Koko Şanel
Vikisitat saytından
- Paltar asılqanda gözəl görünə bilər. Amma onun əsl gözəlliyini qadının əynində olanda dəyərləndirmək lazımdır.
- Budur əsl şöhrət - Yalnızlıq.
- Canlı olan çirkin ola bilməz.
- Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir.
- Əvəzedilməz olmaq istəyirsənsə, həmişə dəyişkən olmalısan.
- Hər şey bizim əlimizdədir. Ona görə əldən buraxma...
- Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur.
- Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz.
- Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək.
- Niyə qadınlar kişilərdə olanları istəyirlər? Axı biz də kişilər sahib olmayana sahibik - Kişilərə.
- O mənimlə məşğul olmağa və mənə xəyanət etməyə həmişə vaxt tapırdı.
- Zövqsüzlüyün də çərçivəsi var. Yalnız zövqlülük əbədidir.