Edqar Allan Po
Vikisitat saytından
- Biz sevgidən daha böyük olan sevgi ilə sevdik.
- İnsan o şeyi bəyənməz ki, onu etmeyi heç bacarmaz.
- Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır.
- Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib.
- Sarsaqlıq səhv təsəvvür üçün istedaddır.
- Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir.
- Ən təmiz, ən yüksələn və ən gərgin həzz gözəlliyin seyr edilməsindən yaranir.
- Ölüm və həyatı ayıran sərhədlər tutqun və qeyri-müəyyəndir. Kim deyə bilər, hansı harada qurtarır və harada o biri başlayır?
- Gözəl qadının ölümü, şübhəsiz dünyada ən poetik mövzudur.
- Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər.
- Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur.
- Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər .
- Heyvanlara qarşı təmənnasız və fədəkar sevgidə nəsə var ki, bu bir başa insanın ürəyindən gəlir və bu kiçik dostluğu sınaqdan keçirmək üçün müntəzəm səbəb olub.
- Əsl şövqdə natiqlik istedadı var.
- Əsl dahilik , natamamlıqda titrəyiş etmək üçün hər şey demək varkən adətən sakitliyi üstün tutmaqdır.
- Menim üçün poeziya məqsəd olmamışdır - ancaq ehtiras!
- Həqiqətin dəhşətli qorxusu olmazsa, fikirlərini ifadə etməyin gücü olmaz.