Tomas Mor
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə tərzi də tək bir varlıq tərəfindən həyata keçirilir.
- Bütün sərvətin bir ovuc acgözlərin əlində olduğu, əksəriyyətinin səfalət içində yaşadığı cəmiyyətdə heç kim xoşbəxt ola bilməz.
Ç[redaktə]
- Çıxmağıma kömək edin. Enəndə, necə olsa da, yalnız qalacam. (Edam kürsüsünə çıxarkən cəllada dediyi son sözü)
G[redaktə]
- Günah öz düşüncəsini yaymaqla olar. Halbuki mən sadəcə susdum. Belə susduğuma görə heç bir qanun məni, ədalətə görə, haqlı olaraq cəzalandıra bilməz.
H[redaktə]
- Hörmət dilənçilər üzərində ixtiyar sahibi olmaqla deyil, zəngin və xoşbəxt insanları idarə etməklə qazanılır.
İ[redaktə]
- İnsanı Allahdan, siyasəti əxlaqdan ayırmaq olmaz.
Q[redaktə]
- Qadınlar adətən kin ucbatından deyil, təbiətlərinə görə ərlərinin sevdiyi insanlara nifrət edirlər.
- Qadınlar ərlərinə, uşaqlar valideynlərinə, kiçiklər isə böyüklərə tabedirlər.
M[redaktə]
- Mən tam əminəm ki, xüsusi mülkiyyət tamamilə ləğv olunmasa, malların ədalətli bölüşdürülməsi ola bilməz və insanlığı düzgün idarə etmək olmaz.
- Müharibə şöhrəti dövlətlərə ən az qürur gətirir.
S[redaktə]
- Sağlam cəmiyyətin əsas təməli malların ədalətli bölüşdürülməsindədir.
Ş[redaktə]
- Şöhrətpərəst adamdan ədalət gözləməyin. [1]
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.418