Məhəmməd peyğəmbər

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Məhəmməd (Ərəb dili: محمد) (d. 570 - 8 İyun 632)




A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

[redaktə] A


  • Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).
  • Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.
  • Allaha diqqətlə qılınan iki rəkət namaz,Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.
  • Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.
  • Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
  • Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.
  • Allah-təala duada israr edənləri sevər.
  • Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.
  • Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.
  • Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
  • Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.
  • Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.
  • Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.
  • Az günah etsən, ölüm sənə asan olar.

[redaktə] B


  • Beşikdən qəbrədək elm axtarışında olun.
  • Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.
Beşikdən qəbrədək elm axtarışında olun.
  • Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.
  • Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?"
  • Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun.
  • Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.

[redaktə] C


  • Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.
  • Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.

[redaktə] Ç


  • Çox gülmək qəlbi öldürər.
  • Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.
Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.

[redaktə] D


  • Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
  • Dünya möminin zindanı, kafirlərə behiştdir.
  • Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
  • Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.

[redaktə] E


  • Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.
  • Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.
  • Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.
Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.

[redaktə] Ə


  • Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.
  • Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.
  • Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.

[redaktə] G


  • Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.

[redaktə] H


  • Həyatda insanın üç dostu var: dostunun dostu, öz dostu və düşməninin düşməni.
Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.
  • Hər kəs çox yeməyi adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).
  • Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir.
  • Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.
  • Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.
  • Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır.

[redaktə] X


  • Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin.
  • Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.

[redaktə] İ


  • İki saleh qohumundan həyat etdiyin kimi Allahdan həya et.
  • İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.

[redaktə] K


  • Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.
Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.

[redaktə] Q


  • Qəzəbləndiyin zaman, sakit ol.
  • Qadının cihadı ərinə yaxşı baxmasıdır.
  • Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.
  • Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.

[redaktə] M


  • Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.
  • Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.

[redaktə] O


  • Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.
  • O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.

[redaktə] Ö


  • Özünüz yemədiyinizi yoxsullara yedirməyin.
  • Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.
  • Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram.
  • Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.

[redaktə] P


  • Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.

[redaktə] S


Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
  • Sədəqə var-dövləti artırar.
  • Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
  • Sədəqə verməklə mal azalmaz.
  • Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.
  • Sizin ən yaxşınız dünyada daha rəğbətsiz, axirətdə isə daha rəğbətli olanınızdır.
  • Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.[1]

[redaktə] T


  • Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.
  • Tərəzidə gözəl xasiyyətdən daha ağır gələn heç bir şey yoxdur.

[redaktə] V


  • Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.

[redaktə] V


  • Zəngin, çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir.

Məqalə ilə əlaqəli digər Vikimediya səhifələri:

Wikimedia Commons-da Məhəmməd peyğəmbər ilə əlaqəli media faylları var.

Vikpediya-da Məhəmməd peyğəmbər haqqında məqalə var.

[redaktə] İstinadlar

  1. Tuhəful-Uqul, səh.45
Şəxsi alətlər
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Naviqasiya
Alətlər qutusu
Başqa dillərdə