Məzmuna keç

Avraam Linkoln

Avraam Linkoln
Doğum tarixi 12 fevral 1809
Doğum yeri Kentukki, ABŞ
Vəfat tarixi 15 aprel 1865
Vəfat yeri Vaşinqton, ABŞ
Dəfn yeri Lincoln Tomb
Vikipediya məqaləsi

Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809, Kentukki, ABŞ – 15 aprel 1865, Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 16-ci prezidenti (1861-1865). ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-da quldarlığın ləğvini təmin etmişdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə.
  • Atam mənə zəhmət çəkməyi demişdi, amma zəhmət çəkməyi sevməyi deməmişdi.
  • Avraam Linkolun sevimli bir tapmacası vardı: “ Əgər itin quyruğunu pəncə hesab etsək, itin neçə pəncəsi olar?” Əksər insanlar “beş” cavabını verirdi. O zaman Linkoln cavab verirdi: “Xeyr, onların sayı yenə də dörddür. Pəncə adlanan quyruq hələ pəncə deyil”.
  • Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol.
  • Babalarımın kim olduğu mənə maraqlı deyil, mənə maraqlı olan nəvələrimin gələcəkdə kim olacağıdır.
  • Başımızı bəlaya salan bildiklərimiz yox, doğru zənn etdiklərimizdir.
  • Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.
  • Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur.
  • Başqasının azadlığını inkar edənin özü azadlığa layiq deyil. Əgər burada istibdad hakimiyyəti hökm sürərsə, mən riyakarlıq qarışığı olmayan, müstəbidliyi təmiz olan, azadlıq sevgisinə etirazı olmayan bir ölkəyə, məsələn Rusiyaya mühacirət etməyi üstün tutardım.
  • Bəla pis vasitədən istifadə etməkdə deyil, yaxşıdan sui-istifadə etməkdir.
  • Bəzi adamları həmişə, hamını isə bir müddət aldada bilərsən, amma hamını həmişə aldada bilməzsən (Xalqın müəyyən hissəsini həmişə, bütün xalqı müəyyən müddət aldatmaq olar, amma bütün xalqı həmişə aldatmaq olmaz).
  • Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam.
  • Bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin bütün xalqı daim aldatmaq olmaz.
  • Bir insanın yerə yuxarıdan baxıb ateist olmasının necə mümkün olduğunu görə bilirəm, amma bir insanın göylərə baxıb Allah olmadığını söyləyə biləcəyini təsəvvür edə bilmirəm.
  • Bir mədəniyyəti dəyərləndirmənin ən doğru metodu onun yaratdığı insan tipinə baxmaqdır.
  • Bir nəsildə məktəb otağının fəlsəfəsi növbəti nəsildə hökumətin fəlsəfəsi olacaq.
  • Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz.
  • Bir vəkil haqqında: “İncəsənətdə ən qısa fikrə maksimum söz əlavə etməkdə onun tayı-bərabəri yox idi”.
  • Birilərinin zəngin olmaq faktı sizin də ola biləcəyinizə sübutdur. [1]
  • Biz insanların bizə edə biləcəkləri şeyləri etməklə onlara kömək edə bilmərik.
  • Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm...
  • Büdrəyən insana heç kim heyran qalmayacaq. Heyranlığa ayağa qalxa bilən layiqdir.
  • - Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?
    - Bəli. Bəs siz kimin ayaqqabısını təmizləyirsiniz?
    • Xarici diplomat Linkolnun öz kabinetində ayaqqabılarını təmizlədiyini görəndə meydana gələn qısa dialoq
  • Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin.
Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.
  • Çoxları taleyin zərbələrinə dözə bilir, amma bir insanın xarakterini yoxlamaq istəyirisinizsə, ona hakimiyyət verin.
  • Danışıb axmaqlığınızı ortaya qoymaqdansa, danışmayın, heç olmasa insanların şübhələri aradan qalxsın.
  • Danışmaq lazım gələn yerdə susmaq qorxaqlıq əlamətidir.
  • Demokratiya, xalqın xalq tərəfindən xalq üçün idarəsidir.
  • Dostlarımı itirsəm, kədərlənmərəm, təki vicdanım məni tərk etməsin.
  • Dünya demək olar ki, burada nə dediyimizi görməyəcək və uzun müddət xatırlaya bilməyəcək, amma burada nə etdiklərini heç vaxt unutmayacaqdır...
  • Dünyanın böyük adamları məktəblərinin ən böyük şagirdləri deyildi; çox vaxt ən böyük məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar.
  • Düşmənlərimi dostlarıma çevirməklə məğlub edirəm.
  • Etiraz etmək tələb olunarkən sakit durmaq cinayətə bərabər qorxaqlıqdır.
  • Evlilik nə cənnətdir, nə də cəhənnəm, sadəcə olaraq məhşər ayağıdır.
  • Ədalətli həll olunana qədər heç bir şey sona qədər həll olunmur.
  • Əgər bir ağacı kəsmək üçün səkkiz saat vaxtım olsaydı, bu səkkiz saatın altı saatını baltanı itiləməyə sərf edərdim.
  • Əgər bir millət məhv olursa, xaricdən deyil, daxildən məhv olur.
  • Əgər bu qəhvədirsə, xahiş edirəm mənə çay gətirin, əgər çaydırsa, qəhvə gətirin.
  • Əgər düşmənimi dosta çevirmişəmsə, onu məğlub etmiş olmurammı?
  • Əgər əvvəlcə harada olduğumuzu və hara meylimiz olduğunu bilsək, nə etməmiz lazım olduğunu və necə edəcəyimizi yaxşı qiymətləndirə bilərik.
  • Əgər xeyirxah insanlar öz müdrikliyini rəhbər tutaraq məni arxa planda saxlamağı lazım bilsələr, deməli, belə lazımdır. Mən bu barədə məyus olmaq üçün məyusluqla çox yaxşı tanışam.
  • Əgər içki zərər gətirirsə, onda bu zərər pis bir şeyin istifadəsindən yox, yaxşı şeyin pis istifadəsindən yaranır.
  • Əgər mənim iki sifətim olsaydı, məgər bu sifəti seçərdim?
  • Əgər o necə bir təmtəraqlı dəfn mərasiminin keçirilməsini bilsəydi, çoxdan ölərdi.
  • Əgər siz filin dal ayağından yapışıb onu saxlamaq, fil isə xilas olmaq istəyirsə, ən yaxşısı fili buraxmaqdır.[2]
  • Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar.
  • Hamını bir dəfə, bəzilərini isə həmişə aldada bilərsiniz. Amma hamını həmişə aldada bilməzsiniz.
  • Heç bir insan yalançı olmaq üçün yaxşı bir yaddaşa malik deyil.
  • Heç bir şeydən əsla imtina etmə, çünki imtina edənlər yalnız itirənlərdir.
  • Həmişə uğur qazanmaq qərarının hər şeydən daha vacib olduğu fikrinə əsaslanın.
  • Həyat təcrübəm məni inandırdı ki, qüsurları olmayan insanların məziyyətləri də az olur.
  • Həyatda oxuduğum ən qiymətli kitab anamdır.
  • Həyatda olduğum, olacağım hər şeyi gözəl anama borcluyam.
  • Həyatın dəyəri insanın vəziyyətini yaxşılaşdırmaqdır. Dürüst, mübariz zəhmətkeşin vəziyyətini yüksəltmək üçün nə hesablanıbsa, mənim mühakiməm mənə düzgün bir şeyi mühakimə etməyə imkan verərsə, mən bunun tərəfdarıyam.
  • Hökumətsiz yaşaya bilərsiniz, amma kitabsız əsla...
  • Xalqın bir hissəsini həmişə və bütün xalqı bir müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə aldatmaq qeyri-mümkündür.
  • Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük, halbuki gerçək olan ağacın özüdür.
  • Xəta etməkdən qorxan bir insan heç bir şey edə bilməz.
  • Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur.
  • İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur: keçmişi unudub gələcəyə baxmalısınız.
  • İnsanlara çətin günlərində təsəlli versək, özümüz də təsəlli taparıq.
  • İnsanların əksəriyyəti özlərini xoşbəxt hesab etdikləri qədər xoşbəxtdirlər.
  • İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar.
  • İstəyirəm ki, məni yaxından tanıyanlar mənim haqqımda desinlər ki, mən həmişə bir qığılcım qoparmışam və gül bitəcəyini düşündüyüm yerə bir çiçək əkmişəm.
  • İşə başlamağa qərar vemək işin yarısını görmək deməkdir.
  • İtin sizi tutmaması üçün yaxşı olar ki, ona yol verəsiniz. İti öldürsəniz belə, yenə də it tutmuş hesab ediləcəksiniz.
  • Kiminsə köləliyi müdafiə etdiyini eşidəndə içimdə onu o dövlətdə yaşamağa məcbur etmək istəyi güclü olur.
  • Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya...
  • Qoy hər bir amerikalı, hər bir azadlıqsevər, öz nəslinə xeyirxah olan hər bir insan İnqilabın qanı ilə and içsin ki, heç vaxt ölkənin qanunlarını heç vaxt pozmayacaq və başqaları tərəfindən onların pozulmasına heç vaxt dözməyəcək.
  • Qoyun və canavar "azadlıq" sözünü müxtəlif cür başa düşür, bu isə insan cəmiyyətində hökm sürən fikir ayrılığının mahiyyətidir.
  • Qurdla quzunun azadlığı tamam fərqlidir. İnsan cəmiyyətində hökm sürən anlaşılmazlıqların məğzini də burada axtarmaq lazımdır.
  • Qüsurları olmayan insanlar çox az üstünlüklərə malikdirlər.
  • Kədərlənəndə şəfanı əməkdə axtarın.
  • Kim olursansa ol, amma yaxşı ol.
  • Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz.
  • Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona.
    • Oğlunun müəlliminə
  • Mən babamın kim olduğunu bilmirəm. Məni daha çox onun nəvəsinin kim olacağı maraqlandırır.
  • Mən bacardığım hər şeyi sona qədər edəcəyəm. Əgər sonda haqlı olaramsa, o zaman məni tənqid edənlərin və qeybətimi qıranların sözləri bir qara qəpiyə dəyməz. Amma haqlı olmamağım ortaya çıxarsa, mələklərin xoru mənə şan-şöhrət mahnısı oxusa belə, bu heç nəyi dəyişməz.
  • - Mən görüşə gedirəm. Bu sifətləmi gedim?
    • Debatlar zamanı Stiven Duqlasın Linkolnu ikiüzlü adlandırmasından sonra yaranan sitat
  • Mən inanıram ki, Müqəddəs Kitab Allahın insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir.
  • Mən nə qul, nə də qul sahibi olmaq istəməzdim. Bu mənim demokratiya anlayışımı ifadə edir.
  • Mən sizin fikrinizlə razılaşmaya bilərəm, amma sizin bunu deməyə haqqınız olmasına görə həyatımı qurban verməyə hazıram.
  • Mən təhsil alacam və özümü hazırlayacam və bir gün mənim şansım gələcək.
  • Mən yavaş-yavaş gedirəm, amma heç vaxt geriyə hərəkət etmirəm.
  • Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız söyləyim; Anamdır.
  • Mənim haqqımda yalan danışılana qədər arxamca danışılanlar məni narahat etmir.
  • Mənim narahatçılığım Allahın bizim tərəfimizdə olub-olmaması deyil; Mənim ən böyük qayğım Allahın tərəfində olmaqdır, çünki Allah həmişə haqlıdır.
  • Millət uğrunda mübarizə aparmağa dəyər.
  • Millətimizin mineral sərvətləri haqqında çox böyük təsəvvürlərim var. Mən bunun praktiki olaraq tükənməz olduğuna inanıram. O, Qayalı Dağlardan Sakit Okeana qədər bütün qərb ölkəsində boldur və onun inkişafı demək olar ki, başlamayıb... Müharibənin belə dayanmadığı bir zamanda davam edən immiqrasiya nəticəsində, izdihamlı Avropadan hər il daha yüz minlərlə bizim sahillərimizə gələcək. Mən onları Qərbdə gözləyən qızıl və gümüşə işarə etmək niyyətindəyəm. Məndən mədənçilərə de ki, bacardığım qədər onların mənafeyini müdafiə edirəm; çünki onların firavanlığı Millətin rifahıdır və biz bir neçə ildən sonra sübut edəcəyik ki, biz doğrudan da dünyanın xəzinəsiyik.
  • Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız.
  • Nəhayət, sizin həyatınızdakı illər deyil, sizin illərinizdəki həyat önəmlidir.
  • Oxuduğum kitablardan ən çox bəyəndiyimi soruşsanız “anamdır” deyərdim.
  • Ömür içində neçə il olması ilə deyil, o illərdə neçə il real həyatın olması ilə ölçülür.
  • Övladınızın təməlini düz qoyun ki, onun yaratdığı binanın daşları başınıza tökülməsin.
  • Passiv şəkildə gözləyən sonda gözlədiyi şeyi alır, amma enerjili hərəkət edənlərdən qalanları.
  • Riyakar- hər iki valideynini öldürüb yetim qaldığına görə bağışlanılmasını istəyən adamdır.
  • Sabah geridə qalan ömürümüzün ilk günüdür.
  • Səhvdən qorxan bir insan heç bir şey edə bilməz.
  • Səsvermə bülleteni güllədən güclüdür.
  • Siz içkini müdafiə edə bilərsiniz amma içki sizi əsla müdafiə etməz.
  • Siyasətçilər xalqın mənfəətlərindən fərqli çıxarlara sahib olan insanlar birliyidir.
  • Takt - başqalarını özlərini gördükləri kimi təsvir etmək bacarığıdır.
  • Təslim olmayana qədər uğursuzluğa düçar olmaq mümkün deyil.
  • Uğur qazanmaq istəyirsinizsə, heç kim sizə inanmasa belə, özünüzə inanın.
  • Ya azad bir millət olaraq yaşayaq, ya da ölək.
  • Yaxın gələcəkdə məni son dərəcə narahat edən və ölkəmin taleyinə görə həyəcanlanmağa məcbur edən dönüş yaranacaq ... Korporasiyaların hakimiyyətə gəlməsi ölkənin ali orqanlarında satılma və parçalanma erasına səbəb olacaq, kapital, kütlələrin ən qaranlıq instinktləri üzərində oynayaraq öz hökmranlığını təsdiq etməyə çalışacaq, bütün milli sərvətlər bir neçə seçilmişin əlində cəmləşəcək və o zaman respublikanın sonu gələcək (Linkolun həlak olmamışdan qabaq etirafı).
  • Yaxşılıq edəndə özümü yaxşı hiss edirəm. Pis hərəkət edəndə özümü pis hiss edirəm. Budur mənim dinim.
  • Yalan söyləmək üçün kifayət qədər yaxşı yaddaşım yoxdur.
  • Yalnız bir yox, yüz məğlubiyyətdən sonra da təslim olmaq olmaz.
  • Yarıya bölünmüş bir ev fırtınaya davam gətirə bilməz. Düşünürəm ki, yarısı qullardan, yarısı azad insanlardan ibarət olan ölkənin hökuməti də möhkəm ola bilməz.
  • Yəni belə böyük müharibəyə səbəb olan kiçik qadın sizsiniz?

İstinadlar

[redaktə]
  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.81
  2. Xəzinə.Bakı,1997. səh.152