Məzmuna keç

Verner Heyzenberq

Verner Heyzenberq
Doğum tarixi 5 dekabr 1901
Doğum yeri Vürtsburq
Vəfat tarixi 1 fevral 1976
Vəfat yeri Münxen
Dəfn yeri Munich Waldfriedhof
Vikipediya məqaləsi

Verner Karl Heyzenberq (alm. Werner Heisenberg , 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) — görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Düşünürəm ki, müasir fizika mütləq Platonun xeyrinə qərar verib . Əslində maddənin ən kiçik vahidləri adi mənada fiziki cisimlər deyillər; onlar yalnız riyazi dildə birmənalı şəkildə ifadə oluna bilən formalardır, ideyalardır.
  • Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.
  • Fikirlər insanların onları yaratdıqlarına görə məsuliyyət daşımır.
  • Fizika ünsiyyətdən törəyir.
  • İstər gündəlik həyat hadisələri, istərsə də mikro dünya ilə əlaqəli hər bir fiziki təcrübə yalnız klassik fizika baxımından təsvir edilə bilər.
  • Kvant mexanikası ilə məşğul olan fiziklər də gündəlik həyatdan götürülmüş dildən istifadə etmək məcburiyyətində qalırlar. Biz özümüzü elə aparırıq ki, sanki həqiqətən elektrik cərəyanı (yaxud zərrəcik) deyə bir şey var idi, çünki bütün fiziklərə elektrik cərəyanı (yaxud hissəciklər) haqqında danışmağı qadağan etsək, onlar artıq öz fikirlərini ifadə edə bilməyəcəklər.
  • Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır.
  • Yalnız çox az insan bilir ki, nə qədər çox bilmək lazımdır ki, nə qədər az bildiyimizi anlayaq.

İstinadlar

[redaktə]