Konfutsi
Vikisitat saytından
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
[redaktə] A
- Aç mədənin cəzasını yorğun ayaqlar çəkər.
- Ağac yaşkən əyilər.
- Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir.
- Ağıllı insan heç kimlə yarışmaz, beləcə heç kim onunla yarışa bilməz.
- Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz.
- Alqışı ən səssiz şəkildə qarşılayan, alqışa layiq olmuş deməkdir.
[redaktə] B
- Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.
- Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq.
- Bir milləti məhbus etmək istəsəniz, onun musiqisini çürüdün.
- Bir şeyi bildiyin zaman, onu bildiyini göstərməyə çalış. Bir şeyi bilmirsənsə, onu bilmədiyini qəbul et.
- Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir.
- Bir adama yaxşılıq etmək istəyirsənsə ona balıq vermə balıq tutmağı öyrət.
[redaktə] C
- Cızıq bir almaz, cızıq olmayan bir çaxmaq daşından daha yaxşıdır.
[redaktə] D
- Dərin olan quyu deyil, qısa olan ipdir.
- Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.
- Düşünmədən öyrənmək vaxt itirməkdir.
[redaktə] E
- Edilmiş şeylər üzərində danışmaq lazımsızdır, keçmiş şeyləri ayıblamaq da mənasızdır.
- Ehtiyatlı adamlar az hallarda səhv edir.
[redaktə] Ə
- Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.
- Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.
- Ətraflıca çalış, doğru bir şəkildə araşdır, diqqətlicə düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi bir şəkildə tətbiq et.
[redaktə] G
- Gerçəyi bilənlər ilə onu sevənlər heç bir zaman bərabər deyildirlər
- Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir.
- Gülərüzlü olmayan bir Adam, mağaza açmamalıdır.
- Günəşin batdığı yerdə balaca insanların kölgəsi böyük görünür.
[redaktə] H
- Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmamışdır.
- Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.
[redaktə] İ
- İnsanlar məni tanımır deyə üzülməyəcəm; insanları tanımıram deyə üzüləcəm.
- İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərini əhəmiyyət verər.
- İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin onsuz da öləcəklər.
- İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.
[redaktə] K
- Kiçik üstünlüklərin arxasından qaçarkən böyük müvəffəqiyyətləri qaçıra bilərsiniz.
- Kiçiklər ot kimidir, böyüklər isə külək: külək nə istiqamətə əsərsə, otlar da o istiqamətə əyilər.
[redaktə] Q
- Qaranlığı söyəcəyinə, bir şam yandır.
[redaktə] M
- Məlumat insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar.
- Məlumata sahib olaraq doğulmuş biri deyiləm. Öyrətməyi sevirəm və öyrənməyə çalışıram.
[redaktə] N
- Nə axtardığını bilməyən tapdığını anlaya bilməz.
- Nümunəvi insanlar ədaləti anlar. Ədaləti anlamayan ədalətsiz olar.
- Nümunəvi insanlar yumşaq xasiyyətlidir Və hirslənməkdən qaçınarlar.
[redaktə] O
- O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var.
- Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim.
[redaktə] Ö
- Öyrətmək iki dəfə öyrənmək deməkdir.
- Özünü bağışlamayan bir insanın bütün qüsurları bağışlanıla bilər.
[redaktə] S
- Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.
- Sözlərin qüvvətini bilməyən insanlarla əsaslı bir mövzunu danışmaq mümkün deyil.
- Susmaq, insanı ələ verməyən sadiq bir yoldaşdır.
[redaktə] T
- Təbiətə görə bütün insanlar birdir, lakin praktikada bir-birlərindən dəhşətli ayrılıq göstərərlər.
- Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
- Təvazökar olaraq danışmayan bir adam, zamanla bununla əlaqədar bütün sözləri də unuda bilər.
[redaktə] V
- Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır.
[redaktə] Y
- Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
- Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır.