İsaak Nyuton
Vikisitat saytından
- Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm.
- Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq.
- Kəmiyyət o vaxt maksimum və ya minimum adlanır ki, o, bu anda nə irəliyə, nə də geriyə axır.
- Əgər başqa insanlardan mənim üçün bir şey etmələrini gözləsəydim heç bir şey edə bilməzdim.
- Əgər daha irəlini gördümsə, nəhənglərin çiyinlərində dayandığım üçün olmuşdur.
- Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün yalnızdırlar.
- Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir.
- Ulduzların hərəkətlərini hesablaya bilərəm amma insanların dəliliklərini yox.
- Platon mənim dostumdur, Aristotel də mənim dostumdur, ancaq ən böyük dostum doğruluqdur.
- Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız onlara alışa bilərsən.