Paulo Koelyo

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Paulo Koelyo - (portuqalca Paulo Coelho) - tanınmış Braziliya yazıçısı və şairi.

Paulo Koelyo



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi.
  • Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda.
  • Arzu - gördüklərimiz deyil, təsəvvür etdiklərimizdir.
  • Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi...

B[redaktə]

  • Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur.
  • Bədbəxtçilik - cəza deyil, imtahandır.
  • Bəzən belə olur ki, tale iki şəxsi ayırır - yalnız ona görə ki, onların bir-birilərinə nə qədər lazımlı olduqlarını göstərsin.
  • Bir oğlanla xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qızla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.
  • Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın sevgi enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq.
  • Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur.
  • Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.
  • Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər.
  • Bütün sevgi tarixçələri bir-birinə oxşayır.

D[redaktə]

  • Dünya çox xərclər çəkib ki, indi kimi olsun, nə olsun ki, o qədər də ideal deyil, amma onda yaşamaq olar. Buna baxmayaraq yenə də nəsə çatışmır - axı həmişə nəsə çatışmır.
  • Dünya yalnız yaxşılığa doğru gedir, çünki insanlar bu yolda risk edirlər. Misirlilərə minnətdaram...
    • Misir hadisələri ilə əlaqədar.
  • Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz yerləşir, hara ki gözəl günlərin birində biz gəlirik. Sakitcə onun qayıdışını gözləyəcəyim ev. Dərsdən sonra oğlanla qızın qaçaraq gəldikləri, ətrafda hər yeri var olmanın sevinci ilə doldurduqları ev.

E[redaktə]

  • Ehtiras insana imkan vermir ki, yesin, yatsın, işləsin, rahatlığını əlindən alır. Çoxları qorxur, çünki o, yaranan zaman əvvəlki və öyrəşdiyimiz hər şeyi yıxıb dağıdır.

Ə[redaktə]

  • Əgər bir hekayəni hələ də danışırsansa, ondan hələ xilas ola bilməmisən demək ki.
  • Əgər heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan.
  • Əgər sevmədiyin insanların üzünə baxmaq məcburiyyətindəsənsə və istəsən də qaça bilmirsənsə; 'Gülümsəyərək ağlamağı öyrənirsən deməkdir'.
  • Əslində insanlar, bəzən günahkar olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşısındakı sussun deyə üzr istəyərlər.
  • Əgər səni dəlilər evindən azad etdilərsə, bu hələ o demək deyil ki, səni sağaltdılar. Sadəcə sən hamı kimi oldun.

G[redaktə]

  • Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin.
  • Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz..
  • Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik.

H[redaktə]

  • Hər insan məğlub olar, amma sevməyən imtina edər unutma. Bil ki eşq; məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində.
  • Həyat o qədər qısadır ki, onu murdarcasına yaşamaq üçün sərf etməyə icazə vermək belə mümkün deyil.
  • Həyat öz taleyini izləyənlərə səxavətli olur.
  • Heç kəs əziyyət çəkmək istəmir, amma yenə də hər kəs ağrı və qurban axtarır, axtarıb tapanda isə hiss edirlər ki, həyatları təsdiqlənib.
  • Heç kəs heç kəsi itirə bilməz, çünki heç kəs heç kəsə aid deyil.
  • Həqiqi sən, içindəki sən, başqalarının formalaşdırdığı səndir.

İ[redaktə]

  • İlk baxışda güvəndiyi şeylərə, bir dəfə daha baxılması lazım olduğunu xoşbəxtkən deyil, həmişə bədbəxtkən anlar insan.
  • İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir.
  • İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər. Qazanan həmişə bəhanə olar.
  • İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər.
  • İnsanlar öz xəyallarını həyata keçirmək üçün həmişə hər şeyə malik olurlar.

Q[redaktə]

  • Qadın psixologiyası üzərində 35 il oxumama baxmayaraq, bir suala cavab tapa bilmədim: 'Bu qadınlar həqiqətən nə istəyir?'
  • Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də. Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır; sevməyə belə!
  • Qarşınızda seçim var: ya siz ağlınıza sahib çıxırsınız, yaxud da o, sizə hakim olur. İkinci variantla artıq yaşamısınız: siz qorxuların, nevrozların, qətiyyətsizliyin sizi ələ keçirməsinə icazə verirsiniz, çünki insanlar özlərini məhv etməyə meyllidirlər.
  • Qəbul eləyirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi özüm kimi bilmişəm.

L[redaktə]

  • Ləyaqət nədir? Hamının sənin xoşxasiyyət, tərbiyəli, ətrafındakılara sevgiylə dolu olduğunu düşünməsinə can atma?

N[redaktə]

  • Nə edirsən et, ağılın həmişə seçə bilmədiyində qalar. Və olmasını istədiyin bir şey ancaq ondan imtina edəndə reallaşar.
  • Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulmaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla.

S[redaktə]

  • Sizin bildiyiniz hər bir şey illər boyu topladığınız təcrübənin nəticələridir. Amma keçmiş qərarlar elə keçmiş məsələlər üçün keçərlidir. Əgər yaradıcılıq inkişafı istəyirsinizsə, bir müddətliyinə zəngin təcrübənizi unudun!

Ş[redaktə]

  • Şübhələnirsənsə, et!

U[redaktə]

  • Unutma ki, insanlar sənin istədiyin qədər həyatındadırlar. Görməməzlikdən gəldiyin qədər dürüst və onları istəmədiyin qədər axmaqdırlar.
  • Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik.

V[redaktə]

  • Valideynləri əsəbiləşdirmək olmaz, çünki bu halda biz həzz aldığımız hər şeydən imtina etmiş oluruq.

Y[redaktə]

  • Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur.
  • Yıxıldığın yeri lənətləmək əvəzinə, sən aşkar etməyə çalışmalısan ki, ümumiyyətlə yıxılmağının səbəbi nədir.

Z[redaktə]

  • Zamanla anlar ki insan zaman deyilmiş gedəni geri getircek olan. Çünki bəlkə də zaman, inanılan ən böyük yalan.

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Wikimedia Commonsda Paulo Koelyo ilə əlaqəli mediafayllar var.

Vikpediyada Paulo Koelyo haqqında məqalə var.