Rabindranat Taqor
Vikisitat saytından
- Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir.
- Təriflənmək məni utandırır, çünki gizlində onu arzulayıram.
- Dünya axıb getmir, çünki ölüm yarğan deyil.
- Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır.
- Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır.
- Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm...
- Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq...
- Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram.
- Yalan nə qədər qüdrət sahibi olsa da əsla həqiqət ola bilməz.
- Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır.
- Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var.
- Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir..
- Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır.