Qanun
Jump to navigation
Jump to search
A[redaktə]
- Az danışana çox qanun lazım deyil. Xarilay
- Azadlığın əsas vəzifəsi insanların qanuna qarşı çıxmasına mane olmaqdır. Şarl Lui Monteskyö
B[redaktə]
- Bir universal qanun vardır: bu ədalət qanunudur. Ədalət bir millətin hüququnun təməl daşıdır. Aleksis de Tokvil
D[redaktə]
- Dövlətlilər üçün qanun yoxdur. Teluqu atalar sözləri
Ə[redaktə]
- Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adı ilə pərdələnən zorakılıq və qanunun öz qəddarlığı. Frensis Bekon
- Əxlaq mövzusunda inandığım qanun budur; bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə o əxlaqidir; əgər özünü pis hiss edirsənsə o qeyri əxlaqidir. Ernest Heminquey
G[redaktə]
- Gücün hökm etdiyi yerdə qanun gücsüzdür. Menandr
- Güçün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir. Viktor Hüqo
- Günah öz düşüncəsini yaymaqla olar. Halbuki mən sadəcə susdum. Belə susduğuma görə heç bir qanun məni, ədalətə görə, haqlı olaraq cəzalandıra bilməz. Tomas Mor
H[redaktə]
- Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
X[redaktə]
- Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır. Heraklit
K[redaktə]
- Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon
- Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur. Benedikt Spinoza
Q[redaktə]
- Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. Demosfen
- Qanun həmişə güclünün tərəfindədir. Nikkolo Makiavelli
- Qanun kölələr üçün məcburiyyətdir, azadlar üçün ehtiyac. Demand
- Qanun müdriklər üçün məşğuliyyət, axmaqlar üçün məhdudiyyət. Şan Yan
- Qanun tərbiyəyə arxalanmasa, nə qədər ədalətli belə olsa, o uzun ömürlü sayıla bilməz. Plutarx
- Qanun tiranın öz qəzəbinə verdiyi möhlətdir. Apolloni
- Qanun və qərarların çoxluğu cinayətlərin az olması demək deyildir, əksinə. Lao-tszı
- Qanunlar - dövlətlərin hökmdarlarıdır. Alkimdamant
- Qanunlara ədalətli olduğuna görə deyil, qanun olduğuna görə hörmət edirlər. Monten
- Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar. Qai Korneli Taçit
- Qanunların sayı nə qədər çox isə sui-istifadə də o qədər çox olar. Qai Korneli Taçit
M[redaktə]
- Məmur məni qanun adına həbs etdi, mən onu azadlıq adına şillələdim. Klement Duval
- Mənim üçün əhəmiyyəti yoxdur ki, güc kimin tərəfindədir; əhəmiyyəti olan odur ki, qanun kimin tərəfindədir. Viktor Hüqo