Alber Kamyu

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Alber Kamyu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Alçalmaq, yüksəlməkdən çox daha asandır.
  • Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır.
  • Azadlıq gələcək ümidi deyil. O, bu saniyəyədir və insanlarla və bu saniyədəki dünyayla uyğundur.
  • Azadlıq , tarixin itməyən tək dəyəridir.
  • Axmaq şeylər daha qalıcı olur.

B[redaktə]

  • Bacardığımız hər iş bizi qullaşdırır, çünki daha yaxşısını etməyə məcbur edir.
  • Bir əsərin ürəyində, ora qaranlıq belə olsa sönməyən bir günəş parıldayar.
  • Bir insan söylədikləri qədər söyləmədikləri ilə də insanlaşır.
  • Bir insanı sevmək, onunla birlikdə yaşlanmağa razı olmaqdır.
  • Bir insanın tək başına xoşbəxt olması utanılacaq bir şeydir.
  • Bir yazıçıyam. Mən deyil, qələmim düşünər, xatırlayar, ya da əhatə edər.
  • Böyük olmanın yolu da, dahilik kimi iş və alın tərindən keçir.
  • Bu dünyada ən böyük cinayət, insanların daşıdıqlarından qaçmağı deyilsə nədir?
  • Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram.
  • Bu gün arvadım öldü, nəysə ki, stolumun üstü məni əyləndirəcək bir çox sənədlə dolu.
  • Bütün böyük hadisələrin, böyük düşüncələrin əhəmiyyətsiz bir başlanğıcı vardır.

D[redaktə]

  • Dostlarım, indi mən sizə böyük bir şey söyləyəcəyəm. Əsla qiyamətin qopmasını gözləməyin, o hər gün qopmaqdadır.
  • Dünya işıqlıq olsaydı, sənət olmazdı.
  • Dünyada hər pislik, demək olar ki, cəhalətdən gəlir.

E[redaktə]

  • Eşq, ağıllı axmaq demədən bütün insanlara yoluxan bir xəstəlikdir.

Ə[redaktə]

  • Ədalət olmadan nizam olmaz.
  • Əxlaqa dair nə bilirəmsə, bunu futbola borcluyam. Çünki top heç bir zaman gözlədiyim küncdən gəlmədi.
  • Əgər Allah olmasaydı, insan bu qədər dəyərli ola bilərdimi? Bu mənim bu gün bildiyim yeganə səmimi məsələdir.
  • Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalini qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağılımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra.. İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım.

F[redaktə]

  • Fəlsəfə, utanmazlığın müasir formasıdır.

G[redaktə]

  • Gecələr sonsuz deyil.
  • Gerçək ümidsizlik can vermə, məzar və uçurumdur.
  • Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır.

H[redaktə]

  • Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur.
  • Hamımız öləcəyimizə görə, nə vaxt və necə olduğunun əhəmiyyətsizliyi ortadadır.
  • Heç bir sənətçi həqiqətən imtina etməz.
  • Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır.
  • Həyat bir şey deyil. Etinayla yaşayın.

İ[redaktə]

  • İnancın yerə düşsə, silahın da yerə düşər.
  • İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur, amma yenə də yaşamaq lazımdır.
  • İnsan heç vaxt tamamilə bədbəxt olmaz.
  • İnsan insan olmadığı müddətcə insanlar insan kimi yaşaya bilməz.
  • İnsan, nə isə olmağı rədd edən tək varlıqdır.
  • İnsan - öz-özündən saxlamağa çalışdığı yanını sevməz.
  • İnsan özü üçün gerçək və mütləq olan xoşbəxtliyə həyatında bir dəfə çatar və geri qalan bütün həyatını bu xoşbəxtliyə təkrar çatmağa həsr edər.
  • İnsan - özünə bir məna verməyə çalışan tək məxluqdur..
  • İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi.
  • İnsanı ağıllı edən tək şey nifrətdir.
  • İnsanı müdafiə edirəm, çünki düşdüyünü gördüm.
  • İnsanın əvvəl axır öyrəşə bilməyəcəyi bir düşüncə yoxdur.
  • İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir.
  • İnsanın pulu varsa, çalışmaq məcburiyyətində qalmaz. Beləcə zamanı alar. Bu qalan zamanda da özünü xoşbəxt edə biləcək şeyləri edər. Yəni pul xoşbəxtliyi alar.
  • İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır.
  • İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var.

K[redaktə]

  • Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz.
  • Kəlimələr torba kimidir, içinə qoyulan şeyin şəklini alar.
  • Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır.

Q[redaktə]

  • Qışdın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim.

M[redaktə]

  • Mən ümidsizliyi və bu dərdli dünyanı qəbul etməyərək, insanların birləşməsini və pis yazğılarına qarşı döyüşmələrini istəyirdim.
  • Məni maraqlandıran yeganə məsələ, hər şeydən əvvəl, özünü necə aparmağı bilməkdən ibarətdir.
  • Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir. Bu qədər.
  • Mərhəmət faydasız olanda, insan ondan bezər.
  • Mətbuat azadlığı bəlkə də azadlıq düşüncəsinin gedərək alçaldılmasından ən çox ağrılı çəkmiş azadlıqdır.
  • Müasir siyasi cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır.
  • Müvəffəqiyyət asan əldə edilir, çətin olan müvəffəqiyyətə layiq olmaqdır.

Ö[redaktə]

  • Önümdən getmə səni izləməyə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız dostum qal.
  • Ölüm bir statistika və dövlət işi olanda, dünya işləri artıq yaxşı getmir deməkdir.

P[redaktə]

  • Pislik cəhalətdən gəlir.
  • Polemikaya görə çoxumuzun gözünü pərdələr bürümüş, artıq insanlarla yox, kölgələr dünyasında yaşayırıq.

S[redaktə]

  • Sevmənin sərhədi ola bilməz.
  • Sənət məncə ən böyük sayıda insanı ortaq ağrılar və sevinclərlə coşduracaq görünüşləri, formaları tapmaqdır.
  • Sənət, sənətçini insanlardan ayrılmamağa məcbur edir.
  • Sənətçilər həyatdan yanadırlar ölümdən yana yox.
  • Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür.
  • Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdən ya da qəbul etməkdən acizəm.

Y[redaktə]

  • Yaşamağın dadını bilməkdən qorxana axmaq deyərəm.
  • Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı.
  • Yazıçılıq sənəti qorunması güc olan bu iki tapşırığa bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək.


Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Wikimedia Commonsda Alber Kamyu ilə əlaqəli mediafayllar var.

Vikpediyada Alber Kamyu haqqında məqalə var.