Volter
Vikisitat saytından
Volter (Fransızca: François-Marie Arouet; 21 noyabr 1694, Paris - 30 may 1778, Paris) - XVII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir.
| A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
[redaktə] A
- Allah olmasaydı onu uydurmaq lazım gələrdi.
[redaktə] B
- Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.
- Birinci ittiham atılır, ikinci toxunur, üçüncü yaralayır və dördüncü öldürür.
- Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq.
- Biz bu dünyanı tapdığımız kimi axmaq və qəddar tərk edəcəyik.
- Böyük işlər üçün şiddətli daimilik tələb olunur.
- Bütün mənim səylərim ağılsızlığı insanlarda öldürmək və onlara dürüstlük əlavə etmək üçündür.
[redaktə] C
- Ciddi olmaq gözəldir - lakin biganə olmaq lazım deyil.
[redaktə] Ç
- Çalışmaq bizi bu üç şeydən qurtarar: Can çətinliyi, pis vərdişlər, yoxsulluq.
- Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır.
[redaktə] D
- Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik.
- Dində də ehtiraslı oyun da olduğu kimi olur - sadəlövh daxil olub hiyləgər çıxırsan.
[redaktə] E
- Elmi abidələr sökülmür.
[redaktə] F
- Filosoflar üçün metafizik sistemləri, qadınlar üçün romanlar kimidir.
[redaktə] İ
- İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
- İş ideya üçün yaranmır - ideya iş üçün yaranır.
- İzah olunmuş zarafat zarafatlığını saxlaya bilmir.
[redaktə] Ə
- Əgər xalq tirana qarşı ayağa qalxmırsa, onda tiran xalqa qarşı dahada qəddarlaşacaqdır.
[redaktə] H
- Həddsiz kiçik insanlar həddsiz təkəbbürlü olurlar..
- Hər zaman həzz almaq - həzz almamaq deməkdir..
- Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır.
- Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur.
- “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın!
[redaktə] G
- Göz yaşları—lal nitqdir.
[redaktə] X
- Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır.
[redaktə] M
- Mən həqiqətin dostuyam amma heç də onun məzlumu olmağı arzu etmirəm.
- Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər.
[redaktə] R
- Rəqabət - dahilik üçün qidadır.
[redaktə] S
- Sağalmaq ümidi - sağalmağın yarısıdır.
[redaktə] T
- Təbii olan gözəldir.
[redaktə] O
- O insan heç nəyə yararlı deyil - hansı ki yalnız özünə yararlıdır.
[redaktə] Ö
- Özgəsinin sirrini demək satqınlıq ,öz sirrini açmaq isə axmaqlıqdır.
[redaktə] Q
- Qəribədir, amma fransızlar yazmağı öyrənəndən bəri, ta 1656-cı ilə qədər, yəni “Lettres provinciales” (Blez Paskalın əsəri) yaranana qədər bir dənə də fərli kitab ortaya çıxarmayıblar.
- Qızlar hiss etməyi, oğlanlar düşünməyi öyrənməkdən daha öncə öyrənirlər.
[redaktə] K
- Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunun kiminsə bilməsini istəmərəm.
[redaktə] V
- Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir.
[redaktə] Y
- Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.