Qab



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl doldurulmalı bir qab deyil, alovlanacaq bir oddur. Plutarx

B[redaktə]

  • Başıyarım qabda su da şappıldayar, qab da yırğalanar, dolu qabda su sakit durar, qab da sanballı. Tamil atalar sözləri
  • Bir su ki, girdi qaba, oldu içməli. Azərbaycan atalar sözləri/B
  • Biz yaponlar parıldayan əşyalar görəndə nədənsə narahat oluruq. Avropalılar şüşədən, poladdan, yaxud nikeldən hazırlanmış qab-qacaq işlədirlər, onu göz qamaşdıranadək cilalayırlar, biz isə bu cür parlaqlıqdan zövq ala bilmirik. Bununla demək istəmirəm ki, biz, ümumiyyətlə, parlaq şeylər sevmirik. Lakin biz doğrudan da zahirən parlaq olan əşyaya yox, çox işlədilmiş, qədim ruhu olan əşyalara üstünlük veririk. Bu da parıltıdır, amma bulanıq parıltıdır – zamanın bulandırdığı parıltıdır, yaxud daha dəqiq desək, “nimdaşlığın” parıltısıdır. Avropalılar əşyaları hey təmizləməklə nimdaşlığın hər cür izini itirməyə çalışırlar. Biz isə elə rəng, elə parıltı xoşlayırıq ki, özlüyündə məna ifadə etsin. Biz bu cür binalarda, bu cür əşyalarla yaşayaraq qəlbən dincəlirik.
    • Cuniçiro Tanizaki (谷崎 潤一郎), “Kölgələrin şərəfinə” (陰翳礼讃 {in’ei raisan}), Tokio, 1932.
  • Bizim hamımız dulusçunun əlindəki gil kimiyik: O gil ki, ondan düzəldilən heç bir qab “sən məni niyə bu formada yaratdın?” demək hüququna malik deyil. Daniel Defo
  • Boş qab dolu çəlləkdən çox səs çıxarır. Con Lokk

Ç[redaktə]

  • Çirkli vasitələr nəcib bir məqsədə çata bilməz: məqsədin özü çirklənir. Təmiz bir qab çirkli su ilə doldurulursa, qab çirklənir. Yan Raynis
  • Çox iti zehinlər yatan oldular
    Axırda saxsı qab satan oldular. Nizami Gəncəvi

E[redaktə]

  • Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər. Əli

Ə[redaktə]

  • Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun. Əlif Şəfəq

H[redaktə]

  • Hesabını verə bilməyəcəyiniz işlər etməyə cəhd etməyin. Çünki o biri tərəfdə qab-qacaq yudurtmurlar. İlhan Bərk
  • Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq bilik qabı müstəznadır. O, bilik qoyulduqca genişlənər. Əli

K[redaktə]

M[redaktə]

  • Mən, dedektiv romanlarıma sujet xəttini, qab yuyanda düşünürəm. Çünki, bu o qədər pis işdir ki, insan cinayətdən başqa heç nə düşünmür. Aqata Kristi

Ö[redaktə]

S[redaktə]

Ş[redaktə]

  • Şagird bir qab deyil ki, onu doldurasan, o bir məşəldir, onu alovlandırmaq lazımdır. Konstantin Uşinski

T[redaktə]

  • Təkəbbürlü əcnəbi sakin çay dəstgahına Şərqin anlaşılmazlığını və şıltaqlığını təşkil edən min bir qəribəlikdən biri kimi baxır. Bu mərasimi məsxərəyə qoymazdan əvvəl insanın “fərəh camının” (şüşə qab) əslində nə qədər kiçik və onu doldurmağı bacaranların nə qədər müdrik olması barəsində düşünməyə dəyər. Yapon üçün çay dəstgahı dini mərasimdir. Bu, yaşamaq məharətini ilahiləşdirməkdir.
    • Kakuzo Okakura, “Çay haqqında kitab” (茶の本 {Ça no hon}), Tokio, 1906.

Y[redaktə]

  • Yəhərlənmədən heç bir at daşımaz. Qapalı qaba salınmasa buxar mühərrik işlədə bilməz. Niaqara tunelə salınmasa enerji istehsal edə bilməz. İntizam və məqsədyönlülük olmasa heç bir nailiyyətə nail olmaq olmaz. [1] Harri Emerson Fosdik

İstinadlar[redaktə]

  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.199