Ziqmund Freyd
Vikisitat saytından
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A [redaktə]
- Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.
- Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.
B [redaktə]
- Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.
- Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey qətiliklə vardır.
- Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
- Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.
- Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
- Buraxın ədalət yerini tapsın, istəsə qiyamət qopsun.
D [redaktə]
- Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.
Ə [redaktə]
- Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür.
- Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir.
- Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.
- Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.
G [redaktə]
- Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.
H [redaktə]
- Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.
- Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər?
- Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.
İ [redaktə]
- İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb.
Q [redaktə]
- Qəribə deyilmi? Üzünə güləcək qədər dost sandıqların, əslində dalınca danışacaq qədər üzsüzdülər.
- Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.
- Qəribə deyil? Ədəbli ədəbindən susar, Ədəbsiz mən susdurdum sanar.
- Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər.
M [redaktə]
- Mədəniyyətin ilk şərti ədalətdir.
- Mədəniyyətin qurucusu ilk dəfə mizraq atmaq yerinə küfr istifadə etmiş olan insandır.
- Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar.
O [redaktə]
- Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında)
S [redaktə]
- Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
- Siz cavablar tapmağa çalışırsınız, biz isə daha çox sual soruşmaq niyyətindəyik.