Məzmuna keç

Nikola Şamfor

Nikola Şamfor

Nikola Sebastyan Şamfor (1741-1794) - Fransız yazıçı – moralisti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl, fikir təbiətin insana ən böyük bəxşeyişidir. Bunlar bizi nəinki öz ehtiraslarımız və zəifliklərimiz üzərində yüksəldir, eyni zamanda bizim ləyaqətimiz, istedadımız və fəzilətlərimizdən düzgün bəhrələnməkdə bizə kömək edir.
  • Böhtan zəhlətökən eşşək arısına oxşayır: onu yerindəcə öldürəcəyinizə əmin deyilsinizsə, qovmağa da çalışmayın. Yoxsa o, yenidən, özü də daha böyük qəzəblə üstünüzə hücum edəcək.
  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır.
  • Dələduzlar həmişə təmiz adam kimi görünməyə çalışır və çox vaxt buna nail olurlar.
  • Əqidə ağlın vicdanıdır.
  • Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır.
  • Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü.
  • Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır.
  • Gənc ikən bilik ağacını əkməsək, qocaldığımız zaman kölgəsinə sığınacaq bir yerimiz olmaz.
  • Gülüşsüz bir gün boşa keçən bir gündür.
  • Fürsət adamın qapısını iki dəfə döyməz.
  • Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur.[1]
  • İctimai rəy elə bir məhkəmə instansiyasıdır ki, ağlı başında olan adam nə onun hökmlərinə kor-koranə inanmalıdır, nə də birdəfəlik təkzib etməlidir.
  • İnsan mübarizə apardıqda yorulur və özünü elə göstərir ki, guya müdrikləşib.
  • İnsanın kifayət qədər ağlı olmalıdır ki, öz düşmənlərinə nifrət eləsin.
  • Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır.
  • Kəbin mükəmməl olmayan insan üçün olduqca mükəmməl vəziyyətdir.
  • kim ki, hədsiz canfəşanlıqla inandırmaq istəyir, o heç vaxt inandıra bilməz.[2]
  • Kişilər qadınlar haqqında nə qədər pis düşünsələr də, istənilən qadın onlar haqqında daha pis düşünür.
  • Qadın insanın kölgəsi kimidir: qovsanız qaçar, qaçsanız qovar.
  • Qadınlar dostluğa yalnız sevgidən borc götürdüklərini verirlər.
  • Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı.
  • Ola bilsin ki, dostluğu tam qiymətləndirmək üçün əvvəlcə sevgi yaşamaq lazımdır.
  • Sevgi epidemik xəstəlik kimidir; biz ondan nə qədər çox qorxuruqsa, biz onun qarşısında bir o qədər müdafiəsizik.
  • Sevgi həqiqi mükəmməlliklər axtarmır; bundan əlavə, o, sanki onlardan qorxur: ona yalnız o mükəmməlliklər lazımdır ki, o özü yaradır və düşünür.
  • Sevgi yeganə hissdir ki, onda həqiqi olanların və yalanların hamısı var; onun haqqında istənilən boş söz de – və o, həqiqət olacaq.
  • Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı.
  • Var-dövlət mərhumu qapının kandarında tərk edir. Dostlar və qohumlar, qəbiristanlıqda yalnız xeyir və şər əməllər mərhumu daim təqib edir.
  • Vüqar sanki insanın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir.

İstinadlar

[redaktə]