Məzmuna keç

Üzeyir Hacıbəyli

(Üzeyir Hacıbəyov səhifəsindən yönləndirilmişdir)
Üzeyir Hacıbəyli
Doğum tarixi 18 sentyabr 1885
Doğum yeri Ağcabədi
Vəfat tarixi 23 noyabr 1948
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948, Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948), 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi.
  • Biz ətrafımızda törənən hadisələrə azacıq belə laqeyid baxa bilmərik. Öz yaradıcılığında həyatdan qida almayan, xalqın ruhunu biməyən, mübarizədən kənarda qalaraq hadisələrə qarşı laqeyd olan sənətkar cəmiyyət üçün deyil, özü üçün yarada bilər.
  • Canlı və mənalı danışmağı xalqdan öyrənmək lazımdır. Xalq heç vaxt elə söz deməz ki, boğaza ilişib qalsın. Dil gözəlliyinin isə ən vacib tələblərindən biri budur ki, söz, cümlə, ifadə dili rahat gəlsin, ağızda fırlanmasın, musiqidə də belədir. Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək nəticəsində mən Koroğlunu yazdım.
  • Deməli, Bülbülün üstünlüyü ondadır ki, o, hələ sinədən, boğazdan oxuması bir yana qalsın, hər şeydən əvvəl, ifaçılıq mədəniyyətinə yiyələnmişdir. Mən bu əqidədəyəm ki, biz tələbələrə notla çalmağı öyrətdiyimiz kimi, notla da oxumağı öyrətməliyik.
  • Dünyada ən alçaq sifətlərdən birisi cürətsizlikdir. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz.
  • Əcayib, qəribə deyimlər gözəlliyi də eybəcərləşdirir.
  • Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə.
  • Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir…
  • Əsrlər boyu baş verən tarixi hadisələr nəticəsində Azərbaycan xalqı müxtəlif xalqların malik olduğu ən yaxşı xüsusiyyətləri mənimsəmiş və öz musiqi sənətini müstəqil inkişaf etdirmişdir. Təsadüfi deyildir ki, ən yaxşı ifaçılar, ən yaxşı müğənnilər məhz Azərbaycandan çıxır.
  • Kim əgər Azərbaycanı, onun hürriyyətini, azadlığını, ayağa qalxmasını istəmirsə, o zaman qoy torpaqlarımızdan çıxıb getsin.
  • Mən Çaykovskinin yaradıcılığına coşğun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm.
  • Müvəffəqiyyət — əldə edilmiş kamillikdir, kamillik isə asanlıqla qazanılmır.
  • Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları gözəl səs sahiblərini meydana çıxarıb, türk sənaye-nəfisiyyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasında bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərləinin meydana çıxamasına səbəb oldu.
  • Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir.
  • Təəccüblüsü budur ki, müsəlman gərək hamıdan təmiz olsun. Halbuki hamıdan natəmizdir. Adamı yandıran budur. Həqiqətən də belə olur, kar, kor, keçəl, qotur, azar-bezar müsəlmanın içindən əl çəkmir.
  • Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər.[1]

Haqqında deyilənlər

[redaktə]
  • Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu onun təkcə möhtəşəm müsiqi əsərləri yaratmasında deyil, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqisimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən, qərb musiqi məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmasındadır.[2][3]Ələddin Allahverdiyev

Vikipediyada Üzeyir Hacıbəyli haqqında məqalə var.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
  2. "Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı". Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018–05-28)
  3. "Türk dünyası ağsaqqalları" qəzeti, 30 may — 05 iyun, № 11(199), 2018, səh. 4–5.