Artur Şopenhauer
Vikisitat saytından
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
[redaktə] A
- Acı çəkənlər ilə acı çəkdirənlər eynidir.
- Ağılım mənə deyil, dünyaya aiddir.
- Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir.
[redaktə] B
- Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?"
[redaktə] D
- Doğuşdan gələn tək bir yanılma vardır. O da xoşbəxt olmaq üçün burada olduğumuzu sandığımızdır.
- Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.
[redaktə] E
- Evlənmək, haqqlarını ikiyə bölmək və vəzifələrini ikiyə qatlamaq deməkdir.
[redaktə] Ə
- Əhəmiyyət verməmək əhəmiyyət verilməyi gətirər.
[redaktə] H
- Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim.
- Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir.
- Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir.
- Hər kəs özündə əskik olanı sevər.
- Hər uşaq bir baxıma bir dahi və hər dahi bir baxıma bir uşaqdır.
[redaktə] İ
- İki ayaqlı heyvanların sıravi söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır.
- İnkişafımız üçün bir aynaya ehtiyacımız var.
- İnsan təbii ki istədiyini edə bilər, amma istədiyini istəyə bilməz.
[redaktə] K
- Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır.
[redaktə] Q
- Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı.
[redaktə] M
- Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım.
- Məntiqlə bəslənməyən şey məntiqlə idarə oluna bilməz.
- Mərhəmət əxlaqın təməlidir.
[redaktə] O
- Ola bildiyincə az şey diləmək və çox şey öyrənmək istəyirəm.
[redaktə] P
- Pul dəniz suyuna bənzər, nə qədər çox ehtiva etsən o qədər çox ona susayarsan.
[redaktə] S
- Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç.
- Səhv bir fikiri geri almaq onu müdafiə etməkdən daha çox şəxsiyyət tələb edir.
- Sirrim barəsində səssizliyimi qorusam mənim əsirim olar. Əgər ağızımdan qaçırsam mən onun əsiri olaram. Səssizlik ağacında dinclik meyvələri yetişər.
[redaktə] Ş
- Şükür ki, yüz dənə axmaq bir araya gəlsə bir dənə ağıllı adam etməz.
[redaktə] T
- Təbiət, insan növünü ikiyə bölərkən xətti ortadan çəkməmişdir.
- Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var.
[redaktə] V
- Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.
[redaktə] Y
- Yazğı kartları qarışdırır, biz də oynayırıq.
- Yıxmaq düzəltməkdən, yalan danışmaq sübut etməkdən daha asandır.
[redaktə] Z
- Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır.