Moris Meterlink

Vikisitat saytından

Moris Meterlink (1862-1949) - Belçika yazıçısı və dramaturqu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlı inkişaf etdirən eşqdir.
  • Allahın varlığını inkar etmək insanı da inkar etmək deməkdir.
  • Azadlığı ilə alver edən millət hər şeyini itirməyə məhkumdur.

D[redaktə]

  • Deyəcəyin söz susmaqdan qiymətlidirsə, de.

E[redaktə]

  • Elmlə məşğul olmadan dünyanın sirlərini necə öyrənə bilərsən.

Ə[redaktə]

  • Ədalətin mükafata ehtiyacı yoxdur.
  • Əksər hallarda xoşbəxtliyin özü deyil, xoşbəxt olmaq bacarığı çatışmır. [1]

G[redaktə]

  • Gələcəyimiz naminə daim əlləşib -vuruşuruq, ağlımıza da gətirmirik ki, can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir.

H[redaktə]

  • Həyatda çəkilən əzabların çoxunun səbəbi lovğalıqdır.

İ[redaktə]

  • İradəli və səbirli insan məğlub olmaz.

Q[redaktə]

  • Qəlblərdəki ən gözəl tumurcuq eşq tumurcuğudur.

S[redaktə]

  • Sevgisiz insan baxıb görməyən kor kimidir.
  • Sən eşq meydanına girəndə ağıl oranı tərk edir.

U[redaktə]

  • Ustalıqla deyilən yalanın da gec-tez üstü açılır.

Z[redaktə]

  • Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən başqa heç bir möcüzə yoxdur.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997. səh.49