Plutarx
Jump to navigation
Jump to search
Plutarx - (təxminən 45 – təxminən 127-ci illər) - Qədim yunan yazıçısı və tarixçisi və filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı qadın paltarını çıxardıqda utancaqlığa bükülür və ər və arvad arasında nə qədər çox utancaqlıq olsa, bu bir o qədər böyük sevgini ifadə edir.
- Ağılsız ər ilə istədiyi kimi rəftar etməyi ağıllı ərə qulaq asmaqdan üstün tutan qadınlar yolda görən və yolu bilənin ardınca getməkdənsə öz ardınca koru aparmağa üstünlük verir.
D[redaktə]
- Deyirlər ki, adamlara iki qulaq və bir dil - çox eşidib, az danışmaq üçün verilib.[1]
- Dostları görməkdən böyük sevinc, dostlarla ayrılmaqdan acı dərd yoxdur.
Ə[redaktə]
- Ədalətli kişi arvadı ilə mülkiyyət sahibi kimi yox, bədənin ruhu kimi davranır: onun hissləri ilə hesablaşaraq və dəyişməz olaraq xeyirxahlıqla.
H[redaktə]
- Hirslənmiş ər nə qədər ki, qışqırır və söyürsə, ağıllı qadın susmalıdır və yalnız o sakitləşdikdən sonra onunla danışmağa başlayır ki, onu yumşaltsın və sakitləşdirsin.
İ[redaktə]
- İstənilən işi ağıllı ər-arvad qarşılıqlı razılıqla həll edirlər, amma, elə ki, ərin üstünlüyü aydın görünsün və son sözü kişi desin.
Q[redaktə]
- Qadını daha gözəl edən onu bəzəyir, amma, onu nə qızıl, zümrüd və al qırmızı paltar belə etmir, sadəliyi, ədəbliliyi və utancaqlılığı bəzəyir.
- Qanun tərbiyəyə arxalanmasa, nə qədər ədalətli belə olsa, o uzun ömürlü sayıla bilməz.
- Qarşılıqlı sevgiyə əsaslanan ər-arvad ittifaqı tama çevrilmiş birliyi əmələ gətirir; əgər bu, cehiz və ya nəslin davamı üçün bağlanırsa, onda əlaqələnmiş hissələrdən ibarətdir; əgər ki, yalnız ona görə ki, bir yerdə yatsınlar, onda uyğunlaşmış hissələrdən ibarətdirlər və belə kəbini birgə həyat yox, bir damın altında, yaşamaq hesab etmək daha doğrudur.
L[redaktə]
- Lovğalıq elə qüvvətli zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir.
M[redaktə]
- Mənə elə dost lazım deyil ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin. Ona qalsa, mənim kölgəm də dostdur.[2]
N[redaktə]
- Nitqin gücü az sözlə çox şey demək bacarığındadır.
S[redaktə]
- Saqqal insanı filosof eləmir.
- Satqınlar ilk növbədə özlərini satırlar.
Z[redaktə]
- Zəngin olmayan adam, adam olmayan zəngindən üstündür.
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014