Qara Mustafayev
Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Acından quduran düzələr, toxundan quduran düzəlməz.
- Adam özü-özünü aldatmaqla yaşayır.
- Adət qanundan güclüdür.
- Ailə daxilində alver onu dağıdır.
- Ailənin günahı ata-ananın, xalqın günahı rəhbərindir.
- Alim hiyləgər olmaz.
B[redaktə]
- Bağbanı bar tanıdar, rəhbəri xalq.
- Böyük ağıl sahibi kiçik işlərə vaxt tapmaz.
C[redaktə]
- Cəmiyyətin 3 sahəsinə güzəşt etmək cinayətdir:təhsil, səhiyyə, hərbi.
- Cəsarətsiz ağlın uğuru az olar.
- Comərdlik yardım etməyin ən yaxşı formasıdır.
D[redaktə]
- Dövlət məmuru xalq üçündür, xalq onun üçün deyil.
E[redaktə]
- Ekoloji böhran dünya dərdidir.
- Elmdən hədiyyə olmaz.
Ə[redaktə]
- Əməl mənəviyyatın güzgüsüdür.
G[redaktə]
- Gözəlliyi dərk etməyən onu qoruyub saxlaya bilməz.
H[redaktə]
- Həqiqəti müdafiə etmək üçün bilik və təcrübə lazımdır.
- Hər kəs öz ağlının övladıdır.
X[redaktə]
- Xəstəliklər ətraf mühitdən gəlir.
İ[redaktə]
- İnsanı ən gözəl varlıq edən onun mənəviyyatıdır.