Fridrix Nitsşe
Vikisitat saytından
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A [redaktə]
- Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır.
- Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.
- Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.
- Az bilən və az düşünən çox danışar.
B [redaktə]
- Birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma!
- Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar.
- Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az.
- Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.
- Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
- Böyük borclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər.
- Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.
- Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər.
D [redaktə]
- Despotlar, havanın əxlaqlı olduğu bölgələri sevərlər.
- Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz.
Ə [redaktə]
- Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.
H [redaktə]
- Harda canlı tapdımsa orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
- Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz.
- Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.
- Hərəkət və vicdan ümumiyyətlə uyğunlaşmazlar. Hərəkət, ağacdan xam meyvələri yığmaq istəyərkən, vicdan onları gərəyindən çox yetişməsini gözləyər, ta ki yerə tökülüb əzilənə qədər.
İ [redaktə]
- İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
- İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.
- İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.
- İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır.
- İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz.
K [redaktə]
- Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır
M [redaktə]
- Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir.
- Məni öldürməyən şey məni gücləndirər.
- Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
- Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır.
- Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır.
N [redaktə]
- Nəaliyyətin sonu yalnızlıqdır.
Ö [redaktə]
- Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.
- Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
- Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür.
S [redaktə]
- Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil.
- Siz yüksəlmək istəyincə yuxarı baxarsınız. Mənsə aşağı baxaram.
Ş [redaktə]
- Şübhə deyil, qətilikdir insanı dəli edən.
T [redaktə]
- Tanrı öldü, onu biz öldürdük!
Ü [redaktə]
- Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
Y [redaktə]
- Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin.