Faina Ranevskaya

Faina Ranevskaya
Doğum tarixi 15 avqust 1896
Doğum yeri Taqanroq
Vəfat tarixi 19 iyul 1984
Vəfat yeri Moskva
Dəfn yeri Donskoye qəbiristanlığı
Vikipediya məqaləsi

Faina Georgiyevna Ranevskaya (1896 - 1984) - Rus və sovet kino və teatr aktrisası.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ailə hər şeyi əvəz edir, ona görə də ailə qurmazdan əvvəl sizin üçün nəyin vacib olduğunu düşünün.
  • Az olan heyvanlar Qırmızı Kitaba, bol olanlar isə “Dadlı və faydalı yeməklər” kitabına daxil edilmişdir.

B[redaktə]

  • Bədbəxtliyə bax... Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır.
  • Bir qadın kişiyə onun ən ağıllı olduğunu söyləyirsə , o zaman anlayır ki, başqa belə axmaq tapmayacaq.
  • Bu filmə dördüncü dəfədir ki, baxıram. Deyim ki, bu gün əla oynadınız.

E[redaktə]

  • Elə bir sevgi var ki, onu dərhal edamla əvəz etmək daha yaxşıdır.
  • Elə yaşamalısan ki, hətta əclafların da yaddaşında qalasan.

Ə[redaktə]

  • Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz.
  • Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?
  • Ən rəngbərəng, gözəl tovuz quşu lələyinin altında da adi quş dalı var. Ona görə, cənablar, pafosu saxlayın!
  • Əsl kişi qadının doğum gününü dəqiq xatırlayan və onun neçə yaşında olduğunu heç vaxt bilməyən kişidir. Qadının ad gününü xatırlamayan, ancaq neçə yaşında olduğunu dəqiq bilən kişi onun əridir.
  • Ətrafınızdakıların fikrinə məhəl qoymayın və sakit və xoşbəxt bir həyatınız olacaq.

H[redaktə]

  • Həyatda uğur qazanmaq üçün qadın iki xüsusiyyətə malik olmalıdır: O, axmaq kişiləri razı salacaq qədər ağıllı, ağıllı kişiləri sevindirəcək qədər axmaq olmalıdır.

X[redaktə]

  • Xatirələr qocalığın xəzinəsidir.

İ[redaktə]

  • İlahi, mənim neçə yaşım var - ləyaqətli insanları hələ də xatırlayıram!
  • İlk şair qadını çiçəyə bənzədən, ilk nasir isə onu başqa qadına bənzədən olub.
  • İnsanlar öz problemlərini yaradırlar - heç kim onları darıxdırıcı peşələr seçməyə, yanlış insanlarla evlənməyə və ya narahat ayaqqabı almağa məcbur etmir.

K[redaktə]

  • Keçilər arasında dahi olmaq çox çətindir.
  • Kök qadın yoxdur, dar paltar var.

Q[redaktə]

  • Qadın başı aşağı gəzirsə, deməli onun sevgilisi var. Əgər qadın başını dik tutub yeriyirsə, deməli onun sevgilisi var. Və ümumiyyətlə, qadının başı varsa, deməli onun mütləq sevgilisi var.
  • Qadınların daha ağıllı olması təbiidir. Bir kişinin gözəl ayaqları üzərində başını itirən bir qadın haqqında eşitmisinizmi?
  • Qurbağa ilə evlənirsən, qurbağa tilsimi sındırıb şahzadə olur - bu, nağıldır. Şahzadəylə evlənirsən, qurbağa çıxır. Bu isə, əzizim, həyatdır...

L[redaktə]

  • Lesbiyanlıq, homoseksualizm, mazoxizm, sadizm – bunlar pozğunluq deyil. Pozğunluq buzun üstündə balet, otun üstündə xokkey oynamaqdır.

M[redaktə]

  • Mən aktrisa üçün oynamaq sözümü qəbul etmirəm. Kart oynamaq, dama oynamaq, cıdır yarışında oynamaq olar. Səhnədə yaşamaq lazımdır.
  • Mən vağzaldakı köhnə palma kimiyəm; heç kimə lazım deyiləm, amma çıxarıb tullamağa da adamın heyfi gəlir.
  • Mən yumurta kimiyəm: iştirak edirəm, amma qarışmıram.
  • Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir.

N[redaktə]

  • Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm.
  • Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?!

O[redaktə]

  • Optimizm informasiya çatışmazlığıdır.

Ö[redaktə]

  • Özləri haqqında asanlıqla və hətta zövqlə danışan insanlara həqiqətən həsəd aparıram. İstəmədim, xoşuma gəlmədi...

P[redaktə]

  • Pis filmə çəkilmək əbədiyyətə tüpürmək kimidir.

S[redaktə]

  • Sakit, tərbiyəli məxluqdansa “söyüş söyən” yaxşı insan olmaq daha yaxşıdır.
  • Siz bilirsiniz, kinoda çəkilmək nə deməkdir? Təsəvvür edin ki, hamamda çimirsiz və orada bir dəstə adam ekskursiya keçir.
  • Sklerozu müalicə etmək olmur, amma skleroz olduğunu unutmaq olur.

T[redaktə]

  • Tənhalıq odur ki, evdə telefon ola-ola “budilnik” zəng çalır.
  • Tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir.

U[redaktə]

  • Uğur qazanmaq üçün qadında iki keyfiyyət olmalıdır. Bir:axmaq kişilərin xoşuna gəlmək üçün kifayət qədər ağıllı olmaq. İki:ağıllı kişilərin xoşuna gəlmək üçün kifayət qədər axmaq olmaq.
  • Uşaq birinci sinifdən tənhalıq elmini öyrənməlidir.

Y[redaktə]

  • Yuxularını danışa biləcəyin bir insan varsa, özünü tənha hesab etməyə haqqın yoxdur...

İstinadlar[redaktə]