyin xoşbəxt etdiyini öyrənmək istəyirik. Əgər bizi xoşbəxt edən indikilərdən fərqlidirsə, ya birdəfəlik dəyişməliyik, ya da özümüzü daha da bədbəxt hiss edərək, olduğumuz kimi qalmalıyıq.
- Hər bir ideologiya insan psixologiyasına ziddir.
- Həyat bir şey deyil. Etinayla yaşayın.
- Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.
- Həyatım boyunca əleyhinə olduğum şeyləri burda qəbul edirəm – sanki bu səfər daxilində istəmədiyim hər şeyə boyun əyməli olmuşam.
- Həyatın acınacaqlı olduğuna görə faciəli olduğuna inanmaq müəyyən ədəbiyyatın uğursuzluğudur. Həyat möhtəşəm və böyük ola bilər — bu, onun bütün faciəsidir. Gözəllik, sevgi və ya təhlükə olmadan yaşamaq demək olar ki, asan olardı. M. Sartrın qəhrəmanı isə ümidsizlik səbəblərini insanın bəzi böyüklük əlamətlərinə əsaslandırmaq əvəzinə, insanın iyrənc hesab etdiyi cəhətləri üzərində israr edəndə, bəlkə də, bizə əzabının əsl mənasını vermir. Həyatın absurd olduğunu başa düşmək son ola bilməz, ancaq başlanğıcdır. Bu, demək olar ki, bütün böyük ağılların başlanğıc nöqtəsi kimi qəbul etdiyi bir həqiqətdir. Maraqlı olan bu kəşf deyil, ondan çıxarılan nəticələr və hərəkət qaydalarıdır.
X
[redaktə]- Xüsusilə xalqın rifahı həmişə tiranların alibi olub və bu, tiranlıq qullarına təmiz vicdan bəxş etməkdə əlavə üstünlüklər verir. Halbuki, onlara qışqırmaqla o təmiz vicdanı məhv etmək asan olardı: xalqın xoşbəxtliyini istəyirsənsə, qoy danışsınlar, hansı xoşbəxtlik istədiklərini, hansı xoşbəxtliyi istəmədiklərini desinlər! Amma həqiqətdə belə alibilərdən istifadə edənlər yalan olduğunu bilirlər; onlara inanmaq, dinin, vətənpərvərliyin, ədalətin yaşaması üçün azadlıq fədakarlığına ehtiyac olduğunu sübut etmək işini vəzifə başında olan ziyalılarının öhdəsinə buraxırlar.
İ
[redaktə]- İki dəfə canlanan intihar düşüncəsi. Dənizi seyr edərkən gicgahlarımdan qorxunc bir yanğın yüksəlir. İnsanın canına necə qəsd etdiyini anladığımı sanıram.
- İlk həftələr adamlar ayrı düşdükləri məhəbbətin uzaq, gözəl bir kölgəyə döndüyündən şikayətlənirdilərsə, sonralar həmən kölgənin də uzaqlaşıb rəngini və gözəlliyini itirdiyini duydular.
- İnancın yerə düşsə, silahın da yerə düşər.
- İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur, amma yenə də yaşamaq lazımdır.
- İnsan heç vaxt tamamilə bədbəxt olmaz.
- İnsan həmişə öz həqiqətlərinin qurbanıdır. Onları qəbul etdikdən sonra onlardan qurtula bilməz.
- İnsan insan olmadığı müddətcə insanlar insan kimi yaşaya bilməz.
- İnsan münasibətləri həmişə davam etməyimizə kömək edir, çünki onlar həmişə gələcək inkişafı, gələcəyi nəzərdə tuturlar — və eyni zamanda, bizim yeganə vəzifəmiz məhz başqa insanlarla münasibət qurmaq olduğu kimi yaşayırıq.
- İnsan, nə isə olmağı rədd edən tək varlıqdır.
- İnsan — öz-özündən saxlamağa çalışdığı yanını sevməz.
- İnsan özü üçün gerçək və mütləq olan xoşbəxtliyə həyatında bir dəfə çatar və geri qalan bütün həyatını bu xoşbəxtliyə təkrar çatmağa həsr edər.
- İnsan — özünə bir məna verməyə çalışan tək məxluqdur..
- İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi.
- İnsan yeganə məxluqdur ki, özü olmaqdan imtina edir.
- İnsanı ağıllı edən tək şey nifrətdir.
- İnsanı müdafiə edirəm, çünki düşdüyünü gördüm.
- İnsanın əvvəl axır öyrəşə bilməyəcəyi bir düşüncə yoxdur.
- İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir.
- İnsanın pulu varsa, çalışmaq məcburiyyətində qalmaz. Beləcə zamanı alar. Bu qalan zamanda da özünü xoşbəxt edə biləcək şeyləri edər. Yəni pul xoşbəxtliyi alar.
- İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır.
- İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var.
K
[redaktə]- Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz.
- Kəlimələr torba kimidir, içinə qoyulan şeyin şəklini alar.
- Kök salmaqda olan ümidsizlik adəti ümidsizliyin özündən də pisdir.
- Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır.
Q
[redaktə]- Qışın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim.
M
[redaktə]- Mədəniyyət və onunla gələn nisbi azadlıq olmasaydı , cəmiyyət mükəmməl olsa belə, cəngəllik olardı. Buna görə də hər bir orijinal yaradılış əslində gələcək üçün bir hədiyyədir.
- Məktəb bizi mövcud olmayan bir dünyada həyata hazırlayır.
- Mən ümidsizliyi və bu dərdli dünyanı qəbul etməyərək, insanların birləşməsini və pis yazğılarına qarşı döyüşmələrini istəyirdim.
- Məni maraqlandıran yeganə məsələ, hər şeydən əvvəl, özünü necə aparmağı bilməkdən ibarətdir.
- Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir. Bu qədər.
- Mərhəmət faydasız olanda, insan ondan bezər.
- Mətbuat azadlığı bəlkə də azadlıq düşüncəsinin gedərək alçaldılmasından ən çox ağrılı çəkmiş azadlıqdır.
- Müasir siyasi cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır.
- Müvəffəqiyyət asan əldə edilir, çətin olan müvəffəqiyyətə layiq olmaqdır.
Ö
[redaktə]- Ömrünün iyirmi ilini dağınıq bir qadına vermiş, ona hər şeyini, dostluqlarını, işini, həyatının möhtəşəmliyini qurban verən və bir axşam onu heç vaxt sevmədiyini anlayan bir adam tanıyırdım. O, darıxmışdı, hamısı, əksər insanlar kimi cansıxıcı idi. Beləliklə, o, özünü bütöv bir parçadan fəsadlar və dramlarla dolu bir həyat qurmuşdur. Nəsə baş verməlidir və bu, insan öhdəliklərinin çoxunu izah edir. Hətta sevgisiz köləlik, hətta müharibə və ya ölüm belə baş verməlidir. Alber Kamyu
- Önümdən getmə səni izləməyə bilərəm, arxamdan da gəlmə, yol göstərməyə bilərəm; yanımda get və yalnız dostum qal.
- Ölüm bir statistika və dövlət işi olanda, dünya işləri artıq yaxşı getmir deməkdir.
- Özü üçün bütpərəst, başqaları üçün xristian olmaq — hər bir insan instinktiv olaraq buna meyil edir.
- Özümü yenidən bu qədər gücsüz hiss etmənin hüznü. İyirmi beş il sonra əlli yeddi yaşım olacaq. İyirmi beş il ərzində özümü yaratmalı və axtardığımı tapmalıyam. Ardınca qocalıq və ölüm gəlir. Mənim üçün ən əhəmiyyətli olan şeyi bilirəm. Boş-boş danışmalar və qısır yoxsulluqla vaxtı yelə verməyin yollarını da bilirəm. İçimdəki iki-üç meylə hakim kəsildim. Amma mənə gərək olan bu üstünlükdən nə qədər də uzağam. İnsanlara xas istəklərim, qaynar təbiətimlə bu unuduluş dənizlərinə, ölümün sehrinə bənzəyən bu ölçüsüz səssizliklərə uyğunlaşma arzusu arasında sürətlə parçalanıb qaldım.
- Özünü olduğu kimi qəbul etmək istəməyən yeganə varlıq insandır.
P
[redaktə]- Pislik cəhalətdən gəlir.
- Polemikaya görə çoxumuzun gözünü pərdələr bürümüş, artıq insanlarla yox, kölgələr dünyasında yaşayırıq.
R
[redaktə]- Rəsmi tarix mövcud olmuş ən böyük qatillərin tarixidir. Qabil Habili bu gün öldürmüş deyil, amma bu gün Qabil Habili ağıl uğruna öldürür və qürur medalı istəyir.
- Rəssamın bədbəxtliyi ondan ibarətdir ki, o, nə monastırda yaşayır, nə də bu dünyada — üstəlik, o, hər iki həyatın vəsvəsələri ilə əzab çəkir.
S
[redaktə]- Sevgilisinin xəyalı ilə söhbət edən adam başqa fikrə macal tapmadan torpağın sükutuna qovuşur, başqa heç nəyə vaxtı qalmır.
- Sevmənin sərhədi ola bilməz.
- Sənət məncə çox sayda insanı ortaq ağrılar və sevinclərlə coşduracaq görünüşləri, formaları tapmaqdır.
- Sənət, sənətçini insanlardan ayrılmamağa məcbur edir.
- Sənət zorbalığa qarşıdır.
- Sənətçilər həyatdan yanadırlar ölümdən yana yox.
- Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür.
- Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdən ya da qəbul etməkdən acizəm.
- Sözün gəlişi 'dostlarım' deyirəm, dostum yox artıq, yalnız günah ortaqlarım var. Onların da sayı çox artdı, bütün insanlar günah ortağım mənim. Ən başda da siz gəlirsiniz. Kim yanımdadırsa birinci odur.
- Suyun üzəri hələ aydınlıqdır, amma dərində qaranlıqlar sezilir. Dəniz belədir. Zatən, onu bunun üçün sevirəm. Həyatın çağırışı, ölümə dəvət.
Ş
[redaktə]- Şərəfini bir tərəfə buraxan inqilab bu duyğunun suveren olduğu qaynaqlarına xəyanət etmiş olar.
T
[redaktə]- Tarix qarşısında məsuliyyət insanı insanlar qarşısında məsuliyyətdən azad edir. Bu onun rahatlığıdır.[1]
- Texniki sivilizasiyamız ən böyük vəhşilik səviyyəsinə təzəcə çatmışdır. Biz az-çox yaxın gələcəkdə kollektiv intihar və elmi fəthlərimizdən ağıllı istifadə arasında seçim etməli olacağıq.
- Təcrübəni, müəyyən bir taleyi yaşamaq, onu tamamilə qəbul etməkdir.
U
[redaktə]- Uğrunda ölünəcək çox ideyalar var, amma heç biri uğrunda öldürməyə dəyməz!..
Ü
[redaktə]- Ümid olmayan yerdə onu icad etmək bizim borcumuzdur.
Y
[redaktə]- Ya bütün çırpınmalarını aşan daha yüksək bir mənası vardır bu dünyanın, ya da bu çırpınmalardan başqa heç bir şey gerçək deyil.
- Ya zamanla birlikdə yaşar ölərsən, ya daha böyük bir həyat uğruna zamanın xaricinə çıxarsan.
- Yadına sal ki, bir qol vurmaq üçün neçə fənd qurub, neçə top ötürməli olursan.
- Yalan sonda həqiqətə aparmırmı? Və mənim bütün hekayələrim, doğru və ya yalan, eyni nəticəyə meyilli deyilmi? Onların hamısı eyni məna daşımırmı? Beləliklə, əgər hər iki halda mənim nə olduğum və nə olduğum üçün onların doğru və ya yalan olmasının nə əhəmiyyəti var? Bəzən yalançını aydın görmək, həqiqəti söyləyən adamı görməkdən daha asandır. Həqiqət, işıq kimi, korluq edir. Yalan isə əksinə, hər bir əşyanı gözəlləşdirən gözəl bir alaqaranlıqdır.
- Yaradıcı olaraq ölümün özünə həyat verdim. Ölmədən əvvəl etdiyim şey bu.
- Yaşamaq öz başına bir dəyər mühakiməsidir. Nəfəs almaq isə; mühakimə etməkdir.
- Yaşamaq özünə və həm də başqalarına qarşı pislik etməkdir. Amansız torpaq! Heç bir şeyə toxunmamaq üçün nə etməli?
- Yaşamaq, var olmaq ölümə doğru getmək deməkdir. Biz, necə deyərlər, ölümə məhkkum olunmuş, ancaq bu hökmün nə zaman və harada yerinə yetiriləcəyini bilməyən kimsəsiz insanlarıq.[2]
- Yaşamanın dadını çıxarmaqdan qorxana axmaq deyərəm.
- Yazıçı öz sənətini böyük edən bu iki vəzifəyə yüklənməlidir; gerçəyi və azadlığı.
- Yazıçıların və bəzi sənətçilərin missiyası öz sözlərini deyə bilməyənlərin, ya da demək iqtidarında olmayanların fikirlərini sözə çevirməkdən ibarətdir.
- Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək.
- Yazıçının məqsədi sivilizasiyanı özünüməhvdən qorumaqdan ibarətdir.
- Yazılan hər şey yaşana bilməz, amma insan bunu etməyi sınaya bilər.
Z
[redaktə]- Zamanımdan ayrıla bilməyəcəyimi anlayanda, onunla birləşməyə qərar verdim.
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.