Sevgi

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
  • Bir dəfə sevən daha sevməz. - Aleksandr Puşkin
  • Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə,divar tikdikləri üçün yalnızdırlar. - İsaak Nyuton
  • Sevgi birliyə, eqoizm təkliyə aparar. - Fridrix Şiller
  • Sevgi - hər gün isbat edəcəyin teoremdir. - Arximed
  • Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında. - Morua Andre
  • Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur. - Ziqmund Freyd
  • Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir. - Lev Tolstoy
  • Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. - Mahatma Qandi
  • Sevgi-Bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur.Sev-və soruşma. Sadəcə sev. - Paulo Koelyo
  • Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir. - Fransua de Laroşfuko
  • Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. - Onore de Balzak
  • Qadınları başa düşülmək üçün yox, sevilmək üçün yaradılıblar. Oskar Uayld
  • Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər. - İohann Volfqanq Göte
  • Hansi kişi ki, sevgi barədə ağıllı danışır, demək o sevmir - Jorj Sand
  • Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz. - Onore de Balzak
  • Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur. - Viktor Hüqo
  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. - Fransua de Laroşfuko
  • Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. - Onore de Balzak
  • Həqiqi sevgi ayrılıqda unudulmaz. - Belçika atalar sözləri
  • Sevmək skripka çalmaq kimidir, bilməyən pis səslər çıxardır. - Boliviya atalar sözləri
Wikipedia-logo-az.png
Vikipediyada Sevgi
haqqında ətraflı məlumat var.