Dostluq
Vikisitat saytından
- Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla. - Jan Jak Russo
- Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur. - Fransua de Laroşfuko
- Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur. - Əli bin Əbu Talib
- Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. - Uilyam Şekspir
- Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. - Aristotel
- Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. - Uilyam Şekspir
- Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin... - Sokrat
- Əsil sevgini tapmaq çox çətindir, amma əsil dostluğu əldə etmək ondan da çətindir - Fransua de Laroşfuko
- Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. - Çarlz Darvin
- Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz... Onların arasında yalnız sevgi,düşmənçilik,ehtiras və məftunluq ola bilər. - Oskar Uayld
- Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. - Fransua de Laroşfuko
- Yalnız ağıllı insanlarla dostluq edin,çünki bəzən axmaq dost,ağıllı düşməndən də təhlükəli ola bilər. - Mövlana Cəlaləddin Rumi
- Nöqsansız dost axtaran dostsuz qalar. - Həsən bəy Zərdabi
- Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır. - Bencamin Franklin
- Bir 'dost' kimdir? Iki bədəndə var olan tək bir ruhdur. - Aristotel
- Cahil insan özünün belə düşməni ikən başqasına dost olması necə gözlənilər. - Sokrat
- Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. - Azərbaycan atalar sözləri
- Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız. - İtalyan atalar sözləri