Rəsul Quliyev
Görünüş
Rəsul Quliyev | ||||
Doğum tarixi | 10 dekabr 1947 | |||
Doğum yeri | Qazançı | |||
|
Rəsul Quliyev — Azərbaycan Parlamentinin sabiq sədri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
1, 2
[redaktə]- 1994-cü ildə bundan qat-qat Azərbaycanın xeyrinə olan müqaviləyə qol çəkilmədiyi halda, indi nə əsasla 17 il bu torpaqlar əsarətdə, yüz minlərlə insan görülməmiş məşəqqətdə yaşamağa məcbur edilib?!
- 200 ildən artıq Mahaçqaladan tutmuş Qusara, Batumidən tutmuş Qazax və Zaqatalaya qədər, bütövlüklə indi Ermənistan adlandırılan torpaqlarımızı itirmişik, ancaq ayılmamışıq, heç ayılmaq fikrimiz də yoxdur. Bu, faktdır, acı reallıqdır!
A
[redaktə]- Azərbaycanda həm kitabımı oxuyanlar, həm gəlişimi istəyənlər var və mənim Azərbaycanda olmağım da əksəriyyət üçün ancaq xeyir verməklə yanaşı, elə onlar üçün də daha az zərər gətirər.
M
[redaktə]- Mənim heç vaxt nə siyasətə gəlməyimdən, nə də getməyimdən xəbərim olmayıb…
S
[redaktə]- Sözsüz ki, yüz illərdir davam edən "tənəzzül sabitliyi"nin üstünlüyü də var: yaxşı yaşamaq, daim inkişaf etmək istəyən cəmiyyətlərdən fərqli olaraq, biz dünyaya gəldikdən ta ölənə qədər evlənmək, uşaq əkmək, yarıac-yarıtox onları birtəhər böyütməkdən başqa, heç bir şey barədə düşünməmək instinkti yaratmışıq özümüzdə! Qarın dolusu yemək içməyimiz olanda artıq özümüzü xoşbəxt hiss edirik.