Qadın
Vikisitat saytından
- İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması.- Napoleon Bonapart
- Qadın istənilən milyarder kişini milyonçu edə bilər. - Çarlz Çaplin
- Hər bir aşbaz qadın dövləti idarə etməyə qabildir. - Vladimir İliç Lenin
- Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. - Onore de Balzak
- Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. - Fransua de Laroşfuko
- Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.- Ərəb atalar sözləri
- Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.- Ərəb atalar sözləri
- Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın. -Əli bin Əbu Talib
- Bir qadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir.- İspan atalar sözləri
- lk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. - Yapon atalar sözləri
- Qadını dirçəldən , onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. - Fyodor Dostoyevski
- Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.- Bencamin Franklin
- Kişilər qadınların ilk sevgilisi, qadınlar isə kişilərin son sevgilisi olmaq istəyərlər. Oskar Uayld
- Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən. - Viktor Hüqo