Lovğalıq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E[redaktə]
- Evli kişilər yaxşı ər olanda dəhşətli dərəcədə sıxıcı, pis ər olanda isə dəhşətli dərəcədə lovğa olurlar. Oskar Uayld
Ə[redaktə]
- Əgər həyan olsa, lovğa olmazsan,
Mənasız işlərə meyl salmazsan.
H[redaktə]
- Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər. Məhəmməd Füzuli
- Hər kəs ki, lovğalıq və məğrurluq yükü altındadır, o mərifətdən kəmdir. Əhvədi
- Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız. Aleksandr Pop
İ[redaktə]
- İnsan ancaq öz təkəbbüründən əl çəkdikdən sonra cəmiyyətlə ayaqlaşa bilər. Konfutsi
L[redaktə]
- Lovğa xoruzun quyruğu peyin içində olar. İndoneziya atalar sözləri
- Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. Ezop
- Lovğalıq elə qüvvətli zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir. Plutarx
- Lovğalıq insanın bütün yaxşı xüsusiyyətlərini məhv edir. Konfutsi
- Lovğalıq tərəqqinin düşmənidir. Üzeyir Hacıbəyli
M[redaktə]
- Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, özünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko