Məzmuna keç

Özdəmir Asaf

Özdəmir Asaf
Doğum tarixi 11 iyun 1923
Doğum yeri Ankara
Vəfat tarixi 28 yanvar 1981
Vəfat yeri İstanbul
Dəfn yeri Aşiyan qəbiristanlığı
Vikipediya məqaləsi

Özdəmir Asaf (11 iyun 1923 – 28 yanvar 1981) — tanınmış Türk yazıçısı və şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıq insanı öldürən, partiyaları yaşadan bir hadisədir.
  • Adının üstünə xatirələr qoyma Sən məzar deyilsən. Xatirələr adının ardından gəlsin Sən divar deyilsən…
  • Ağlamaq unutmaq qədər asandır inan… Sevin ağlaya bilirsənsə. Sevin ağlayırsansa… Gül ağlaya bilirəm deyə, Gül ağlayıram deyə Sənə bir şey edə bilmərəm Ağlaya bilmirsənsə!
  • Ağızında yalan varkən danışma!
  • Artıq mənim xoşbəxtlik deyilən bir anlayışım olmayacaq. Daha bədbəxt olmamaq üçün…
  • Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək?
  • Azadlığı əlindən alınan uşağa böyük deyərlər.
  • Baxarkən qıya bilməməkmi, Yoxsa baxdıqca doya bilməməkdirmi eşq?
  • Bəzən dözməkdir sevmək; həyat hardan vursa vursun ayaqda dayana bilməkdir… Bəzən yaşamaqdır sevmək; nəfəssiz ciyər kimi sevgisiz ürəyin dayanacağını bilmək… Bəzən ağırdır sevmək; sevdiyinə layiq ola bilmək… Və bəzən həyatdır sevmək; birini çox uzaqdaykən belə, ürəyində daşıya bilmək…
  • Bir gün məndə şikayət etdiyin nə varsa, Darıxacaqsan!
  • Bir qadının alnı dodaqlarından daha qiymətlidir. Çünki dodaqlarından töküləcək olan "səni sevirəm" sözü, Əvvəldən alınına yazılmışdır…
  • Bir sevgini anlamaq, bir həyat xərcləməkdir… Xərcləyəcəksən!
  • Bir az sonra, sonra olacaq.
  • Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər.
  • Bir sevgini anlamaq, bir həyat xərcləməkdir… Xərcləyəcəksən!
  • Bir səni görsün istəyirsənsə gözüm, bir məni görməlidir gözün.
  • Bir sözə min məna yüklədiyim zaman sənə səslənəcəyəm.
  • Bu günə ən uzaq gün, dünəndir.
  • Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər.
  • Bütün rənglər eyni sürətlə çirklənirdi, birinciliyi ağa verdilər.
  • Damla özünü tamamlayınca damlar.
  • Danışsam dilim yanar, sussam ürəyim.
  • Deyilə bilmir çox şey, susmadan.
  • Dost gerçəkləri.. Düşmən maraqlarına uyğun gələni.. Dəli ağızına gələni.. Aşiq içindən keçəni söyləyərmiş.
  • Dünəniylə məşhur insanlar bu gün gün üzü görməzlər.
  • Dürüst kobud ol, süni hörmətli olma.
  • Eşq; iki adamın küçə döyüşünə bənzər, çünki ayıran həmişə bir başqasıdır.
  • Eşq; görməkdən çox darıxmağı sevər, Toxunmaqdan çox arzulamağı.. Və eşq elə xaindir ki; Harada qeyri-mümkün varsa gedər onu sevər.
  • Eşq gülməkdən çox ağlamanı, yaşamaqdan çox ölməyi istər. Və eşq elə xaindir ki, harada qeyri-mümkün varsa gedər onu sevər.
  • Evlilik, iki nəfərlik təklikdir.
  • Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu. Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm.
  • Əgər yalan idisə hər şey, buraxsaydın elə qalsaydı. Mənə son yalanın "məndə səni sevdim" olsaydı.
  • Gecədirmi insanı kədərləndirən,
    Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən?
    Gecədirmi səni mənə düşündürən,
    Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən?
  • Gerçək dəyər; gəlməsi boşluq dolduran deyil getməsi boşluq yaradandır.
  • Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir.
  • Gəlməyin bir yaxşılıqdır deyəcəkdim… qapını həmişə başqaları açdı.
  • Gözyaşı tökmədən nə qədər ağladım mən..
  • Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə mane olar.
  • Gözlə dedi getdi; Mən gözləmədim, o da gəlmədi. Ölüm kimi bir şey oldu amma kimsə ölmədi.
  • "Gözlə" desəydin, gəlməyəcəyini bilsəm belə gözləyərdim..
  • Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək.
Hər sevən
Sevilənin boy aynasıdır.
Sevmək
Sevilənin o aynaya baxmasıdır.
  • Halbuki nə çox ağladım mən bir damla yaş tökmədən..
  • Hər insanın bir hekayəsi vardır, amma şeiri yoxdur.
  • Hər kəs artıqlarıyla sevdi.. Oysa mən əskikləri ilə də sevdim.
  • Hər qorxan qaçmaz. Amma hər qaçan, qorxaqdır.
  • Hər sevən sevilənin boy aynasıdır. Sevmək sevilənin o aynaya baxmasıdır.
  • Xatirə bağçalarında üşümək isti idi.
  • Xoşbəxt edə bilməyəcəksənsə, məşğul da etməyəcəksən.
  • Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır.
  • İki variantın var; ya qal, ya getmə !
  • İkiüzlünün dilində dad, ürəyində isə fəsad gizlidir.
  • İnsanın böyüdükcəmi artır dərdləri ? Yoxsa insan, böyüdükcəmi anlayır gerçəkləri?
  • İnsanın cismində əməliiyat aparmaq üçün onu yatızdırmaq lazım.. Ruhunda əməliyyat etmək üçün isə oyatmaq.
  • İnsanlar böyüdükcəmi artır dərdləri, ya insan böyüdükcəmi anlayır dərdləri?
  • İnsanmı pula bağlı, ya pulmu insana bağlı, bu tamamən insana bağlı.
  • İnsansız ədalət olur… Ədalətsiz insan olarmı — olar.. olmaz olarmı ?! amma olmaz olsun !
  • Keçmişi ilə məşhur olan insanlar bu gün gün işığı görmürlər.
  • Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim. Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış.
  • Kim bilir neçə sevgili ayrı yataqlarda, Bir-birinə sarılaraq yatır.
  • Kimdən soruşsam, "Mən sənin xoşbəxtliyini istəyirəm" dedi. Nə qəsdiniz vardı xoşbəxtliyimə, anlamadım getdi..
  • Qaçdıqdan sonra başqa bir addım ata bilmirsinizsə; ora qaçma. Sənə yox, gözləyənə ayıb olar.
  • Qaçmaq istədikcə sənə tutuluram. Söndürmək istədikcə sənə yanıram.. Məğlub oldum! Yenə səni sevirəm.
  • Mən gülüşü üçün ölərkən, O ölümümə güldü.. Bax belə Fərqliydik..
  • Mən ölsəydim, o bəlkə ağlayardı.. Amma o ağlasaydı; Mən ölərdim..
  • Mənə toxunmayan ilan min il yaşasın. Bu ilan təbiətdəki ilandır, cəmiyyətdəki deyil. Səhv başa düşülür.
  • Məni elə bir yalana inandır ki, ömrüm boyu sürsün doğruluğu..
  • Mənim ən sevdiyim söz ,"sən"dən eşitdiyim "mən"dir.
  • Mənim söyləmək üçün çırpındığım gecələrdə, siz yox idiniz.
  • Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bəs etdi.
  • Nə pul istəyirəm nə də marka. Tək bir istədiyim var, o da yalansız bir qul.
  • Nə vaxt qeyri-mümkünü sevsən, o zaman gerçək sevərsən.
  • Nə zaman imkansızı sevərsən bax o zaman həqiqətən sevərsən.
  • Nəyinə bağlandım ki bu qədər; mənə baxmayan gözlərinəmi, yoxsa mənim olmayan ürəyinəmi?
  • "Off dodağım ağrıyır"-dediyimdə, "Öpüm də keçsin" -deyən sevgili. "Ürəyim ağrıyır" — dediyimdə çəkib getdi.
  • Öz bağçasında budaq ola bilməyənin biri; gəlmiş bağçama mənə ağaclıq edir!
  • Özünə gəl! Səni orada gözləyirəm.
  • Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir.
  • Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?
  • Sən qalırdın, gedə gedə, Mən gedirdim, qala qala.
  • Sən mənə baxma, mən sənin baxdığın yerdə olaram.
  • Səni, sənsiz də sevə bilirəm..
  • Səni tapmaqdan əvvəl axtarmaq istəyərəm.
    Səni sevməkdən əvvəl anlamaq istəyərəm.
    Səni bir həyat bitirmək deyil də,
    Sənə həmişə yenidən başlamaq istəyərəm.
  • Sənin tərəfində olanların da, sənə qarşı olanların da heç bir dəyəri yoxdur; səni anlamadıqca.
  • Sil ağızının kənarını, yenə gülüşündən cənnət axır…
  • Söyləmək olmur çox şeyi, susmadan.
  • Sus bə ürəyim! Mən də bilirəm darıxdığımı; Sus da bilməsin darıxıldığını.
  • Tək şəxsiyyətdən idimi ki bu şəhər? Sən gedincə bomboş qaldı…
  • Təklik çöldən gəlməz; insanın içindədir.
  • Təklik paylaşılmaz, paylaşılsa təklik olmaz.
  • Uşaqkən heyvanlarla danışa bilsəm nə maraqlı olar deyə düşünərdim, böyüdükcə anladım ki məgər illərdir nə qədər heyvanla danışırmışam.
  • Yalnızlıq paylaşılmaz, paylaşılsa yalnızlıq olmaz.
  • Yanına qədər qaçdıqdan sonra, bir addım daha atmayacaqsansa əgər; oraya qədər əsla qaçma. Sənə deyil, gözləyənə yazıq olar.
  • Yaşamaq üçün bir istiqamət axtarırdım, amma yox idi: müqavimət göstərmək üçün əlimdən gələni etdim.
  • Yolun gələcəyini çəkdim, keçmiş kimi.
  • Yuxunun içində bir yuxu, yuxumda bir gecə, gecədə mən… Bir yerə gedirə… Ağılımda sən…

İstinadlar

[redaktə]