Məzmuna keç

Mişel de Monten

Mişel de Monten
Doğum tarixi 28 fevral 1533
Doğum yeri Saint-Michel-de-Montaigne
Vəfat tarixi 13 sentyabr 1592
Vəfat yeri Saint-Michel-de-Montaigne
Vikipediya məqaləsi

Mişel de Monten (1533–1592) — fransız filosofu və yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Avaraçılıq ən böyük istedadı da məhv edir.
  • Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.[1]
  • Başqaları üçün yaşamayan özü üçün də yaşaya bilməz.
  • Başqalarına olduğu qədər özümüzə də yadıq.
  • Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq.
  • Başqasından öyrəndiyim biliklə kifayətlənməyi təsəvvür edə bilmirəm; başqasının biliyi bizə nəyi isə öyrətsə də, müdrik yalnız öz müdrikliyinin hesabına ola bilərsən.
  • Bədəni razılıqsız və istəksiz sevmək ruhsuz və hissiz bədəni sevməkdir.
  • Biliyi həzm etmək üçün onu həvəslə mənimsəmək lazımdır.
  • Bir ailəni idarə etmək bir dövləti idarə etməkdən heç də asan deyildir.
  • Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.
  • Bir polyakı eynilə bir fransız kimi qucaqlayıram, dünya ilə qohumluğumu öz xalqımla qohumluğumun üstündə tuturam.
  • Biz hərəkət etmək üçün doğulmuşuq.
  • Bizim sevdiyimiz insan bizə həqiqətən olduğundan gözəl görünür.
  • Bütün günlər ölümə doğru gedir; son gün ona çatır.
  • Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir.
  • Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.
  • Dünyada ən böyük şey özünə aid ola bilməkdir.
  • Dünyamızdakı bütün müdrikliklər və mülahizələr son nəticədə bizi ölümdən qorxmamağı öyrədir.[2]
  • Dünyaya gəldiyiniz gün bir tərəfdən yaşamağa, bir tərəfdən ölməyə başlarsınız.
  • Düşmənindən də nəsə öyrənə bilərsən.
  • Düşüncələrimizin əsl güzgüsü həyat tərzimizdir.
  • Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır.
  • Eşq utanma və çəkinmənin olduğu yerdə vardır.
  • Evliliyin turşusu və şirinliyi müdrik adam tərəfindən gizli saxlanılır.
  • Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür.
  • Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.
  • Əgər həyatımı bir də yaşamalı olsaydım, elə bu cür yaşayardım. Mən keçmişə heyfslənmir və gələcəkdən qorxmuram.
  • Əgər insan bir il yaşayıbsa, fəsillərin dəyişməsini — qışı, yazını, yayını, payızını görübsə, artıq hər şeyi görüb.
  • Əgər mən yalan deyirəmsə, yalan satdığım adamdan daha çox özümü təhqir etmiş oluram.
  • Əgər möcüzələr mövcuddursa, bu, yalnız təbiəti kifayət qədər bilməməyimizə görədir, heç də ona xas olması ilə əlaqədar deyil.
  • Ən cox inandığımız şeylər, ən az bildiklərimizdir.
  • Əsl dostlar, "iki bədəndə bir qəlb" olanlardı.
  • Əsl kamillik axar suya bənzəyir: nə qədər dərindədirsə, bir o qədər sakitdir.[3]
  • Əslində insanlar səni xəyal qırıqlığına uğratmır. Yalnız sən, səhv insanlar üzərində xəyal qurursan.
  • Əzbərləmək xəyanətdir.
  • Gələcəyi bilmək mümkün deyil, əgər mümkün olsaydı, bütün arzu və xəyallarımız alt-üst olardı.[4]
  • Güc və təxəyyüldən hadisələr doğur.
  • Hadisələri idarə edə bilmədiyim üçün özümü idarə edirəm.
  • Heç bir düşmənçilik, — o yazır, — xristian düşmənçiliyi ilə müqayisə edilə bilməz. Qeyrətimiz kin, qəddarlıq, boşboğazlıq, şəhvət, qeybət və üsyana meyllərimizlə uyğunlaşdıqda heyrət doğurur… Dinimiz pislikləri yox etmək üçün yaradılmışdır, əslində isə onları qoruyur, qidalandırır və həyəcanlandırır.
  • Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz.
  • Həqiqətən də insan heyrətamiz dərəcədə boş, müxtəlif və dalğalı bir obyektdir. Onun haqqında daimi və vahid mühakimə tapmaq çətindir.
  • Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün.
  • Həqiqi ləyaqət çay kimidir — dərin olduqca daha lal axır.
  • Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır.
  • Həyat özü-özlüyündə nə yaxşıdır, nə də pis; ona yaxşılığı da, pisliyi də qatan sizsiniz.
  • Həyatı düzgün yaşamağı onu əldən buraxdıqda anlayırıq.
  • Hökmünü məhəbbət deyil, güc üzərində quranlar hökmlərinin möhkəm və qüvvətli olduğunu zənn edirlərsə, səhv edirlər.
  • Xəsislik bütün insan dəliliklərinin ən gülüncüdür.
  • Xoşbəxt evliliyin yalnız kor qadınla kar kişi arasında ola biləcəyini deyən, şübhəsiz ki, ağıllı bir kişi idi.
  • İgidlik cəsarət və iradədən doğur.
  • İllərin əlimizdən çəkib aldığı yaşama zövqlərini dişimiz, dırnağımızla müdafiə etməliyik.
  • İnsan hər yerdə insandır və yaradılışında əsilzadəlik olmasa, dünyanın tacını qoysa da, libasını geyinsə də, yenə çılpaq qalar.
  • İnsan hərəkətlərinin tədqiqi ilə məşğul olanlar üçün onları barışdırmaqdan və onlara vahid izahat verməkdən böyük çətinlik yoxdur; çünki onlar bir-biri ilə o qədər inandırıcı şəkildə ziddiyyət təşkil edir ki, onların eyni mənbədən törəmələri sizə inanılmaz görünür.
  • İnsan özü ilə Allah arasında minlərlə gülünc əlaqə qurur.
  • İnsan sevincini böyüdərək üzüntüsünü isə kiçildərək anlatmalıdır.
  • İnsan üçün "sən fitrən istedadlı doğulmusan" tərifindən böyük tərif ola bilməz.
  • İnsanda təkəbbür özü haqqında hədsiz yüksək fikirdə, başqaları haqqında isə hədsiz aşağı fikirdə olmaq nəticəsində yaranır.
  • İnsanlar başaqlara bənzərlər. İçləri boşkən başları havadadır, dolduqca əyilərlər.
  • Kral da, dilənçi də eyni iştahla acırlar.
  • Kim ədalətlə mühakimə etməyi və insanları ağılla seçməyi bacarsa, cəmiyyətin ən mükəmməl formasını yalnız bununla yaradar.
  • Kim insan müdrikliyinin fəlsəfə toplusunu diqqətlə seçsə, bu barədə möcüzələr danışa bilərdi. Mən onları həvəslə, sanki şou üçün toplayıram, fikirləşirəm ki, hansısa məqsəd üçün əsaslı və mötədil fikirlərdən heç də az faydalı ola bilməzlər. İnsan biliyini bu qədər uca tutmuş o böyük şəxsiyyətlər arasında bu qədər açıq və kobud səhvlər olduğu halda, insan haqqında nə başa düşə biləcəyimizə, onun hissi və idrakına əsaslanaraq mühakimə edək.
  • Kim şöhrətpərəstlik xəstəliynə tutulmuşsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir.
  • Qarşınıza konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.
  • Qorxu-qəddarlığın anasıdır.
  • Qorxaqlıq amansızlığın anasıdır.[5]
  • Məktəblər basdırılmış gəncliyin həbsxanalarıdır.
  • Mən kitabları deyil, kitablar məni yaratdılar.
  • Məndən səyahətlərimi soruşanlara, ümumiyyətlə cavab verərəm ki, qaçdığımı yaxşı bilirəm, amma axtardığımı deyil.
  • Mənim ölkəmdə adamın ağlı yoxdur deyəndə, deyirlər ki, belə adamın yaddaşı yoxdur. Mən öz qüsurumdan şikayət edəndə, mənə inanmırlar və məni məzəmmət edirlər, sanki özümü axmaqlıqda ittiham etmişəm. Yaddaş və idrak arasındakı fərqi dərk etmirəm, bu da mənim işimi daha da pisləşdirir. Amma onlar mənə səhv edirlər; Təcrübə, daha doğrusu, hər gün bizə, əksinə, güclü yaddaşın adətən zəif mühakimə ilə birləşdiyini göstərir.
  • Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.
  • Müdrikliyin ən gözəl sübutu əhval-ruhiyyənin həmişə yaxşı olmasıdır.
  • Mürəkkəb hadisələr haqqında dərhal qərar vermək ən böyük axmaqlıqdır.
  • Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun müddət davam edir.
  • Namusunu biznesə qurban verən adam həm şərəfini, həm də işini itirir.
  • Nəfs hər şeydən özü üçün fayda götürür.
  • Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilmir.
  • Ölümün bizi harada gözlədiyi müəyyən deyil, yaxşısı budur ki, biz onu hər yerdə gözləyək.
  • Öz öhdəsinə heç bir vəzifə götürmədən evlənməyin özü də bir xəyanətdir.
  • Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır.
  • Öz-özlüyündə həyatın elə bir mənası yoxdur; həyatın qiyməti szin onu nələrə sərf etməyinizdən asılıdır.
  • Pulun saxlanılması qazanılmasından daha çətindir.
  • Sevgi ölümsüzlük arzusundan başqa bir şey deyil.
  • Siz özünüzün əclaf və zalım, yaxud vicdanlı və mərhəmətli olduğunuzu daha yaxşı bilirsiniz. Başqaları sizi əsla tanımır. Onlar haqqınızda özlərinin ehtimalları əsasında təsəvvür yaradır və sizin mahuyyətinizi deyil, daha çox, özünüzü cəmiyyətdə necə apardığınızı görürlər. Ona görə də, başqalarının mühakimələri ilə hesablaşmayın və onlara əhəmiyyət verməyin, öz davranışınızı xeyir və şər haqqındakı şəxsi təsəvvürlərinizə əsaslanaraq qiymətləndirin.
  • Sizə öz heyranlıqlarını bildirən və hər işdə üstünlüyünüzü qəbul edən adamlarla dostluq yalnız zərər gətirə bilər.
  • Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram.
  • Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.[6]
  • Təbiətdə heç bir şey faydasız deyil.
  • Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir.
  • Uğurlu evlilik sevgini rədd edir, onu dostluqla əvəz etməyə çalışır.
  • Üstün sayılan insanlara yaxından baxınca anladım ki, çoxu hər kəs kimi insandır.
  • Yaddaşımızı xəbərlərlə doldurmağa çalışırıq və vicdanımızı və dünya haqqında anlayışımızı tərbiyə etməyə laqeyd yanaşırıq.
  • Yaxşı evlilik deyə bir şey varsa, bunun səbəbi sevgidən çox dostluğa bənzəməsidir.
  • Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir.
  • Yaşadığımız hər an həyatdan qoparılmış bir andır.
  • Yaşlanmanın, üzümüzdən çox, ağılımızda qırışıqlıqlar meydana gətirəcəyindən qorxaram.
  • Zənginlik bizə nə yaxşılıq edir, nə də pislik; hər ikisi üçün də ləvazimat verir.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.

İstinadlar

[redaktə]
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Xəzinə. Bakı, 1997. səh.8
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.154
  5. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  6. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.44