Təmiz



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun. Xaqani Şirvani

B[redaktə]

  • Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur. Uilyam Şekspir

Ç[redaktə]

  • Çirkli əllərlə təmiz işlər görülmür. Siyasətdə əllərdən çox şey asılıdır. Əli Abşeroni

D[redaktə]

  • Dələduzlar həmişə təmiz adam kimi görünməyə çalışır və çox vaxt buna nail olurlar. Nikola Şamfor
  • Dünya başdan-başa tamahdan ibarətdir, dünyanın ən gözəl matahı təmiz, yaxşı qadındır. Məhəmməd
  • Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur. Kəlilə və Dimnə

Ə[redaktə]

  • Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar. Bencamin Franklin

H[redaktə]

  • Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız. Mişel Uelbek
  • Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
  • Hər kəs evinin önünü süpürsə, küçələr təmiz olar. Konfutsi

İ[redaktə]

  • İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. Viktor Hüqo

K[redaktə]

  • Kimə yönəlməsindən asılı olmayaraq, heç vaxt cinayət törətməyin, qocalığa təmiz əllərlə gedin. Mixail Bulqakov

N[redaktə]

  • Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur. Mahatma Qandi

T[redaktə]

Ü[redaktə]

  • Ürəyi təmiz olanın yuxusu da şirin olar.