Rəcəb Tayyib Ərdoğan
Görünüş
Rəcəb Tayyib Ərdoğan | ||||
Doğum tarixi | 26 fevral 1954 | |||
Doğum yeri | Qasımpaşa, Bəyoğlu | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- "ABŞ"ın İraqda döyüşən qadın və kişi əsgərlərinin ən az zərərlə, mümkün olan ən az zamanda ölkələrinə dönməsi üçün duaçıyıq.[1]
- Ailə planlaması, doğum idarəsi, heç bir müsəlman ailə belə bir anlayış tətbiq edə bilməz.
- AKP ilə qanuni bağım prezident andı içdiyim gün bitmiş ola bilər, amma sevgi bağlarım heç vaxt bitməyib və bitməyəcək.
- Ananı da al get buradan. (10.2.2006-cı ildə Mersində "Anamızı ağlatdınız" deyən əkinçini qovarkən)[2]
- Avropa Birliyi sivilizasiyaların qovuşduğu bir ünvan olmaq istəyirsə, Türkiyəni qəbul etməlidir.
B
[redaktə]- Baş nazir sənsən, istər asar, istər kəsərsən. (23 Aprel şənlikləri zamanı yerini verdiyi uşağa təlimat verərkən)[3]
- Bizim dəyərlərimizdə yol əngəl tanımaz. Önündə məscid belə olsa əgər yol oradan keçəcəksə, biz o məscidi yıxarıq, gedib o məscidi başqa yerdə inşa edərik.[4]
- Bu gün Misirdə susanlar sabah növbə onlara çatanda danışa bilməyəcək. Bu gün Misirdə demokratiyanın qətlinə tamaşaçı olanlar sabah çıxıb heç kimə demokratiya dərsi keçə bilməzlər. Bu gün Misirdə çevrilişi çevriliş adlandıra bilməyənlər başqa ölkədən söz düşəndə səsini çıxara bilmirlər. Bu gün Misirdə oynanılan oyun sabah çıxacaq, başqa İslam ölkəsində oynayacaqlar. Bəlkə sabah Misirdə sərgilənən vəhşiliyi başqa ölkədə sərgiləyəcəklər. Bəlkə Türkiyəni qarışdırmaq istəyəcəklər. Çünki bu bölgədə güclü Türkiyə istəmirlər. Onlar bu regionda sabit, dinc, inkişaf etmiş bir ölkənin olmasını istəmirlər. Biz bu tələni qıracağıq.[5]
C
[redaktə]- Cənab Öcalan almış olduğu "kəllə"lərin hesabını verir, mən isə düşüncəmə görə 4 ay həbsdə yatdım.[6][7]
D
[redaktə]- Demokratiya tramvay kimidir. Dayanacağınıza çatanda düşürsən.
- Dostumuz, müttəfiqimiz və strateji tərəfdaşımız Polşa ilə münasibətlərimizin tarixi 6 əsrə gedib çıxır. Prezident cənab Dudanın bu səfəri ölkələrimiz arasında köklü əlaqələri daha da möhkəmləndirəcək.
E
[redaktə]- Elə evlər var ki, bizim mühafizəkar quruluşumuza tamamilə tərs.[8]
Ə
[redaktə]- Əgər lidersənsə, xalqına ölümsüzlük mesajını çatdırmalısan. Çünki mən inanıram ki, lider qayanın arxasında gizlənirsə, xalq da dağın arxasında gizlənəcək.
- Əllərinə kağız alıb dolaşırlar, "BOP" Amerikanın proyektidir deyə, bunu isbat edərlərsə biz hər şeyi edərik. Amma isbat edə bilməzlərsə alçaqdırlar, namussuzdurlar.[9]
H
[redaktə]- Hər bir ölkənin tərəqqisi üçün güclü liderə ehtiyacı var.
- Hər kəs qeyd-şərtsiz qəbul etməlidir ki, İsrail Yaxın Şərq mozaikasının əvəzsiz elementidir.
- Hər şeydən əvvəl mən müsəlmanam. Mən bir müsəlman olaraq dinimin tələblərinə əməl etməyə çalışıram. Məni yaradan Allah qarşısında məsuliyyətim var və bu məsuliyyəti yerinə yetirməyə çalışıram. Amma indi çox çalışıram ki, bunu siyasi həyatımdan uzaq tutum, gizli saxlayım.
İ
[redaktə]- İndi Amerikanın da düşündüyü Yaxın Şərq proyeki(BOP) var- genişləndirilmiş yaxın şərq. Diyarbakır bir mərkəz ola bilər.[10]
- İslam dindir. Bu ideologiya deyil. Müsəlman üçün müasirliyə qarşı olmaq kimi bir şey yoxdur. Müsəlman niyə müasir insan olmamalıdır? Mən bir müsəlman olaraq dinimin bütün tələblərini yerinə yetirirəm və demokratik, sosial dövlətdə yaşayıram.
- İstər Yəhudi sərmayesi olsun başımın üzərinə qoyaram, istər Qərb sərmayesi olsun başımın üzərinə qoyaram, öpərəm başımın üstünə qoyaram.[11]
- "İşləyirəm" deyərək analıqdan çəkinən qadın əslində analığı rədd edir.
K
[redaktə]Q
[redaktə]- Qadının peşə həyatına bağlı olması onun ana olmasına mane olmamalıdır.
M
[redaktə]- Mən nə tək din dedim, nə tək dil dedim. Heç bir yerdə mənim belə ifadəm yoxdur.[14]
- Mənim millətimin dili təkdir. Bu türk millətidir, dili təkdir.
N
[redaktə]- NATO Liviyaya müdaxilə etməlimidir? Belə axmaqlıq olarmı? NATO-nun nə işi var Libyada?[15]
- NATO Liviyanın liviyalılara aid olduğunu təsbit və təscil üçün oraya girməlidir.[16]
Ö
[redaktə]- Ölkəmizin və millətimizin bizə hücum edənlərə yenə bir mesajı var — siz bacarmayacaqsınız!
S
[redaktə]- Siyasi partiyanın dini ola bilməz. Yalnız fərdlər bilər. Əks halda, siz dini istismar etmiş olarsınız və din o qədər ucadır ki, onu istismar etmək və ya istifadə etmək olmaz.
İstinadlar
[redaktə]- ↑ My Country Is Your Faithful Ally and Friend, The Wall Street Journal, 31 mart 2003
- ↑ www.dailymotion.com
- ↑ [1]
- ↑ http://www.bbc.co.uk/turkce/haberler/2013/10/131021_cami_erdogan.shtml?ocid=socialflow_twitter_bbcturkce Erdoğan: Yol için gerekirse cami yıkarız…]
- ↑ Mısır'da devlet terörü var
- ↑ Erdoğan da 'Sayın Öcalan' demiş
- ↑ Erdoğan'a 'kelle' cezası
- ↑ [2]
- ↑ [3]
- ↑ [4]
- ↑ [5]
- ↑ Sabah Gazetesi, 5 Ocak 2007
- ↑ Sabah Gazetesi, 12 Ağustos 2005
- ↑ [6]
- ↑ [7]
- ↑ [8]