Sosial qanunauyğunluqlar

Sosial qanunauyğunluqlar və ya həyatın qəribəlikləri (qanunlar, qaydalar, prinsiplər)

Buba qanunu[redaktə]

  • İtirdiyin əşyanı yalnız hər yeri axtardıqdan sonra tapmaq olar.
  • Itirdiyini həmişə ən axırıncı cibində tapırsan.

Əclaflıq qanunu[redaktə]

  • Gün ərzində ilk dəfə olaraq bir anlığa başınızı stolun üstünə qoyduğunuz məqamda otaqda rəis peyda olacaq.

Helranq qanunu[redaktə]

  • Səbr et və pislik öz-özünə yox olub gedəcək.

İfşa qanunu[redaktə]

  • Dünyada elə bir sirr yoxdur ki, əvvəl-axır aşkar olmasın.

Linç qanunu[redaktə]

  • Hadisələr kəskin şəkil alanda hamı aradan çıxır.

Merfi qanunu[redaktə]

  • Əgər hər hansı bir xoşagəlməz hadisə baş verməlidirsə, o, mütləq baş verəcək.

Merianna qanunu[redaktə]

  • Həmişə axtarmadığını tapırsan.

Mesgimen qanunu[redaktə]

  • İşi lazım olan səviyyədə görmək üçün heç zaman vaxt tapılmır, ancaq qüsurları düzəltməyə həmişə vaxt tapılır.
  • İşin birinci 90 faizinə iş vaxtının cəmi 10 faizi sərf olunur, qalan 10 faizinə isə vaxtın 90 faizi.

Növbə qanunu[redaktə]

  • Başqa növbəyə keçən kimi, sizin əvvəlki növbəniz sürətlə irəliləməyə başlayacaq.

Runa qaydası[redaktə]

  • Əgər harada olmağınızın sizə heç bir fərqi yoxdursa, deməli, azmamısınız.

Səhv qanunu[redaktə]

  • Kitabın siqnal nüsxəsini hər hansı bir səhifədə açan müəllif dərhal ən kobud səhvə rast gəlir.

Tabeçilik qanunu[redaktə]

  • Heç vaxt rəisə bildirmə ki, sən ondan ağıllısan.

Veyler qanunu[redaktə]

  • Bir işi görməyə borclu olmayan adam üçün həmin işi görməkdən asan şey yoxdur.

Mənbə[redaktə]

  • Xəzinə. (Müdriklər və səfehlər, Hitler və Stalin, İdarəetmənin sirləri, Siyasət və Mafiya, Aforizmlər və lətifələr). Bakı, 1977

İstinadlar[redaktə]