Verner Heyzenberq
Vikisitat saytından
Verner Karl Heyzenberq (alm. Werner Heisenberg , 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) — görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı.
- Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.
- Yalnız çox az insan bilir ki, nə qədər çox bilmək lazımdır ki, nə qədər az bildiyimizi anlayaq.
- Fizika ünsiyyətdən törəyir.
- Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır.