Məzmuna keç

Anton Çexov

Anton Çexov
Doğum tarixi 17 yanvar 1860
Doğum yeri Taqanroq
Vəfat tarixi 15 iyul 1904
Vəfat yeri Badenvayler
Dəfn yeri Novodeviçye qəbiristanlığı
Vikipediya məqaləsi

Çexov Anton Pavloviç (1860–1904) — rus yazıçısı və dramaturqu, dünya ədəbiyyatının klassiki; peşəcə həkim; zərif filologiya elminin dərəcəsi üzrə İmperator Elmlər Akademiyasının fəxri akademiki; dünyanın ən məşhur dramaturqlarından biri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • "Abırsız"- yunan sözüdür və sənin dilində tərcüməsi bütün dünyanın onun donuz olmasını bilməsini istəyən donuzu bildirir.
  • Ac itin dünyada inandığı bir həqiqət varsa, o da ətdir.[1]
  • Ailə həyatında ən vacib element sevgidir.
  • Ailə həyatında əsas məsələ təmkindir. Məhəbbət uzun müddət davam edə bilməz.
  • Ağıl və ədalət mənə deyir ki, bəşəriyyətə elektrik və buxarda məhəbbət iffət və ətdən çəkinməkdən daha çoxdur.
  • Ağıllı deyir " bu yalandır, amma xalq bu yalansız yaşaya bilməz. Çünki, xalqın tarixdən xəbəri var. Ona görə də yalanın kökünü dərhal kəsmək təhlükəlidir. Qoy o bəzi düzəlişlərlə mövcud olsun". Dahi deyir: " bu yalandır, deməli, mövcud olmamalıdır".
  • Ağıllı öyrənməyi, axmaq isə öyrətməyi xoşlayır.
  • Ağıllı, təhsilli insanlar lazımdır. Bəşəriyyət daha yaxşı həyata yaxınlaşdıqca, bu adamların sayı çoxalacaq və sonda əksəriyyət təşkil edəcək.
  • Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.
  • Alman meymun uydurdu. Meymunu uydurmaq onun özünü yaratmaqdan daha maraqlıdır.
  • Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə.
  • Araq ağdır, amma burnu qızardır, nüfuzu qaraldır.
  • Arvadla birgə Parisə getmək, köhnə samovarı qoltuğuna vurub Tulaya (Rusiyada samovar istehsalının mərkəzi) getmək kimi bir şeydir.
  • Aşiq olmaq insana göstərir ki, o, necə olmalıdır.
  • Avara həyat saf ola bilməz.
  • Aydın olmayan hər şey sirlidir və ona görə, həm də vahiməlidir.
  • Barmağınıza tikan batanda sevinin ki, gözünüzə batmayıb.
  • Başqalarının əzablarına gülmək bağışlanmaz günahdır.
  • Başqalarının iztirablarının ələ salınması bağışlanmamalıdır.
  • Bədbəxtlər axmaqlardan daha az eqoist, qəzəbli, ədalətsiz, amansız olur və bir-birini axmaqlardan daha az başa düşürlər. Bədbəxtlik insanları birləşdirmir, əksinə ayırır…
  • Bəlağətli dildən özünü qoru. Dil gərək sadə və aydın olsun.
  • Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var.
  • Bir ağrı həmişə başqasını azaldır. Siz ayağınızı dişləri ağrıyan pişiyin quyruğuna basın, o yüngülləşəcək.
  • Bir ər-arvadın xoşbəxt və ya bədbəxt olduğunu heç kim deyə bilməz. Bu, Allahın və onların ikisinin bildiyi bir sirdir.
  • Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.
  • Biriləri arxanızca danışırsa bu onlardan öndəsiniz deməkdir.
  • Bığsız kişi bığlı arvad kimi bir şeydir.
  • Bu ağıllıların hamısı elə axmaqdırlar ki, söhbət eləməyə belə adam tapılmır.
  • Bu dövrdə xoşbəxt birini görmək insana qəribə gəlir. Ağ rəngli fil görmək, xoşbəxt insan görməkdən daha asandır.
  • Bu dünyada qadın bir çox pisliklərin mənbəyi olsa da, nəinki biz, günahkar bəndələr, eləcə də müqəddəslər onların təsiri altına düşür.
  • Bu gün elə bir gözəl gündür ki, bilmirsən çay içməyə gedəsən, yoxsa özünü asasan.
  • Bütün dövrlərdə dil zənginliyi ilə natiqlik sənəti yanaşı addımlayıblar.
  • Cəsədə 3 arşın yer, insana isə bütün Yer kürəsi lazımdır.
  • Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb-bildiyindən çox bilsin.
  • Çəkiçli biri xoşbəxt bir insanın qapısının arxasında dayanmalı, daim döyərək bədbəxt insanların olduğunu və qısa bir xoşbəxtlikdən sonra bədbəxtliyin gəldiyini xatırlatmalıdır.
  • Çox yaxşı insanın elə sifəti olur ki, onu xəfiyyə hesab edirlər və düşünürlər ki, o, taxma düymələri oğurlayıb.
  • Deyilənə görə imperator Kaliqula öz atını senatın iclasına gətirirmiş. Bax, mən həmin atın nəslindənəm.
  • Deyirlər ki, filosoflar və həqiqi müdriklər biganə olurlar. Bu düz deyil. Biganəlik, ruhun iflici, vaxtından əvvəl ölüm deməkdir.
  • Deyirlər: sonda həqiqət qalib gələcək, amma bu yalandır.
  • Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana verməyincə əziyyət çəkən sən olarsan.
  • Düşmənlərin barədə düşünmə, ya da az düşün.
  • Elə bir predmet yoxdur ki, yəhudinin familiyası üçün uyğun gəlməsin.
  • Elə insanlar olur ki, həmişə yalnız ağıllıyaxşı sözlər danışır, amma hiss edirsən ki, onlar kütbeyin insanlardır.
  • Elm insan həyatında ən zəruri, ən gözəl və ən vacib şeydir.
  • Ey axmaq başım! Mən səni hələ çoxmu boynumda gəzdirəcəyəm?
  • Eyni tərzdə yaşayan insanların ruhunda həmişə həvəslə danışmaq istədikləri nə isə bir şey olur.
  • Əgər arxanca danışırlarsa, deməli öndəsən.
  • Əgər arvadın sənə xəyanət edibsə, sevin ki, vətənə yox, sənə xəyanət edib.
  • Əgər bir insan siqaret çəkmirsə, içki içmirsə, istəmədən fikirləşirsən ki, görəsən o əclaf deyil ki?
  • Əgər bütün insanlar bir-biri ilə razılaşıb gözlənilmədən səmimi olsaydılar, onların bütün işləri baş-ayaq gedərdi.
  • Əgər hər hansı bir xəstəliyə çoxlu dərman təyin olunursa, deməli xəstəlik sağalmayan xəstəlikdir.
  • Əgər insan ona yad, məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin, teatrın, rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır.
  • Əgər insan zarafatı başa düşmürsə, deməli, hər şey məhv oldu. Bilin: insanın alnı yeddi qarış olsa belə, bu əsl ağıl deyil.
  • Əgər istəyirsənsə sənin vaxtın çox olsun, onda heç nə eləmə.
  • Əgər qüsursuz olsaydın, başqalarının qüsurlarını axtarıb tapmağa bu qədər maraqlı olmazdın.
  • Əgər nikbin olmaq və həyatı başa düşmək istəyirsənsə, o zaman deyilənlərə və yazılanlara inanma, özün müşahidə et və özün dərk et.
  • Əgər özümə üzük sifariş vermək həvəsim olsaydı, üzükdə belə bir yazı yazdırardım: "heç nə keçmir". Mən inanıram ki, heç nə izsiz keçmir və bizim ən kiçik bir addımımızın həm indiki, həm də gələcək həyatımız üçün əhəmiyyəti vardır.
  • Əgər səhnədə kimsə atəş açmağı nəzərdə tutmursa, doldurulmuş tüfəngi səhnəyə çıxarmaq olmaz.
  • Əgər sən, qüsursuz olsaydın başqalarının qüsurlarını tapıb çıxarmağa bu qədər maraqlı olmazdın.
  • Əgər sənin hərəkətin kimisə məyus edirsə, bu o demək deyil ki, o pisdir.
  • Əgər sənin sağalmağını bayram kimi gözləyən insanlar varsa, xəstələnmək özü də xoş bir şeydir.
  • Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin.
  • Əməksiz şən həyat ola bilməz.
  • Ən kifir insan öz yarısını tapdığı kimi, ən cəfəng cızma-qara da öz oxucusunu tapır.
  • Ən təhlükəli insan tipi az başa düşən, çox inanandır.
  • Gözəllik gözəl sifətə malik olmaq deyil. Gözəl düşüncələrə, gözəl qəlbə və gözəl ruha sahib olmaqdır.
  • Harada incəsənət, istedad varsa, orada nə qocalıq, nə yalqızılıq, nə də xəstəlik yoxdur, ölümün özü isə yarıbayarıdır…
  • Heç kim bizi adi insan kimi sevmək istəmir.
  • Heç kimsəyə dəyərindən artıq dəyər vermə. Çünki, ya onu itirərsən, ya da özünü məhv edərsən..
  • Heç nə istəməyən, heç nəyə ümid etməyən və heç nədən qorxmayan rəssam ola bilməz.
  • Heç vaxt yaxınlarını itirməyə risk etdiyin vaxt olduğu qədər onları sevmirsən.
  • Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.
  • Həkimlər də vəkildirlər. Fərq ondadır ki, vəkillər qarət edir, həkimlər isə həm qarət edir, həm də öldürürlər…
  • Həkimsənsə, sənə xəstəxana və xəstələr lazımdır, yazıçısansa, Malı Dmitrovkada yox, xalqın arasında yaşamalısan.
  • Həqiqət və gözəllik insan həyatında, ümumiyyətlə bütün dünyada başlıca rol oynayıb.
  • Hər bir ziyalı Turgenevi, Tolstoyu oxuyub, amma çox az adam onların haqqını ödəyib.
  • Hər kəs atasının, babasının gördüyündən və bildiyindən çox görməyə və bilməyə çalışmalıdır.
  • Hər şeyi bilən və anlayanlar yalnız səfehlər və şarlatanlardır.
  • Həyat insana bir dəfə verilir. İstəyirsən ki, bu həyatı gümrah, mənalı və gözəl yaşayasan.
  • Həyat, mahiyyətcə çox sadə bir şeydir və onu korlamaq üçün insan çox səy göstərməlidir.
  • Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir.
  • Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar.
  • Həyata uyğunlaşa bilməyən, həyat onun üçün yad bir şey olan adamın məmur olmaqdan başqa çarəsi qalmır.
  • Həyatın mənası yalnız bir şeydə-mübarizədədir.
  • Həyatınızı zəhmətlə bağlı şəraitə uyğunlaşdırın. Zəhmətsiz nə təmiz, nə də sevincli həyat mümkün deyil.
  • Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.
  • Hirslənməməyə çalışın, yoxsa üzr istəmək məcburiyyətində qalarsınız.
  • Xeyirxah insan itdən də utanır.
  • Xəyanət etmiş qadın iri və soyuq bir ət parçasıdır. Onu əlinə belə götürmək istəmirsən, çünki o artıq kiminsə əlində olub.
  • Xoşbəxt insanın qapısı arxasında kimsə cəkiclə dayanıb dayanmadan qapını döyəcləməli və bədbəxtlərin olduğunu, qısa xoşbəxtlikdən sonra bədbəxtliyin gələcəyini xatırlatmalıdır.
  • Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər bədbəxtkən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlar.
  • Xoşluqla nail ola bilmədiyin nəyəsə heç vaxt zorla çata bilməzsən.
  • İdarə insanları üzüyola və imtiyazlı şəxslərə bölür… Amma heç bir fərqləndirmə yararlı deyil. Çünki, biz xalqıq və gördüyümüz bütün işlər də xalq işidir.
  • İki mükəmməl insan əsla birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci dəfədən "bəli" deməz. Mükəmməl kişi isə ikinci şans verməz.
  • İlahi, bunu mühakimə etməyimə, bilmədiyim və başa düşmədiyim şeyləri danışmağa imkan vermə.
  • İlk təəssürata, yaxud iki-iki xarici əlamətə görə bir-birimizi tanımaq üçün bizdə çoxlu vint, halqa, qapaqlar mövcuddur.
  • İncə dildən qorun. Dil sadə və zərif olmalıdır.
  • İnsan ağlı və mənəviyyatı ilə nə qədər inkişaf edərsə, bir qədər azad olur və həyatdan daha çox həzz alır.
  • İnsan əqilcə aydın, əxlaqca saf, fiziki cəhətdən səliqəli olmalıdır.[2]
  • İnsan həyatında elm ən vacib, ən gözəl və ən zəruri bir şeydir. O, sevginin ali təzahürü olmuş və daima olacaq. İnsan yalnız onun köməyi ilə təbiətə və özünə qalib gələcək.
  • İnsan öz xəstəliyi haqqında danışmağı sevir. Halbuki bu onun həyatında ən maraqsız və cansıxıcı hadisədir.
  • İnsan öz vicdanından heç nə gizlədə bilməz.
  • İnsan səhvlərini xoşbəxt olanda yox, bədbəxt olanda anlayar.
  • İnsan yaxşı olanda ona kim olduğunu göstərin.
  • İnsana ağıl, yaratmaq qüdrəti verilmişdir ki, ona verilənlərə əlavələr edə bilsin. Amma indiyə qədər o, yaradıcı olmayıb, sadəcə məhv edən olub. Meşələr yoxa çıxmağa davam edir, çaylar quruyur, vəhşi təbiət yox olur, iqlim pozulur və torpaq hər gün daha da yoxsullaşır və çirkinləşir.
  • İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək səhəri gün ölmüş olacaq.
  • İnsana nə üç arşın torpaq, nə də malikanələr lazım deyil, ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini meydana çıxara bilsin.
  • İnsanda gərək hər şey – sima da, paltar da, mənəviyyat da, düşüncə də gözəl olsun.
  • İnsanda hər şey gözəl olmalıdır: üzü, geyimi, ruhu, fikirləri.
  • İnsanı gözəlləşdirən, ona zinət verən ən mühüm cəhətlərdən biri də onun təvazökar və sadə olmasııdır.
  • İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də.
  • İnsanlar əylənə bildikləri ilə tanış, paylaşa bildikləri ilə dost, ağlaya bildikləri ilə qardaş olurlar.
  • Uşaqlar məsum və müqəddəsdirlər. Hətta quldurların və timsahların gözündə də onlar mələk kimidirlər.
  • İnsanlara nə qədər dəyər verirsənsə, o qədər də təpənə minirlər. Xüsusilə də, verdiyin dəyəri onlara hiss etdirəndə…
  • İnsanlardan uzaqlaşmaq intihara bərabərdir.
  • İnsanları tanımaq üçün ən uyğun zaman ayrılıqdır.
  • İnsanların dəli olmasına mane olmaq lazım deyil.
  • İstənilən iş məqsədlərlə idarə olunur. Məqsəd böyükdürsə, iş də möhtəşəm alınacaq.
  • İstəyirsən ki, vaxtın az olsun, heç nə etmə.
  • Keçilməsi mümkün olmayan heç bir divar yoxdur.
  • Kimlərsə arxanızdan danışırlarsa, bilin ki, onlardan öndəsiniz.
  • Kimliyindən asılı olmayaraq, hər bir insan yorulmadan çalışmalıdır. İnsan həyatının mənası, məqsədi, insanın xoşbəxtliyi məhz ondan ibarətdir.
  • Kişi məntiqi heç vaxt qadın məntiqi ilə bacara bilməz.
  • Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər.
  • Kişilər qəlbləri ilə deyil, fikirləri ilə yaşayırlar.
  • Kişilər ürəkləri ilə deyil, xəyalları ilə yaşayar.
  • Qadın, indiyənə qədər aksiz vergisi qoyulması heç kimin ağlına gəlməyən sərxoş edən məhsuldur.
  • Qadınlar kişisiz cəmiyyətdə solur, kişilər isə qadınsız cəmiyyətdə axmaqlaşır.
  • Qəzəb, bir növ qorxaqlığın əlamətidir.
  • Laqeydlik — ruhun iflicidir, vaxtından əvvəl ölümdür.
  • Meşələr insana gözəlliyi dərk etməyi öyrədir.
  • Məhəbbət, siyasət, təbabət məsələlərində yalan danışıb insanları aldatmaq olar, amma yaradıcı işlərdə bu, mümkün deyil.
  • Mən ağrıya qışqırıqla və göz yaşları ilə, alçaqlığıa hiddətlə, iyrəncliyə nifrətlə cavab verirəm. Məncə, həyat dediyimiz elə budur.
  • Mən beləyəm: mənim içimdə şeytan var, dayaz düşüncəliyəm, qabiliyyətsiz və koram. Amma professor, siz də qartal deyilsiniz! Buna baxmayaraq, bütün uyezd, bütün qadınlar məni bir qəhrəman, bir qabaqcıl adam kimi tanıyır, siz isə bütün Rusiyaya məşhursunuz.
  • Mənasız həyat təmiz ola bilməz.
  • Mənənə otu pas dəmiri, yalan isə ruhu yeyir.
  • Mənim təcrübəm budur: hekayə yazanda əvvəlini və axrını xətləyirəm. Biz yazıçılar ən çox orda yalan danışırıq.
  • Məsələ bədbinlikdə və nikbinlikdə yox, yüzdə doxsan doqquzunun ağlının olmasındadır.
  • Məsləyinizə yalnız şəxsi təcrübə və iztirablarınızla çata bilərsiniz.
  • Milli vurma cədvəli olmadığı kimi milli elm də yoxdur, nə millidirsə o artıq elm deyil..[3]
  • Müəyyən dünyagörüşü əsasında düşünülməmiş həyat, həyat deyil, əzabdır, dəhşətdir!
  • Müxtəsərlik istedadın bacısıdır.
  • Müsəlman öz ruhunun xilası naminə su quyusu qazır. Yaxşı olardı ki, hər bir rus da özündən sonra dünyada bu sayaq xeyirxah bir iz, əməl qoyub gedərdi.
  • Necə də gözəl gündür! Çaymı dəmləyim, özümümü asım? Qərar verə bilmirəm.
  • Nəvazişlə ala bilməyən ciddiliklə də ala bilməz.
  • O üç dəfə evli olmuşdu, ona görə də onun şaxələnmiş üç cüt gözəl buynuzları var idi.
  • (Oksigen haqqında) Ruh kimyaçılar tərəfindən uydurulub. Deyirlər ki, onsuz yaşamaq mümkün deyil. Boş şeylərdir. Yalnız pulsuz yaşamaq mümkün deyil.
  • Olmadığımız yerdə yaxşıdır: keçmişdə biz artıq orada deyilik və gözəl görünür.
  • Ölüm qorxuncdur, amma əbədi yaşayacağın və heç vaxt ölməyəcyin fikri isə daha qorxuncdur.
  • Öz həyatını elə qurmalısan ki, əmək zəruri olsun. Əməksiz təmiz və fərəhli həyat ola bilməz.
  • Öz misginliyini bilirsən harada dərk etmək lazımdır? İnsanların qarşısında yox, Allahın, ağılın, gözəlliyin, təbiətin qarşısında. İnsanlar qarşısında yalnız ləyaqətini dərk et.
  • Özündən qulu damcı-damcı çıxartmaq lazımdır.
  • "Özünü dərk et" — gözəl və faydalı məsləhətdir. Amma təəssüf ki, qədim insanlar bu məsləhətdən hansı üsulla istifadə etməyi göstərməyi ağıllarına gətirməmişlər.
  • Özünü tənha hiss edən biri üçün hər yer çöl-biyabandır.
  • Özünüzü fasiləsiz olaraq, hətta ən qəmli və kədərli dəqiqələrdə xoşbəxt hiss etmək istəyirsinizsə, olacaqla razılaşmağı bacarmalısınız və sevinməlisiniz ki, bundan da pis ola bilərdi.
  • Palçıqdan palçıq olmamasını tələb etmək olmaz.
  • Povest yaza bilməyən qabiliyyətsiz deyil, qabiliyyətsiz onu yazıb gizlədə bilməyəndir.
  • Rus adamı xatırlamağı xoşlayır, yaşamağı isə yox.
  • Rus malının ucuz olması onun yararsızlıq diplomudur.
  • Rusiyada istedadlı insan təmiz ola bilməz.
  • Sadə qadın gözəl olmağı ağıllı olmağa seçər. Çünki sadə kişidə zəkanı anlayacaq baş deyil, gözəlliyi görəcək göz vardır.
  • Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.
  • Sakitləşməyin, yatmağa meyl göstərməyin! Nə qədər ki, gəncsiniz, güclüsünüz, gümrahsınız, xeyirxah işlər görməkdən bezməyin.
  • Sevəndə özündə o qədər zənginlik, nəvaziş, duyğusallıq kəşf edirsən ki, belə sevə bildiyinə heç özün də inanmırsan.
  • Sevgi hər şeyi başa düşür və bölüşür — rəğbətlə. Sevgi hər şeydə yaxşılıq tapmağı sevir, ona inanır. Hər yerə baxır. Sevgi ürək sərtliyini belə bağışlayar, qınayanı da bağışlayar. Sevginin ən çətin işi başqalarında onun yoxluğunu bağışlamaq, dözümsüzlüyə bəhanə tapmaq, özünü bağışlamağı bilməyəni bağışlamaqdır. Dünyada ən böyük cinayəti — sevginin yoxluğunu ört-basdır edən sevgidən daha təsəlliverici və gözəl tamaşa yoxdur. İçinizdəki insana qayğı göstərin.
  • Sevmədən evlənmək, inanmadan ibadət etmək qədər alçaqlıqdır.
  • Sevmək və sevilmək necə böyük səadətdir.
  • Sən ağlını itirdin və yanlış yola getdin. Sən yalanı həqiqətə, iyrəncliyi gözəlliyə çevirdin. Birdən-birə hansısa qəribə hadisələr nəticəsində alma və portağal ağaclarında meyvə əvəzinə qurbağalar və kərtənkələlər bitsə, yaxud qızılgüllər tərləyən at kimi qoxusa, heyrətlənərdiniz; Mən sizə heyrətlənirəm ki, göyləri yerlə əvəz edirsiniz. Mən səni başa düşmək istəmirəm.
  • Sən sevdiyin üçün əsla utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində.
  • Sənə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbər: hələ ölmədik; pis xəbər: hələ yaşayırıq.
  • Siz mənə axmaq xəyallar arxasında qaçmayan bir ürək göstərin, mən də sizə xoşbəxt bir insan göstərim.
  • Sizə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbər: hələlik ölməmişik. Pis xəbər: hələ də yaşayırıq.
  • Şekspir yox, ona edilən qeydlər əsasdır.
  • Şəxsi həkimlər, pristavlar və qadın bərbərləri şəxsi həyata müdaxilə etmək hüququna malikdirlər.
  • Şübhə etmirəm ki, tibb elmləri üzrə oxumağım ədəbi fəaliyyətimə ciddi təsir göstərib; müşahidələrimin əhatəsini xeyli genişləndirdilər, məni biliklərlə zənginləşdirdilər, bir yazıçı kimi mənim üçün əsl dəyərini ancaq özü həkim olan adam başa düşə bilər; onların da istiqamətləndirici təsiri var idi və yəqin ki, tibbə yaxınlığıma görə çoxlu səhvlərdən qaça bildim. Təbiət elmləri və elmi metodla tanışlığım məni həmişə ehtiyatda saxlayır, imkan daxilində elmi məlumatlara əməl etməyə çalışırdım, mümkün olmayan yerlərdə isə ümumiyyətlə yazmamağa üstünlük verirdim.
  • Teatrlarımızın bərbad keyfiyyətində tamaşaçıların günahı yoxdur.
  • Tənhalıqdan xilas olmaq istəmirsinizsə, evlənməyin.
  • Tənhalıqdan qorxursunuzsa, evlənməyin.
  • Tənqidçilər – uğursuz şairlər, tarixçilər, bioqraflardır. Onlar bu və ya digər sahələrdə özlərini sınaqdan keçirib bir şey alınmadığını görəndən sonra tənqidlə məşğul olmağa başlayıblar.
  • Universitet illəri bizdə olan bütün qabiliyyətləri üzə çıxarır, o cümlədən səfehliyi də.
  • Universitet tələbənin həm bacarığını, həm də fərsizliyini üzə çıxarır.
  • Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.
  • Uşaqlar müqəddəs və pakdırlar… Biz özümüz istədiyimiz çuxura dırmaşa bilərik, lakin onlar öz rütbələrinə uyğun bir atmosferə bürünməlidirlər. Onları cəzasızlıqla söyə bilməzsən … onları öz əhval-ruhiyyənin oyuncağına çevirə bilməzsən: ya onları nəzakətlə öp, ya da qəzəblə onları ayaq altına al …
  • Ümumi mənafeyə xidmət etmək istəyi ruhun tələbatından, şəxsi xoşbəxtliyin şərtindən irəli gəlməlidir.
  • Yaxınlarını itirməyə risk etdiyin zamandakı qədər onları heç vaxt bu qədər sevmirsən.
  • Yaxşı tərbiyə süfrəyə sous tökməməkdə deyil, bunu başqası edəndə özünü görməməzliyə vurmaqdır.
  • Yalan elə həminki alkoqolizmdir. Yalançılar ölərək belə yalan danışırlar.
  • Yalan onu dinləyən üçün təhqirdirsə, onu söyləyən üçün ikiqat təhqirdir.
  • Yalan qədər insanı alçaldan bir şey yoxdur.
  • Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır.
  • Yalan da alkoqolizm kimi bir şeydir. Yalançılar ölüm ayağında da yalan danışırlar.
  • Yalnız adi və heyvan kimi insanlar sağlam və normaldırlar.
  • Yalnız sevərək evlənmək maraqlıdır. Qızın gözəl olmasına görə evlənmək isə bazardan lazımsız şeyi yalnız yaxşı olmasına görə almaq kimidir.
  • Yaradıcılıq həzzi yaşamış insan üçün digər həzzlərin heç bir əhəmiyyəti qalmır.
  • …Yaradıcılıqdan həzz alanlar üçün digər həzzlər mövcud deyil.
  • Yazıçı çox yazmalıdır, amma tələsməməlidir.
  • Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük, oxucu tapmamış olsun.
  • Yazmaq – ixtisar etməyi bacarmaq sənətidir.
  • Yenicə doğulmuş körpəni yuduqdan sonra təkidlə "Yazma! Yazma! Yazıçı olma!" sözləini demək lazımdır. Əgər bu səyiniz bir nəticə verməzsə, nəvazişə keçin. Nəvaziş də kömək etməsə, hər şeyə tüpürün və hesab edin ki, bütün səyləriniz boşa çıxdı. Yazıçı qaşınması sağalmazdır.
  • Yer üzündə elə bir bədheybət məxluq yoxdur ki, özünə bab birisini, elə bir mənasız əsər yoxdur ki, özünə bab oxucusunu tapmasın.
  • Yer üzündə elə bir yaxşı şey yoxdur ki, ikin mənbəyində pis olmamış olsun.
  • Yığcamlıq istedadın bacısıdır.
  • Yöndəmsiz, ahəngsiz sözlərdən çəkinmək lazımdır. Mən fişıldayan, fit səsi verən səslərin çoxluğunu sevmir və onlardan uzaq olmağa çalışıram.
  • Yüzlərlə verst boz, susuz səhra, oturub danışan və nə vaxt çıxıb gedəcəyi məlum olmayan insan qədər məyusluq gətirə bilməz.

Mənbə

[redaktə]
  • Xəzinə. Bakı,1997

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997, səh.131.
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.115