Çak Palanik
Jump to navigation
Jump to search
A[redaktə]
- Ancaq itirəcəyin bir şey yoxsa azadsan.
B[redaktə]
- Bir şeyin yoxluğu sizə ağrı verirsə, varlığı sizi öldürə bilər.
- Birinə gününün necə keçdiyini soruşanda, bunu soruşmağının səbəbi öz gününü danışmaq istəməyindir. Birinə aşiq olmağının səbəbi, onun sənə aşiq olmasını istəməyindi.
- Bu həyat mənə, insanların çoxunun gülə bilmədiyi üçün ağladığını, susa bilmədiyi üçün danışdığını və söz olsun deyə yaşadığını öyrətdi.
C[redaktə]
- Cavab, cavabın yoxluğudur.
D[redaktə]
- Diqqətli bax; Böyük eşqlər ya sonsuzdur ya da onsuz.
- Dünya əhalisi artdıqca, insan sayı azalır.
Ə[redaktə]
- Ən çox da üç şey yorar insanı... Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq.
H[redaktə]
- Heç bir şey sabit deyil. Hər şey köhnəlib dağılır.
- Hər eşq, bitki adlarıyla başlayıb, heyvan adlarıyla sona çatır.
- Hər kəsin diş fırçası var, amma dişlərini fırçalamır bəziləri. Ağıl da belədi; hamımızda var, amma bəziləri istifadə etməməkdə qəti qərarlıdı...
P[redaktə]
- Parçaları itmiş "puzzle" kimidir artıq insanlar. Kiminin ruhu, kiminin beyni və bir çoxunun bir ürəyi yoxdur.
S[redaktə]
- Sahib olacağın hər şey, bir gün itirəcəyin şeylərdən yalnız biridir.
- Silahın etdiyi tək şey, bir partlayışı müəyyən bir istiqamətə yönəltməkdir.
- Sizin sevdiyiniz ilə sizi sevən əsla eyni adam deyildir.
U[redaktə]
- Uğruna döyüşəcək bir şeylər tapana qədər, bir şeylərə qarşı döyüşməyi seçərsən.