Kainat
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur. İmmanuel Kant
- Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə tərzi də tək bir varlıq tərəfindən həyata keçirilir. - Tomas Mor
E[redaktə]
- Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Karl Saqan
Ə[redaktə]
- Ədalət kainatın ruhudur. Ömər Xəyyam
- Əgər bütün kainatda həyat təkcə Yer kürəsində mövcuddursa, bu, çox böyük yer israfı olardı. Karl Saqan
G[redaktə]
- Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm. V for Vendetta
İ[redaktə]
- İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir! Əbu Turxan
K[redaktə]
- Kainat bir beşik, zaman isə onun ipidir. ("Füyuzat" jurnalından)
- Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz. Alber Kamyu
- Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil. Mark Tven
- Kainatda ən bol şey, hidrogen və axmaqlıqdır. Frenk Zappa
- Kainatda ən yüksək həqiqət imandır, imandan sonra namazdır. Səid Nursi
- Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir. [1] İbn Sina
- Kainatın enerjisi dəyişməzdir. Rudolf Klauzius
- Kainatın entropiyası maksimuma doğru meyllidir. Rudolf Klauzius
- Kainatın əfəndisi insan ruhudur. Əhməd Hamdi Tanpınar
- Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. Əbu Turxan
- Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. Qalileo Qaliley
- Kainatın mərkəzi kəşf edildiyində bir çox insan özlərinin mərkəz olmadığını anlayıb kədərlənəcək. Bernard Beyli
- Kainatın ruhu həqiqətdir. İbn Sina
- Kitab insanı kainatın sahibi edir. P.A.Pavlenko.
R[redaktə]
- Ruh, məhv edilməz bir kainatın aynasıdır. Qotfrid Leybnis
T[redaktə]
- Tarix kainatın vicdanıdır. Ömər Xəyyam
İstinadlar[redaktə]
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014