Romen Rollan

Romen Rollan (1915)

Romen Rollan (1866-1944) - fransız yazıçısi, siyasətçi, musiqişünas və ictimai xadim.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır.

Ə[redaktə]

  • Əmək mübarizədir, mübarizə isə həzzdir.
  • Əmək yaradıcı insanın qüdrəti və sevincidir.

H[redaktə]

  • Həqiqətin yarısını öz gücünə bilmək, onu tam halda başqalarının sözləri ilə öyrənib tutuquşu kimi əzbərləməkdən yaxşıdır.
  • Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.
  • Həqiqi dostluqdan başqa, bütün münasibətlər müvəqqətidir.
  • Hər hansı bir çağırış, haray insana onun görə bilmədiyi yolu göstərməkdə acizdir.
  • Həyat eşqi ilə ölüm qorxusu əkizdir.
  • Həyatın bütün sevinci yaradıcılıqdadır.

X[redaktə]

  • Xeyirxahlıq elm deyil, hərəkətdir.

İ[redaktə]

  • İkiüzlü adam həmişə kölədir.
  • İnsanın mahiyyəti yaradıcılıqdır. Onun daxili aləmi məhz yaradıcılıqda daha aydın məlum olur.

K[redaktə]

  • Kim şərə bütün varlığı ilə nifrət edirsə, o, xeyri də sevə bilməz.
  • Keçmişdən (çarizm və başabəla müharibə) irsən dağıntı və pozğunluq, mən hələ düşmənlər aləmini (daha doğrusu bütöv bir düşmən dünyasını) demirəm, almış inqilabi hökumət bütün basqınları dəf edə bilmiş, milli həyatı, demək olar, çarizm tərəfindən boğulmuş respublikalar İttifaqını möhkəmlətmiş, qüdrətli bir surətdə dirçəlmişdir. Bu hökumət sovet torpağı üzərində ağır yük olan bütün bəlalara qarşı, aclığa, onun nəticəsi olan səfillik yarasına qarşı, kəndin var - yoxdan çıxmasına qarşı, savadsızlığa qarşı, milyonlarla adamın mövhumatla dolu avamlığına qarşı fövqəlbəşəri yürüşlər elan etmişdir. O sənaye və iqtisadiyyat sahələrində təşəbbüskarları Sovetlər olan böyük yenidənqurma planları uğrunda mübarizə aparmışdır.

M[redaktə]

  • Musiqi əyləncə deyil, o ruhun qüvvətidir.

U[redaktə]

  • Uşağın çəkdiyi ilk əzabın ağrısı böyükdür.

Y[redaktə]

  • Yalnız o ideyalar həqiqidir ki, daxilən yaşanıbdı.
  • Yaradıcılıq böyük sevincdir, yaratmaq isə ölümün özünü öldürmək deməkdir.
  • Yaratmaq ölümü dəf etmək deməkdir.
  • Yaşamaq - ölümü öldürmək deməkdir.

Z[redaktə]

  • Zəka hissləri maarifləndirir.

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar[redaktə]