Məzmuna keç

Otto fon Bismark

Otto fon Bismark
Doğum tarixi 1 aprel 1815
Doğum yeri Şönhauzen
Vəfat tarixi 30 iyul 1898
Vəfat yeri Friedrichsruh
Dəfn yeri Bismarck Mausoleum
Vikipediya məqaləsi
Almaniyanı ata mindirin, çapmağı özü bacaracaq

Otto Eduard Leopold fon Bismark-Şenhauzen (1815–1898) — Almaniyanın Kiçik Alman yolu ilə birləşməsi planını həyata keçirən Alman imperiyasının "dəmir kansler" adlandırılan ilk kansleri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz hamımız xalqıq, hökumət də həmçinin.
  • Biz tarix yaza bilmərik, yalnız onun baş verməsini gözləyə bilərik.
  • Böyük bir dövlətin yeganə sağlam təməli romantizm deyil, dövlət eqoizmidir və böyük dövlətin öz marağı ilə bağlı olmayan iş uğrunda mübarizə aparması ləyaqətsizlikdir.
  • Bütün dünyanı aldatmaq istəyirsənsə, həqiqəti söylə.
  • Centlmenlə mən həmişə qismən böyük centlmen, fırıldaqçı ilə qismən fırıldaqçı olacağam.
  • Davranış iqtisadiyyatının əsas prinsiplərindən biri ətraf mühit məsələsidir. Fikir versəniz, bizim mühitimiz nə etməyə çalışır? Küçədə gəzirsən, ticarət mərkəzində gəzirsən, hər alış-veriş obyektində, hər reklamda, hamısı səndən nəsə istəyir. Və sizdən istədikləri şey sizin uzunmüddətli rifahınız deyil. İstədikləri şey sizin vaxtınız, pulunuz və diqqətinizdir. Bu getdikcə çətinləşir, çünki proqramlarımız telefondadır, vebsaytların [reklamları] yaranır, ona görə də şirnikləndiricilərə qarşı durmaq məsələsi getdikcə çətinləşir.
  • Dəlillər qurtaranda, toplar danışmağa başlayır. Güc, kütbeyinin son arqumentidir.
  • Diplomat olmaq mənə təbiət tərəfindən verilib: mən 1 apreldə anadan olmuşam.
  • Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir.
  • Dövrün böyük məsələləri əksəriyyətin çıxışı və qərarı ilə deyil, dəmir və qanla həll edilir.
  • Dünyanı adlatmaq istəyirsinizsə, həqiqəti söyləyin.
  • Dünyanın ağlının 98%-i Sultan II Əbdülhəmiddə, 1%-i məndə, qalan 1%-i isə digər insanlardadır.
  • Elə öyrən ki, sanki əbədi yaşayacaqsan; elə yaşa ki, sanki, sabah öləcəksən.
  • Əgər at almaq istəyirsinizsə, һeç vaxt ən yuxarı qiymətdən neçəyə almağa razı olduğunuzu bərkdən qışqırıb car çəkməyin, əksinə, əgər atınızı başdan eləyib satmaq istəyirsinizsə, һeç vaxt ən aşağı qiymətdən neçəyə satmağa razı olduğunuzu bildirməyin. Diplomatiya bu sadə müdrikliyə riayət etməlidir.
  • Əgər belə bir müharibə həqiqətən Rusiyanın məğlubiyyətinə səbəb ola bilərsə, Rusiyaya hücum müzakirə oluna bilər. Amma ən parlaq qələbələrdən sonra belə nəticə çətin ki, mümkün olsun. Müharibənin ən xeyirli sonu belə, heç vaxt milyonlarla rusa söykənən Rusiyanın əsas gücünün dağılmasına səbəb olmayacaq… Bunlar, hətta beynəlxalq müqavilələrlə parçalansalar da, dağılmış civə parçasının hissəcikləri bir-birinə qovuşduğu kimi tez birləşəcəklər. Bu, rus millətinin sarsılmaz vəziyyətidir…
  • Əgər siyənək adi balıq olmasaydı, delikates olardı.
  • Əgər siz sosializm qurmaq istəyirsinizsə, heyfslənmədiyiniz bir ölkə seçin.
  • Heç vaxt müharibə zamanı, ovdan sonra və seçkidən əvvəlki qədər yalan danışmırlar.
  • Heç vaxt Rusiyaya qarşı getməyin. Sizin, hər hansı bir hiylənizə o, ağlasığmaz və sizin üçün son dərəcə təhlükəli olan axmaqlıqla cavab verəcək.[2]
  • Həqiqət budur ki, bir centlmenlə mən həmişə bir yarım centlmen oluram və bir piratla əlaqəm olanda, bir yarım pirat olmağa çalışıram.
  • Hər bir insanda elə olur ki, bəxti gətirir və xoşbəxtlik onun lap yanından keçir. Vacibdir ki, onu vaxtında görməyi və paltarının ətəyindən yapışmağı bacarasan.
  • Hər bir tapşırılan işə görə bir nəfər və yalnız bir nəfər cavab verməlidir.
  • Hər millət taleyi üçün öz qılıncına güvənməlidir.
  • Hətta qalib müharibə pisdir və xalqların müdrikliyi ilə onun qarşısı alınmalıdır.
  • Həyat mənə çox şey bağışlamağı öyrətdi, amma daha da çox bağışlanmağı axtarmağı.
  • Həyatda-diş həkiminin kreslosunda olduğu kimidir: adama elə gəlir ki, əsas şey hələ qabaqdadır, amma o artıq geridə qalıb.
  • Hökumət tərəddüd etməməlidir. Bir yol seçdikdən sonra o, sağa və sola baxmadan sona qədər getməlidir.
  • İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə bəhrələnir.
  • Jurnalist işini bilməyən adamdır.
  • Kiminlə istəyirsiniz ittifaq bağlayın, müharibə edin, amma ruslara heç vaxt toxunmayın.
  • Kimsə heç olmasa bir dəfə döyüş meydanında ölmüş bir əsgərin şüşəyə dönmüş gözlərinə baxsaydı, müharibəyə başlamazdan əvvəl yaxşı düşünərdi.
  • Kolbasanı sevən və qanuna hörmət edənlər hər ikisinin necə hazırlandığını görməsələr yaxşıdır.
  • Kral hökm edər, idarə etməz.
  • Marallar üçün cələni düzərək, mən onu iyləmək üçün yaxınlaşan elə birinci marala güllə atmıram, əvəzində cələnin ətrafında bütöv maral sürüsü toplaşana qədər gözləyirəm.[3]
  • Məğlub olanlara yalnız göz yaşı verəcəyik ki, doyunca ağlaya bilsinlər.
  • Məktəblərdə qənaət edənlər həbsxanalar tikəcək.
  • Məktəbləri olan bir millətin gələcəyi əmniyyətli və təhlükəsizdir.
  • Məmurlar-insanın necə yaşaması üçün qanunlar yazan eşşək arılarıdır. Nazirlərin maaşı niyə daimidir və Prussiya xalqının yaxşı və ya pis yaşamasından asılı deyil? Əgər bu bürokratların maaşı xalqın yaşayış səviyyəsindən asılı olaraq aşağı və yuxarı dəyişərsə, onda bu axmaqlar az qanunlar yazar, çox düşünərdilər.
  • Mən kapitalın haqlı tələblərinə qarşı deyiləm; Mən düşmən bayrağını çiçəkləndirmək istəməkdən uzağam; lakin mən hesab edirəm ki, kütlələrin də nəzərə alınmalı olan hüquqları var.
  • Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm.[4]
  • Məni təbrik edin — komediya bitdi.
  • Mətbuat hələ ictimai rəy deyildir.
  • Müasir tarixin ən vacib faktı Şimali Amerikanın ingilis dilində danışmasıdır.
  • Müharibədə müvəffəqiyyət qazanmaq iki amildən asılıdır: yeni tipli silahdan və məktəb müəllimindən.
  • 19 yaşında sosialist olmayanın qəlbi yoxdur. 30 yaşında sosialist olanın ağlı yoxdur.
  • Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir.
  • Önləyici müharibə — ölüm qorxusuna görə intihardır.
  • Pis qanunlarla və yaxşı məmurlarla ölkəni idarə etmək tamamilə mümkündür. Amma məmurlar pis olarsa, ən yaxşı qanunlar belə kömək etməz.
  • Pivə sizi tənbəl, axmaq və gücsüz edir.
  • "Prinsipcə, mən razıyam" ifadəsi o deməkdir ki, siz buna yol vermək niyyətində deyilsiniz.
  • Rəhbərin yazı masası döyüşdəki hərbi gəminin göyərtəsini xatırlatmalı, orada artıq heç nə olmamalıdır.
  • Rusiya öz tələbatlarının cüzi olması ilə təhlükəlidir.
  • Rusiyaya qarşı heç vaxt bir şey düşünməyin, çünki o sizin istənilən hiyləgərliyinizə gözlənilməz axmaqlığı ilə cavab verəcəkdir.
  • Ruslar atlarını gec qoşur, amma tez çapırlar.
  • Ruslara heç vaxt inanmayın. Çünki, ruslar hətta özlərinə inanmırlar.
  • Rusları məğlub etmək mümkün deyil, biz bunu yüz il ərzində gördük. Ancaq onlara yalan dəyərlər aşılaya bilsəniz, onlar özləri-özlərini məğlub edəcəklər.
  • Serbiya- ot tayasında kükürd kibritidir.
  • Sevdiklərimiz, bizi aldatdıqları zaman onları bağışlayarıq. Əslində ən az bağışlanması lazım olan kəslər onlardır…
  • Siz bu publikanı tanımırsınız. Nəhayət, yəhudi Rotşild… sizə deyirəm, bənzərsiz heyvan. O, birjada möhtəkirlik naminə bütün Avropanı dəfn etməyə hazırdır, amma günahkar mənəm?
  • Siz mənə hər hansı bir torpağı işğal etməkdə şərait yaradın, mən sonra sizin üçün bu torpağın əsrlər boyu bizim doğma torpağımız olduğunu sübut edim.
  • Siyasət — qeyri dəqiq elmdir.
  • Siyasət, şəraitə uyğunlaşmaq və hər şeydən, hətta bədbəxt hadisələrdən faydalanmaq sənətidir.
  • Siyasətdə rəsmiləşənə qədər heç bir şeyə inanmayın.
  • Vay o dövlət xadiminə ki, müharibə üçün elə bir əsas tapa bilmir ki, onun müharibədən sonra da əhəmiyyəti olsun.
  • Yalanı üç dəfə təkrarlasaq, xalq inanar.

İstinadlar

[redaktə]
  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.49
  2. Xəzinə. Bakı, 1997, səh.92
  3. Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.55
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.317