Haruki Murakami

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Həyatın bir bisküvit qutusuna bənzədiyini düşün. Qutunun içində hər cür bisküvit var, sevdiklərin də, sevmədiklərin də, elə deyilmi? Və insan əvvəlcə sevdiyini yesə, sevmədikləri qalacaq. Mən pis günlər keçirəndə həmişə belə düşünürəm. İndi bunu eləsəm, sonrası daha rahat olar, deyirəm öz-özümə. İnan mənə, həyat bir bisküvit qutusu kimidir.
  • Bəxtindən şikayət etmə, bunu axmaqlar edər.
  • Əgər tünd bir qaranlığın içindəsinizsə, edə biləcəyiniz tək şey gözləriniz qaranlığa öyrəşənə qədər dayanıb gözləməkdir.
  • Əgər hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən.
  • Xatirələr səni içindən isidən şeylər olduğu kimi, eyni zamanda, gözlərindən çölə ağladan şeylərdir.
  • Əzab qaçılmazdır, vicdan əzabı isə bir seçimdir.
  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir.
  • Amma kim ən yaxşının nə olduğunu deyə bilər ki? Buna görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə fürsətlərin insanın qarşısına bir ömürdə iki və ya üç dəfədən artıq çıxmadığını deyir və əgər bu fürsətlərin əldən çıxmasına yol versək, onları qalan həyatımız üçün də rədd etmiş olarıq.
  • Heç vaxt özün üçün təəssüflənmə. Bunu axmaqlar edər.
  • Toystoyun dediyi kimi "Xoşbəxtlik bir alleqoriya, bədbəxtlik isə hekayədir."
  • Xəyal edərəm. Bəzən ediləcək tək düzgün şeyin bu olduğunu düşünürəm.