Bernar Verber
Görünüş
Bernar Verber | ||||
Doğum tarixi | 18 sentyabr 1961 | |||
Doğum yeri | Tuluza, Fransa | |||
|
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqalarına qarşı nifrət hissi aşılamaq nə qədər asandır
- Beyin istifadə olunmazsa, o, tez sıradan çıxır.
- Bəzən hadisələri təhlil edə bilmirik, çünki bizə aydın görünən nöqteyi-nəzərdən başlayırıq.
- Bir anın qədrinin nə olduğunu bilmək üçün avtobusa gecikən adamdan, saniyənin mində birinin qədrini bilmək üçün olimpiadada medal qazanandan soruşmaq lazımdır.
C
[redaktə]- Cismin istəyi deyil, nəfslərin məhəbbəti həqiqi olacaq.
D
[redaktə]- Düşüncə gücünün heç bir həddi yoxdur. İstəsə keçmişi silə bilər.
Ə
[redaktə]- Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr.
H
[redaktə]- Heç nə bilmədiyimiz zaman çox sual vermirik, amma izahat almağa başlayanda nəyin bahasına olursa olsun hər şeyi bilmək istəyirik.
- Hər bir insan bir şey etmək istəyəndə üç növ düşmənlə qarşılaşır: bunu onun əvəzinə etmək istəyənlər; birbaşa bunu əksini istəyənlər və heç bir şey etmək istəməyənlər. Çoxluğu təşkil edən üçüncülər elə ən parlaq etirazçılar sayılır.
- Hər birimiz vaxtı özümüz kimi qəbul edirik , ona görə də o, kifayət qədər nisbidir.
- Həyatda üç amil var: istedad, imkan və iş. Onlardan ikisi ilə uğur qazana bilərik, amma ideal vəziyyətdə üçü də var.
İ
[redaktə]- İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar.
- İnanıb- iman etməməyimizin heç bir əhəmiyyəti yoxdur; vacib olan daha çox sual verməkdir.
- İnsanlar iki qrupa: kitab oxuyanlara və kitab oxuyanlara qulaq asanlara bölünür.
- İnsanlar öz xoşbəxtliklərini qurmaq istəmirlər, sadəcə dərdlərini azaltmaq istəyirlər.
- İntihar çox pis bir məcburiyyətdir: intihar etmək həyatı qəbul edə bilməyəcəyimizi dərk etmək deməkdir.
- İntuisiyanın səsini eşitmək üçün ağılı susmağa məcbur etmək lazımdır.
- İstifadə etdiyimiz dil düşüncə tərzimizə təsir edir.
K
[redaktə]- Kişilərin azad seçimi onlar üçün qərar verəcək qadını seçməkdir.
N
[redaktə]- Nə qədər çox televiziya kanalı, radio, qəzet və mediamız varsa, bir o qədər çox yönlü yaradıcılığımız var; bozluq yayılır.
O
[redaktə]- Ot tayasında iynə tapmaq üçün onu yandırmaq, sonra maqnitlə iynəni küldə axtarmaq kifayətdir.
R
[redaktə]- Reallıq - sən ona inanmayandan sonra belə davam edən bir haldır.
- Rəqibinizin vurduğu yerə baxın, bu, çox vaxt onun zəif nöqtəsidir.
S
[redaktə]- Soyuq: həşəratlar aləmində universal olan yuxu vasitəsi.
V
[redaktə]- Varlılara başçılıq etmək yoxsulları xoşbəxt etmir.
Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.