Mark Tulli Siseron

Vikisitat saytından
Jump to navigation Jump to search
Wikipedia logo
Mark Tulli Siseron haqqında Vikipediyada məqalə var.
Siseron'un büstü
Cicerón denuncia a Catilina, por Cesare Maccari.jpg

Mark Tulli Siseron (e.ə.106-43) — Roma natiqi, şairi və siyasi xadimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adam öz iradəsinə tabe olmağı və öz qərarlarını yerinə yetirməyi öyrənməlidir.
  • Adət təbiətə qalib gələ bilmədi.Çünki, o həmişə məğlubedilməzdir.
  • Adətən, ölməz Allahlar xainliyə, əxlaqi pozğunluğa görə insanlara acıqlanır və hirslənirlər.
  • Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub?
  • Adətin köləsinə çevrilmiş ruhda həqiqət axtarmaq, təbiəti tədqiq edən və sınaqdan keçirən fizik üçün ayıb deyilmi?
  • Acıma, başqasının bədbəxtliyinə, həsəd isə başqasının xoşbəxtliyinə kədərlənməkdir.
  • Ah-uf etmək nadir halda olsa belə kişiyə, çığır-bağır etmək isə qadına yaraşmaz. Əgər belə bir hadisə baş verərsə, yəni qadın güclü və müdrik ərinə qışqırarsa, bunu öz gərginliyini gücləndirmək məqsədi ilə edə bilər. Bu eyn ilə atletin, qaçanın, yumruq döyüşçüsünün yarışarkən qışqırması kimidir. Bunu qorxudan yox, bədənlərini gərginləşdirib daha güclü olmaq üçün edirlər.
  • Axmaqlıq arzuladığı şeyə nail olsa da, heç vaxt razı qalmır.
  • Axmaqlığın kökləri necə də dərindir!
  • Ah, dövranlar! Ah, əxlaqlar!
  • Ağıllı adam səhvini etiraf edər, axmaq isə etdiyi səhvi boynuna almaz.
  • Ağıllı adam səhvini düzəltməyə çalışar, axmaq isə axıracan öz səhvinin üstündə durar.
  • Ağıllı insan heç vaxt satqına inanmağı mümkün hesab etmir.
  • Ağılsızların görmə qabiliyyətinə inanmayıb yatanların aydın olmayan görmələrinə inanmağımızı heç cür başa düşə bilmirəm.
  • Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır.(ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox.
  • Ağlı başında və ayıq olan adam oynamaz.
  • Alim və təhsilli adam üçün yaşamaq, düşünmək deməkdir.
  • Allahlar insan simasına, insanlar isə ilahi simaya malik deyillər (Stoiklərin fikri).
  • Allahlar kiçik işlərlə yox, böyük işlərlə məşğuldur.
  • Allahların məhkəməsi necə də mükəmməldir! Məgər hansısa bir dövlət, atanın, yaxud babanın törətdiyi cinayətə görə oğlu və nəvəni mühakimə edən qanun təsis edən qanunvericini qəbul edərdi?
  • Aşkarlıq, sübutlarla azalır.
  • Arvada nifrət qorxudan yaranır.
  • (Atomların təsadüfi hərəkətindən dünyanın yaranması haqqında Epikürün nəzəriyyəsi haqqında): Əgər latın əlifbasındakı iyirmi bir hərfdən çoxlu düzəldib sonra yerə atsaq, onlardan o dəqiqə “ Annalı” Enniya sözlərinin alınacağına və sonra onları oxumağın mümkün olacağına niyə də inanmayaq?
  • Aydınlıq, sübutlarla zəifləyir.
  • Ayrı-ayrı sözlərə görə yox, onların ümumi əlaqəsinə görə mühakimə et.
  • Azad olmaq üçün qanunun qulu olmalıyıq.

B[redaktə]

  • Baxmayaraq ki, hər bir fəzilət bizi özünə cəlb eləyir, ancaq ədalət və comərdlik bunu daha çox edir.
  • Baxmayaraq ki, Sofoklun yazdığı gözəl “Elektra” mövcuddur, amma mən bir romalı kimi əminəm ki, Atillanın pis tərcümə etdiyi “Elektra” nı oxumalıyam.
  • Başqa fənlərlə məşğul olmaq tədqiqata, təlimata və elmə əsaslanır. Şair isə öz gücünü təbiətdən alır. O, öz ağlının gücü ilə ruhlanır və sanki ilahi bir ruhla qidalanır.
  • Başqalarının bədbəxtliyinə əsaslanan təskinlik ən zəif təskinlikdir.
  • Başlanılan iş dayandırıla bilməz.
  • Beləliklə, rədd olsun qadınların o cəfəngiyatı ki, vaxtdından əvvəl ölmək bədbəxtlikdir! Hansı vaxtdan əvvəl? Təbiətin bizə verdiyi vaxtdan? Amma o, bizə vaxtını demədən, yalnız pul kimi istifadə etmək üçün həyat verib. Belə olan halda, o verdiyini geri qaytarmağı tələb edirsə, niyə şikayətlənirsən? Onun şərti əvvəldən belə olub.
  • Bədbəxtlik ittihama meyillidir.
  • Bədən artıq hərəkətlərdən yorulur, ağıl isə möhkəmlənir.
  • Bədii ifadə nitqin predmetini görünən edir.
  • Bəzən gələcəkdə nə baş verəcəyini bilməmək yaxşıdır: nəyəsə köməyin mümkün olmamasına, köməyə malik olmamağa, ümumi təskinliyin- ümidlərin olmamasına kədərlənmək bədbəxtlikdir.
  • Bəzən insan özü-özünün ən qəddar düşməni olur.
  • Bəzən sükut güclü haraydan daha təsirlidir.
  • Bəziləri mahiyyətcə yox, adına görə insandır.
  • Biabırçı şey heç vaxt faydalı ola bilməz.
  • Bilikli olmaq azdır, gərək bu bilikdən istifadə etməyi də bacarasan.
  • Bir adamın iradəsindən, daha doğrusu, əxlaqından asılı olan xalqın taleyi möhkəm ola bilməz.
  • Bir çox insanlar qəribə və utanmaz bir istəyə tutulurlar. Onlar istəyir ki, elə dosta malik olsunlar ki, başqalarının ona vermədikləri şeyin hamısını o dostdan ala bilsinlər.
  • Bir dəfə mən “Gülməli” başlığı altında bir neçə yunan kitabları ilə tanış oldum. Amma bu hazırcavablılığı hansısa elmi əsaslarla əlaqələndirməyə çalışanlar özləri o dərəcədə qeyri-hazırcavab oldular ki, onların kütbeyinliklərinə gülməmək olmur. Ona görə də elə hesab edirəm ki, hazırcavablığı heç cür öyrənmək olmaz.
  • Bir dövlət içərisində gəncliyin təhsil və tədrislə məşğul olmasından daha böyük və daha müqəddəs bir xidmət düşünülə bilməz.
  • Birinci yerdə vətən və valideynlər, sonra uşaqlar və bütün ailə, daha sonra isə yerdə qalan qohumlar olmalıdır.
  • Biz adətən həqiqəti söyləsə belə, yalançıya inanmırıq. Əgər yuxularımazdan heç biri heç vaxt çin olmayıb, biri olanda, o dəqiqə ona inanırıq və hesab edirik ki, bir yuxumuz çin olubsa, çin olmayan o birilərinə də inanmalıyıq.
  • Biz daha çox bizim mərhəmətimizi axtarmayanlara təəssüflənirik.
  • Biz əllərimizlə təbiətdə bir növ ikinci bir təbiət yaradırıq.
  • Biz əcdadlarımızın ixtiralarını bilməliyik.
  • Biz gələcək günün bizə nə bəxş edəcəyini ağıllı surətdə götür-qoy etməliyik.
  • Biz həmişə vergiləri dövlətin damarı hesab etmişik.
  • Biz qüsurların kökünü kəsib fəzilət toxumu səpməliyik.
  • Biz o zaman azad insanlar ola bilərik ki, müstəqi düşünmək qabiliyyətimizi saxlaya bilək, boynumuza qoyulan fikirləri müdafiə etməyə zərurət bizi məcbur edə bilməsin.
  • Biz öz əllərimizlə təbiətdə ikinci təbiət yaradırıq.
  • Bizdən gizli olan şeyləri bilmək istəyəndə hansı faydanı, yaxud xeyiri nəzərdə tuturuq?
  • Bölüşdüyün bir sevinc ikiqat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar.
  • Böyük müdafiəçilər! (yəni vəkillər) Mən sizi yaxşı tanıyıram. Sizin köməyinizdən istifadə etmək üçün adam öldürmək lazımdır. (Yuli Sezarın idarə etmə üsulu haqqında:) Düşündüyünü demək olmaz, susmağa isə icazə verilir.
  • Böyüyə münasibətdə gücə malik olan, kiçiyə münasibətdə də gücə malik olmalıdır.
  • Bu aydındır ki, biz fəaliyyət üçün doğulmuşuq.
  • Bütün gözəl şeylər nadir hallarda olur.
  • Bütün günü daş atan elə bir adam tapılararmı ki, bir gün hədəfə vura bilməsin? Elmlə məşğul olmaq gəncliyi qidalandırır, qocalığı fərəhləndirir, xoşbəxtliyi zinətləndirir, bədbəxtliyə isə sığınacaq və təskinlik verir.
  • Bütün həqiqətlərdə həqiqətə oxşar hansısa bir yalan gizlənir.
  • Bütün pisliklərin zirvəsi- bu, vətəndaş müharibəsində qələbə çalmaqdır.
  • Bütün təbiət özünü saxlamağa can atır.

C[redaktə]

  • Cahillik, ağılın aysız və ulduzsuz gecəsdir.
  • Cəsarət, qəzəbsiz də olur. Qəzəb isə əksinə, yüngülxasiyyətin əlamətidir. Çünki, düşüncəsiz cəsarət yoxdur.
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur.Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb.Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır.Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər.
  • Cəzasızlıq oğurluğu şirnikləndirməyin ən rüsvayçı üsuludur.
  • Cinayətin ən böyük cəlbedici amili cəzasız qalmağa ümid etməkdir.
  • Cinayətin ən böyük mükafatı cəzasızlıqdır.

Ç[redaktə]

  • Çalışmaq lazımdır ki, hər kəsə xidmətlərinə görə qiymət verilsin. Ədalətin əsası budur.
  • Çıxarılan hökmə görə pul almaq cinayətdir. Bəraət üçün pul alacağın insanı ittiham etmək isə daha böyük cinayətdir.

D[redaktə]

  • Daha bir il yaşamaq üçün heç kim bir o qədər də qoca deyil.
  • Daha ədalətli olan daha xeyirlidir.
  • Daha sonra gələn fikirlər daha ağıllı olur.
  • Danışıqlar faktlara uyğun gəlmir.
  • Demaqoqların yüngülxasiyyətliliyi ilə həqiqi demokratik natura arasında fərq var.
  • Dənizdə hökmranlıq edən söz sahibidir.
  • Din, allahlara pərəstişdir.
  • Dinləyicini öyrətmək vəzifə, əyləndirmək isə hörmət borcudur.
  • Doğma evdən əziz yer yoxdur.
  • Dost insanın ikinci özüdür.
  • Dostluq, yalnız ləyaqətli insanları birləşdirə bilər.
  • Dostluqda bərabər qulluq və hisslər tələb etmək- deməli, dostluğu ən çürük və miskin hesaba tabe etməkdir: xərc gəlirə bərabər olmalıdır. Əsl dostluq zəngin və səxavətlidir. O, alınandan çox veriləni hesablamır.
  • Dostluqda ən çətin şey özündən aşağı olana bərabər olmaqdır.
  • Dostluqda olduğu kimi, dövlət işlərində də riyakarlıq və yaltaqlıq olmamalıdır.
  • Dostundan yalnız tərif gözləyən heç dostluğa layiq deyil.
  • Dövlət işlərində qəddar olan heç bir şey faydalı ola bilməz.
  • Dünya hər şeyi öz ağuşunda saxlayır.
  • Dünya orqanizmi qırılmaz bir bütövlükdür.
  • Dünya tar-mar olsa belə, qoy ədalət zəfər çalsın.
  • Dünyanı ilahi qüvvə idarə edir (Stoiklərin fikri).
  • Dünyanı yaradanlar əsrlər boyu yatıb yuxuya qaldıqdan sonra, qəflətən niyə ayıldılar? Axı heç bir dünya olmasa da, əsrlər ki, var idi. Ona görə də ağla sığışdırmaq olmur ki, heç bir vaxt yox idisə, bir müddət nə olmuşdu?
  • Dünyanın bütün elementləri bir-biri ilə harmonik şəkildə bağlıdır.
  • Düzgünlük və məsuliyyət sahibi kimsə lider olmağa layiqdir.

E[redaktə]

  • Elə adamlar var ki, onlarla dostluq etmək çox çətindir. Çünki, bu cür adamlar onlara nifrət edildiyini düşünürlər. Amma bu o zaman baş verir ki, həmin adam ürəkdən ona nifrət edilməsini istəyir.
  • Elə bir insan tapılarmı ki, zənginlikdə yaşamağa razı olsun və günlərini keflə keçirsin, amma heç kimi sevməsin və sevilməsin? Amma tiranlar nə etibar, nə də sevgi bilmədən yaşayırlar axı. Qorxduğun və ya səndən qorxduğunu güman etdiyin adamı sevmək olarmı?
  • Elmlərlə məşğul olmaq gəncliyi tərbiyə edir, qocalığı əyləndirir, xoşbəxt şəraitdə bəzək, bədbəxt şəraitdə isə sığınacaq və təskinlik rolunu oynayır.
  • Ehtiyatlı hərəkət etmək ağıllı düşünməkdən vacibdir.
  • Etibar məsələlərində ədalət, vicdan adlanır.
  • Etdikləri yaxşılıqlardan belə peşman olanlar iyrənc insanlardır.
  • Evlilik insan cəmiyyətinin birinci pilləsidir.
  • Eyni ilə göz kimi, “Ruh o dərəcədə gücsüzdür ki, özünü belə görə bilmir”. Özünü görməyən ruh bütün başqa şeyləri görür.
  • Eyni zamanda doğulmuşlar nə eyni təbiətə, nə də eyni həyata malik olurlar.

Ə[redaktə]

  • Ədalət, bütün fəzilətlərin ən alisidir.
  • Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır.
  • Ədalət, faydalılıqdan ayrı ola bilməz.
  • Ədalət, hər kəsə xidmətlərinə görə verilən əvəzdə bilinir.
  • Ədalət naminə demək olar ki, rəis, danışan qanun, qanun isə lal rəisdir.
  • Ədalətdən uzaq olan bilik müdriklikdən çox diribaşlıq adına layiqdir.
  • Ədalətin iki başlanğıcı mövcuddur: heç kəsə ziyan vurmamaq və cəmiyyətə xeyir vermək.
  • Ədalətsizliyin mənbəyi zorakılıq və yalandır.
  • Əgər ağrı əzablıdırsa, o uzunsürən, uzunsürəndirsə, əzablı deyil.
  • Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən?
  • Əgər Allahlar insanların işlərinə baxırsa, onlrın hömkmlərindən belə nəticəyə gəlmək olar ki, onlar fəzilətlə yaramazlıqlara heç bir fərq qoymurlar.
  • Əgər allahlardan biri mənə indiki yaşımdan uşaqlıq yaşıma qayıtmağa və beşikdə ağlamağıma imkan versəydi, mən əlbəttə ki, imtina edərdim və istəməzdim ki, məni bütün yarış məsafəsini qaçıb başa vurandan sonra əvvələ qaytarsınlar. Biz kimvrilərlə (kimvrilər- qədim alman tayfası) ilə müharibəni rəqiblərdən kiminsə əmr edəcəyinə görə yox, onlardan kimin mövcud olacağına görə etdik.
  • Əgər bacarırsansa, et.
  • Əgər bir şeyi ki, sözlə adlandırmaq olar, o ayıb sayıla bilməz. Sən arxa dəliyi öz adı ilə yox, başqa ad ilə adlandırırsan! Əgər söz ayıb sözdürsə, onu yad sözlə yox, öz adı ilə adlandır.
  • Əgər biz özümüzü idarə etmək gücündəyiksə, bu çox əladır.
  • Əgər biz sülhdən istifadə etmək istəyiriksə, döyüşməliyik.
  • Əgər dünyada sevgi varsa, o, ağılsızlıqdan uzaq deyil.
  • Əgər fitnə-fəsad, zorakılıq, quldurların, yaxud düşmənlərin silahı həyatımıza təhlükə yaradırsa, o halda özünümüdafiənin hər üsulu bəraət qazanır. Çünki, qanunlar silahın səsindən susur.
  • Əgər heç kim səni satın almaq istəmirsə, təmiz adam olmaq hələ igidlik deyil.
  • Əgər kimsə bir dəfə yalandan and içirsə, bundan sonra o, Allahlara and içsə belə, ona inanmaq lazım deyil.
  • Əgər kütlə ləyaqətli insanlar haqqında ədalətli mühakimə yürüdürsə, bu, mühakimə edilənlərin xoşbəxtliyindən çox kütlənin özünü şərəfinə aiddir.
  • Əgər qanun tətbiq etmək mümkündürsə, o zaman cinayətkar vətəndaşı, daha doğrusu, daxili düşməni məhkəmə ilə sındırmaq lazımdır. Əgər zorakılıq məhkəməyə mane olur, yaxud onu məhv edirsə, o zaman sırtıqlığa şücaətlə, quduzluğa cəsurluqla, kobudluğa ağılla, quldur dəstəsinə qoşunla, gücə güclə qalib gəlmək lazımdır.
  • Əgər ildırımlar ritmlə saçmasaydı, onlar çox zəif parlayardılar.
  • Əgər insan əzab çəkmirsə, bu onu bildirirmi ki, o, ali xoşbəxtlikdən həzz alır?
  • Əgər insan yalnız heç kim onu ələ ala bilmədiyinə görə düzgün insandırsa, onun xidməti böyük deyil.
  • Əgər mən insan ruhunun əbədiliyinə inanmağımla yanılıramsa, o halda həvəslə yanılıram və nə qədər ki, sağam, istəmirəm ki, mənə ləzzət verən yanılmamı məndən almasınlar. Əgər mən bəzi əhəmiyyətsiz filosofların düşündüyü kimi ölümdə də heç nə hiss etməyəcəyəmsə, o zaman ölmüş filosofların istehzasından niyə qorxmalıyam? Əgər bizə əbədilik bəxş edilməyibsə, o zaman ayrılan vaxtda ölmək bizim üçün daha yaxşıdır. Çünki, təbiət həyat üçün, eləcə də bütün başqa şeylər üçün bir hədd qoyur. Qocalıq isə həyat dramının son səhnəsidir.
  • Əgər müdrik insan özü-özünə kömək edə bilmirsə, onun müdrikliyinin heç bir faydası yoxdur.
  • Əgər natiq danışmaq istədiyi şeylər barəsində mükəmməl məlumata malik deyilsə, o zaman onun natiqliyindən danışmaq olmaz.
  • Əgər natiqin gözəl tərtib etdiyi sözlərin yerini dəyişsən, bütün cümlənin mənası pozulacaq. Sözlər eyni qalmaq şərtilə sözlərin yerini azacıq da olsa dəyişsəniz, bütün fikir məna bildirməyən lazımsız söz yığınından ibarət olur.
  • Əgər seçim həqiqətlə uydurma arasındadırsa, ağıla seçmək lazım gəlmir.
  • Əgər yaddaşı işlətməsən, o zəifləyər.
  • Əliaçıqlığın hədd-hüdudu yoxdur.
  • Əmək, ağrıya qarşı hansısa qabarlı bir sədd yaradır.
  • Əmək, kədəri qeyri-həssas edir.
  • Əmək, kədəri zəiflədir.
  • Ən ali qanun xalqın rifahıdır.
  • Ən böyük azadlıq tiraniyaya, ən böyük ədalətsizliyə və ən ağır köləliyə aparır.
  • Ən böyük ədalətsizlik- ədalətə görə haqq istəməkdir.
  • Ən böyük fayda adətən özündə ən böyük böyüklüyü, hətta ən böyük gözəlliyi daşıyır.
  • Ən gözəl bəzək-təmiz vicdandır. Mənim üçün sakit vicdanım bütün dedi-qodulardan vacibdir.
  • Ən tez quruyan göz yaşıdır.
  • Ən uzaq keçmişdən tutmuş indiyənə qədər çətin ki, üç cüt həqiqi dost tapıla.
  • Ən uzun söz birləşməsi birnəfəsə deyilən sözlərdir.
  • Ən yaxşı niyyətlərinin düzgün olduğunu şüurunda daşıyanı bədbəxt adlandırmaq yolverilməzdir.
  • Ən yüksək qanunilik, ən yüksək qanunsuzluqdur.
  • Əsas məsələ fəziləti və qüsurları özünüzün dərk etməyinizdir. Əgər belə bir dərk etmə yoxdursa, hər şey səbatsız olur.
  • Əvvəllər öküzün, yaxud filin gücünə həsəd apardığım kimi gənclərin gücünə həsəd aparmıram. Nəyin varsa, ondan istifadə et, nə edirsənsə, gücünə arxalan.
  • Əzab çəkən bilir: Ən böyük bədbəxtlik, əzab çəkməkdir.

F[redaktə]

  • Faydalı olanı əxlaqi olandan yüksək qiymətləndirmək son dərəcə rüsvayçılıqdır.
  • Faydaya cəhd etmək dostluq yaratmır, dostluq faydanı özü ilə gətirir.
  • Fəaliyyətə cəhd illərlə möhkəmlənir.
  • Fəlsəfə bütün elmlərin anasıdır.
  • Fəlsəfə ruhun dərmanıdır.
  • Fəlsəfəni göydən yerə endirmək.
  • Fəlsəfənin səbəbi və başlanğıcı bilməməzlikdir.
  • Fəzilət fəaliyyətlidir.
  • Fəzilət insanları müdafiə etməkdədir.
  • Fikirlərin çoxluğu uzunçuluğa səbəb olur.
  • Filosoflar yox, mahir yalançılar təsdiq edir ki, insan öz arzusuna uyğun yaşayanda xoşbəxt olur. Bu, yalan bir iddiadır. Cinayətkar arzular bədbəxliyin başlanğıcıdır. İstəməyi belə cinayət sayılanı əldə etməkdən, istədiyin şeyə nail olmamaq daha az kədərləndirir.

G[redaktə]

  • Gələcək hadisələri bilmək bizim üçün faydalı deyil. Yaxud sən hesab edirsən ki, üç dəfə konsul seçilən, üç dəfə triumf (triumf- qədim Romada: zəfərdən qayıdan sərkərdənın təntənə ilə qarşılanma mərasimi) alan, özünün böyük igidlikləri şöhrətinə tutulmuş Pompey, ordusunu itirəcəyini, Misirin səhralığında bir gün kəsiləcəyini bilsəydi, bütün uğurlarına sevinə bilərdi?
  • Gələcəyi görmək qabaqcadan verilən məlumatlara və əlamətlərə yox, müdrikliyə əsaslanmalıdır.
  • Gənclər güclü alov, qocalar isə yanıb qurtararaq özü-özünə sönən tonqal kimi ölürlər.
  • Gənclərin bədəni əməklə möhkəmlənir.
  • Görkəmli imperator (sərkərdə) dörd istedada malik olmalıdır: hərbi işi bilməyə, şücaətə, nüfuza və uğur qazanmağa.
  • Göz yaşlarımız tez quruyur, xüsusi ilə də onu başqasının bədbəxtliyi üzərində axıdanda.
  • Gözəl natiq o adamdır ki, adi şeyləri sadə, böyük şeyləri yüksək, orta şeyləri isə orta tərzdə ifadə edir.
  • …Gözəl sözlər, boş sözlərdən başqa bir şey deyildir.
  • Güclü nifrətə, xüsusi iztirablara məruz qalmayanlar daha asanlıqla istehzaya məruz qalır.
  • Gülüş, müstəsna, yaxud təxmini müstəsna olaraq ondan irəli gəlir ki, o, ədəbsiz bir şeyi ədəbsizcəsinə ifadə edir, yaxud göstərir.
  • Günahdan azad olmaq böyük təskinlikdir.

H[redaktə]

  • Hakim – danışan qanun, qanun isə – lal hakimdir.
  • Hakim vicdanının gücü böyükdür.
  • Hakimin söz ya nitqlə ələ alınması daha böyük faciədir, nəinki rüşvətlə.
  • Hansı ömrü uzun ömür hesab edək? Ümumiyyətlə, insan həyatında uzun nə ola bilər? Biz yalnız insanlara verilən və onların hesab etdikləri ilə müqayisə edərək bütün uzun və qısa şeyləri adlandırırıq. Aristotelin sözlərinə görə, Avropa tərəfdən Ponta axan Qipanis çayında birgünlüq kəpənəklər yaşayır: onlardan səkkiz saat yaşayanı qoca yaşında ölür, qüruba qədər yaşayanı isə ən qoca yaşda ölür və bu hadisə xüsusilə günəşin pik nöqtəsində daha nəzərə çarpır. İnsan uzunömürlülüyünü əbədiliklə müqayisə etsək görərik ki, biz birgünlük həşəratlar kimi məxluqlarıq.
  • Hara yaxşıdırsa, ora vətəndir.
  • Heç bir ixtira birdən-birə mükəmməl ola bilməz.
  • Heç kim günah etməməlidir.
  • Heç kim hamı ilə baş verən hadisədən xüsusi olaraq kədərlənməməlidir.
  • Heç vaxt kimisə özündən yaxşı hesab edən şair, nə də natiq olmayıb.Bu, hətta axmaqların qismətidir.
  • Herodot tarixin atasıdır.
  • Heyvanlardan ən üstün cəhətimiz ondan ibarətdir ki, biz bir-birimizlə danışa və hisslərimizi ifadə edə bilirik.
  • Həddən artıq həzz nifrətlə qonşudur.
  • Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir.
  • Həqiqət öz-özünü müdafiə edir.
  • Həqiqətdən şirin şey yoxdur.
  • Həqiqinin müdafiəsi üçün dəlillər ağla yalanın təkzib edilməsi kimi asan gəlmir.
  • Hər bir insan-daxili dünyasının əks olunmasıdır. İnsan necə düşünürsə, həyatda da o cürdür.
  • Hər bir insan səhv edə bilər, yalnız axmaq adam səhv etməyə inad göstərir.
  • Hər bir mərmər parçasında hətta Praksitelin həkkak qələminə layiq başlar yerləşir. Düzəldilən heykəl artıq daxildədir.
  • Hər kəs xəta edir, ancaq axmaqlar xətalarında israr edirlər. [1]
  • Hər kəs öz vəziyyətini ən bədbəxt hesab edir və hər kəs yerləşdiyi yerdə olmağı istəmir.
  • Hər kəs üçün gözəl olan ona məxsus olandır.
  • Hər kəs yanıla bilər, öz qəbahətlərini höcətliklə doğrultmağa çalışanlar səfehdirlər.
  • Hər kəsə özünün və kömək edəcəyi insanın gücü çatdığı qədər kömək etmək lazımdır. Bir adama qulluq göstərmək istəyirsənsə, əvvəlcə onun bu qulluğu daşıya bilib-bilmədiyini öyrən.
  • Hər kəsə verə biləcəyin və sevdiyin və kömək etmək istədiyin adamın qəbul edəcəyi qədər yaxşılıq etmək lazımdır.
  • Hər kəsin iki vətəni olur: biri doğulduğun yer, digəri isə vətəndaş olduğun yer. Mən heç vaxt, hətta ikinci daha geniş, birinci onun tərkib hissəsi olsa belə, birinicini vətən adlandırmaqdan imtina etmərəm.
  • Hər kəsin öz fikri olmalıdır.
  • Hər şeyi silahla yox, hüquqi yolla həll etmək lazımdır.
  • Hər şərab və hər xasiyyət yaşla xarab olmur.
  • Hərdən işi-gücü olmayan özünü azad insan adlandıra bilər.
  • Hətta dəlilərin və sərxoşların xəyallarından gələcəyə aid edilə bilən çox şeylər götürmək olar. Əgər insan bütün günü hədəfə nizə atırsa, o nə vaxtsa hədəfə sancılacaq.
  • Hətta dostuna görə etsən belə, pis hərəkətə görə heç bir üzr istəmək ola bilməz.
  • Hətta quldurların da öz qanunları var.
  • Həyatda da, nitqdə də yerində olanı görməkdən çətin şey yoxdur.
  • Həyatımızda yeganə pis olan şey, etdiyimiz günahlardır. Günahlar isə insandan asılı olmayan yerlərdə baş vermir.
  • Həzz alanda da ölçünü gözlə.

X[redaktə]

  • Xalqa böyük görünən natiq böyükdür. Kütlənin bəyəndiyini yaxşı bilənlər də bəyənməli olurlar.
  • Xeyirxah insanlar arasında hər şey xeyirxahdır.
  • Xəstələr üçün həyat var olduqca ümid də var.
  • Xəzinəni boş şeylərə sərf edərək tamamilə boşaltmış Qay Qrakx sözdə həmişə xəzinənin müdafiəçisi idi.
  • Xidmət göstərilən xidməti xatırlamalı, xidmət göstərən isə xatırlamamalıdır.
  • Xoşbəxt anlarında çətinliklərdən həmişəlik xilas olduğunu düşünənlər səhv edir.
  • Xoşbəxt həyatın mahiyyətini ruh yüksəkliyində görürəm.
  • Xoşbəxtlik, düzgün işlərdəki xoşbəxtlikdən başqa bir şey deyil.
  • Xoşbəxtliyi Allahdan istə, müdrikliyi özün qazan.

İ[redaktə]

  • İçində kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir.
  • İlk baxışdan elə görünür ki, sadə nitqi yamsılamaq çox asndır. Amma ilk təcrübələr göstərir ki, bu heç də asan iş deyil.
  • İndi xalq rəhbərlərinə nifrətdən başqa xalqın hörmətinə layiq olan başqa bir şey yoxdur.
  • İnsan ağlı biliklə və düşüncə ilə tərbiyə olunur.
  • İnsan nə qədər ağıllı və məharətli olsa belə, təmiz adını itirərsə, o özünə qarşı daha çox nifrət oyatmış olur.
  • İnsan nə qədər ağıllıdırsa, bir o qədər təvazökardır.
  • İnsan nə qədər istedadlı və bacarıqlı olarsa, bir o qədər əsəbi və əzabla öyrədir.
  • İnsan nə qədər şərəflidirsə, başqalarının şərəfsizliyinə bir o qədər az şübhələnir.
  • İnsan ölsə də, fikirləri ölmür. Ola bilsin ki, bu fikirlərdə sağ olan vaxtı insandan gələn işıq çatışmır.
  • İnsan özünü itirmədən özünü tapa bilməz.
  • İnsan ümidi necə də aldadıcıdır!
  • İnsan zəkası həmişə hansısa bir fəaliyyətə can atır və heç bir halda fasiləsiz istirahətə dözmür.
  • İnsan zəkasının itiliyi göyə daxil ola biləcək qədər böyük deyil.
  • İnsana: "Özünü bil!" deyilməsi, tək qürurunu qırmaq üçün deyil, dəyərini də bildirmək üçündür.
  • İnsanı dərindən başa düşmək və öyrənmək, baş verən heç nəyə təəccüblənməmək, baş verməmiş bir şeyi qabaqcadan mümkünsüz hesab etməmək. Bu, ali və ilahi bir hikmətdir.
  • İnsanı sevməzdən əvvəl mühakimə etmək lazımdır. Sevəndən sonra mühakimə etmirlər.
  • İnsanın əsas meyli təbiətə uyğun olana yönəldilmişdir.
  • İnsanlar hər dəfə səxavətlilik göstərəndə maddi vəsaitlərə ehtiyacları olur və başqasının malını mənimsəməyə məcbur qalır.
  • İnsanlar nədənsə qorxu altında olduqları zaman qələbədən sonra olduqlarından daha çox xeyirxah olurlar.
  • İnsanlar insanlara ən böyük fayda və ən böyük ziyan gətirir.
  • İnsanları aldadan insan özünü vicdanlı kimi göstərməyə çalışır.
  • İstədiyimizə ümid edək, baş verəcək şeyləri isə təxirə salaq.
  • İstəmədiyin şeyin yoxluğu səni narahat edə bilməz.
  • İş, çəkilən zəhmətə dəyər.
  • İş özü barədə danışırsa, sözlər nəyə lazım?
  • İşə baxan hakimin işi həmişə həqiqəti gözləmək, müdafiəçinin işi isə tam həqiqət olmasa da, bəzən həqiqətə bənzəri müdafiə etməkdir.
  • İşi ehtiyatla görmək lazımdır.
  • İşlər sözlərə səbəb olur.
  • İtlər oğrularla düzgün adamları seçə bilmirlər, amma hər hansı bir adamın gecə vaxtı Kapitoliyaya daxil olmasını bildirirlər. Bu, şübhə yaradır və onlar heyvan olsalar da, səhvən hürüb öz sayıqlıqları ilə xeyir verirlər. Ancaq, itlər gündüz, insanlar Allahlara sitayiş etməyə gələndə hürərlərsə, mənə elə gəlir ki, sayıqlıq göstərdiklərinə, şübhə üçün əsas olmadığına görə vurub onların ayaqlarını qırarlar. İttihamçıların da vəziyyəti eyni ilə bu cürdür.
  • İttiham cinayətin mövcudluğunu güman edir.
  • İttiham olunan üçün ən arzu edilən şey ittiham olunanın etiraf etməsidir.

K[redaktə]

  • Kağız utanıb qızarmağı bilmir.
  • Kədərdən uzaq olma hissin kədərdən də böyük bədbəxtliyə çevrilməməsi üçün ağır yaraya kədərlənmək lazımdır.
  • Kəbin ittifaqı – insan cəmiyyətinin birinci pilləsidir.
  • Kim ki hökmlər verir, hərdən itaət etməyi də bacarmalıdır. Kim ki ləyaqətlə idarə edir, gələcəkdə hökmlər verməyə layiqdir.
  • Kitabsız ev ruhsuz bədən kimidir.
  • Konsullar üçün ali qanun xalqın xoşbəxtliyidir.
  • Köləlik, bütün bədbəxtliklərin ən ağırıdır.
  • Köləliyi xatırlamaq azadlığı daha şirin edir.

Q[redaktə]

  • Qanun, lazım olan şeyi etməyi əmr edir, ona qarşı olanı isə qadağan edir.
  • Qanunlar insanın xoşbəxtliyi üçün yaradılıb.
  • Qanunları bilmək onun sözlərini xatırlamaq yox, onların mənasını dərk etməkdir.
  • Qanunun son dərəcə ciddiliyi son dərəcə ədalətsizlikdir.
  • Qədim məsəldə deyildiyi kimi, cəsur insana təkcə tale yox, ağıllı fikir də çox kömək edir.
  • Qələm - ən yaxşı müəllimdir, yazılmış nitq ən yaxşı düşünüləndir. Xahiş edirəm, ümumi sözlərlə danışma.
  • Qəzəbli şahidin ifadələrinə güvənmək olmaz.
  • Qoca qarılar tez-tez iki-üç gün yemək yemirlər. Amma atleti yeməkdən bircə gün məhrum et, o, haray-həşir salaraq, ağlaya-ağlaya qulluq etdiyi Olimp Yupiterə daha dözə bilmədiyini söyləyəcək. Vərdişin gücü həqiqətən böyükdür!
  • Qocalığa çatmağı hamı arzulayır, çatanda isə onu günahlandırırlar.
  • Qocalığın tacı- ümumi hörmət və nüfuzdur.Kim ki, bu mükafatlara layiq görülübsə, mənə elə gəlir ki, o, həyat dramını axıra kimi oynayıb və son pərdədə təcrübəsiz aktyorlar kimi biabır olmayıb.
  • Qocalığın yaş həddi yoxdur və qocaların həyatı ağır həyat yükünü daşımaqla və ölümə nifrət etməklə bağlıdır. Ona görə də qocalıq gənclikdən daha cəsarətli və daha güclüdür. Tiran Pisistrat Solondan onun cəsarətlə müqavimət göstərməsinə güc verənin nə olduğunu soruşanda o cavab verir: “Qocalıq”.
  • Qocaları işdən uzaqlaşdırmaq istəyənlərin gəmi üzərkən sükançının heç nə eləmədiyini iddia edənlər kimi heç bir əsası yoxdur.
  • Qoy hər kəs bacardığı yolla getsin. Çünki, əgər birinci olmağa çalışsan,ikinci, üçüncü olmaq da biabırçı deyil.
  • Qoy hər kəs öz imkanlarını bilsin və aktyorların bizdən daha ağıllı görünməməsi üçün özünün yaxşı və pis keyfiyyətlərinin ağıllı hakimi olsun. Çünki, aktyorlar özləri üçün ən yaxşı şeyləri yox, onlara uyğun gələn faciələri seçirlər. Beləliklə, aktyor bunu səhnədə başa düşər, ancaq müdrik insan həyatda başa düşməz?
  • Qoy hər kəs öz qabiliyyətini dərk etsin, özünü, öz üstünlüklərini və qüsurlarını ciddi mühakimə etsin.
  • Qul olmaqdansa, ölmək daha yaxşıdır.
  • Qüsurda ölçü axtarmaq, bu, Levkad qayasından özünü atıb hündürlüyün yarısında dayanmağa ümid etmək kimi bir şeydir.

L[redaktə]

  • Latın dilini bilmək yaxşı olsa da, onu bilməmək qəbahətdir.
  • Layiq olmayana edilən yaxşılığı mən pislik hesab edirəm.
  • Lovğalanmaq — zəifliyin birinci əlamətidir, amma böyük işlər bacaran insanlar dillərini dişlərinin dibində saxlayırlar.

M[redaktə]

  • Magistrat (qədim Romada: ali dövlət vəzifəsi) – bu, danışan qanundur, qanun isə susan magistratdır.
  • Mark Krase kar sayaq idi. Bədbəxt bir kar sayaq: o, əleyhinə deyilən axmaq sözləri eşitmiridi.
  • Məgər alicənab insana yalan danışmaq yaraşarmı?
  • Məhz hərəkət, fəzilətə həqiqi dəyər və ləyaqət verir.
  • Məktub, sözə yiyələnmək sənətini inkişaf etdirir.
  • Mən axmaqlığımdan təkcə pərt olmur, eyni zamanda utanıram.
  • Mən bir dəfə də olsun eşitməmişəm ki, kimsə qocalıqda harada xəzinə gizlətdiyini unutsun.
  • Mən, boşboğaz ağılsızlığın təmkinli şüurluluğuna üstünlük verirəm.
  • Mən çoxdan cəhd edirəm ki, görüşlər zamanı sizə bu barədə danışım, amma hansısa kəndli abırı məni qorxutdu. Bunu uzaqdan daha cəsarətlə deyə bilərəm. Axı, məktub utanıb qızarmır.
  • Mən dövlətin əbədi olmaq əvəzinə Yuli Sezar kimi bir nəfərin itaətində olmasına kədərlənirəm.
  • Mən etdiyimdən artıq edə bilmirəm.
  • Mən ən ədalətli müharibədə ən ədalətsiz sülhün tərəfdarıyam.
  • Mən ən ədalətsiz sülhü ən ədalətli müharibədən üstün tuturam.
  • Mən heç vaxt öz istirahət vaxtımdakı qədər məşğul olmamışam.
  • Mən həmişə hesab edirdim ki, dostlarımın, xüsusi ilə də aşağı səviyyədə olan dostlarımın düşmənlərini təqib etmək və özünü bu dayaqdan məhrum etmək lazım deyil.
  • Mən indiki biliklilərlə həqiqəti bölüşməkdənsə, Platonla yanılmağa həvəslə hazıram.
  • Mən kütlə üzərində hökmranlığın dövlət anlayışına aid edilməsini başa düşə bilmirəm. Mən hüquqlarına münasibətdə birgə razılığı qoruyub saxlayanı xalq adlandırıram.
  • Mən ölümdən və Allahlardan daha çox qorxan birini tanımıram. Epikür isə təsdiqləyir ki, ümumiyyətlə, qorxmaq lazım deyil. O elan edir ki, qorxunu hamı hiss edir, amma qorxu hissi orta insanın bir o qədər də vecinə deyil. Ölüm cəzası nəzərdə tutulsa da, minlərlə insan yenə də quldurluq edir, digərləri bacardıqları qədər məbədləri qarət edir. Amma buna baxmayaraq, çoxları nə ölümdən, nə də Allahlardan qorxur.
  • Mən öz sücayətimlə əcdadlarımın yolunu işıqlandırdım. Əgər onlar əvvəllər məşhur deyildirlərsə, indi xatırlanmalarına görə mənə borcludurlar.
  • Mən Platonla birlikdə səhv etməyi insanlarla düzgün mülahizələr etməkdən üstün tuturam.
  • Mən saçlarını səliqə ilə yığmış Yuli Sezarın başını bir barmağı ilə qaşımasını görəndə, belə zənn edirəm ki, o, Roma dövlət quruluşunu devirmək kimi cinayət düşünə bilməz.
  • Məşhur adamlara istinad etmək lazım deyil. Çünki, biz onların adları ilə çağrılmasını istəyib-istəmədiklərini bilmirik.
  • Məşhur aktyor Turpion Ambivi birnci cərgədə oturanlara daha çox həzz gətirir, amma axırıncı cərgədə oturanlar da həzz alır. Həzzə daha yaxın olan gənclik daha çox sevinir. Amma ona uzaqdan baxan qocalıq da həzz alır. Qocalıqda sanki şəhvətdə, şöhrətpərəstlikdə, rəqabətdə, düşmənçilikdə, hər cür ehtiraslarda xidmətini başa vuran ruh təkbaşına qala bilər və necə deyərlər, özü üçün yaşaya bilər!
  • Müdrik adamın vəzifəsi adətlərə, qanunlara, qaydalara qarşı çıxmadan öz sərvətini himayə etməkdir.
  • Müdrik insanların əməlləri ağıldan, dayaz düşüncəlilərinin təcrübədən, cahillərin isə heyvani təbiətin zərurətindən irəli gəlir.
  • Müdriklik, elmlərin mənbəyidir.
  • Müdrikliksiz ədalət çox şeyi, ədalətsiz müdriklik isə heç nəyi bildirir.
  • Müdrikliyə malik olmaq kifayət deyil, ondan istifadə etməyi də bacarmalısan.
  • Müharibə sürət tələb edir.
  • Müharibələri sülhdə yaşamaq üçün başlamaq lazımdır.
  • Mülayimlik və yumşaqlıq tərifə layiqdir, ancaq ciddiliyin tətbiq edilmə həddi ilə.
  • Müttəfiqlərini müdafiə edən xalqımız dünyanı fəth etdi.
  • Müttəhim kürsüsünə qalxan vicdanlı adam şəxsi simpatiyalarını unudur.

N[redaktə]

  • Nadanlıq - ağlın aysız, ulduzsuz gecəsidir.
  • Natiqin ən böyük üstünlüyü- yalnız lazım olan şeyi demək yox, eyni zamanda lazım olmayan şeyi deməməkdir.
  • Nə axmaq insanlar arasında xoşbəxt, nə də müdriklər arasında bədbəxt insan olmur.
  • Nə etmək yox, onu adlandırmaq ədəbsizlikdir (Bədənin “eyibli” hissələri haqqında).
  • Nə əkərsən, onu da biçərsən.
  • Nə qədər gizlədilsə də, əxlaqsız olan şey heç cür əxlaqlı ola bilməz.
  • Nə qədər ki, mən ayaq üstəyəm, dövlət yıxıla bilməz.
  • Nə qədər ki, mən mövcud olacaq və hər cür günahdan azad olacağamsa, heç nədən həyəcanlanmayacam. Əgər mövcud olmayacağamsa, o zaman hər cür hissiyətdən tamamilə məhrum olacam.
  • Nə qədər müdrik olsan da, soyuq havada titrəyəcəksən.
  • Nəinki məqsədəuyğundur, eləcə də zəruridir.
  • Nəsr poeziyadan çətindir. Çünki, orada riayət etməli möhkəm bir ritmik qanun var, nitqdə isə qabaqcadan heç nə təyin edilməmişdir.
  • Nitq, əşya haqqında bilikdən irəli gəlməli və inkişaf etdirilməlidir. Əgər natiq onu bağrına basmasa,öyrənməsə, onun bəlağətli danışmağı əbəsdir, uşaq səyidir.
  • Nitqi yumorla canlandırmaq.
  • Nitqin təmizliyi natiqləri və şairləri oxumaqla təkmilləşir.

O[redaktə]

  • O şey ki, baş verməyəcək, o heç vaxt baş verməyəcək. Əgər baş verərsə, bu möcüzə deyil. Deməli, möcüzə ümimiyyətlə yoxdur.
  • O tərif xoşdur ki, onu şərəflə yaşayandan eşidəsən.
  • Onlardan qorxmalarını istəyən insanların özləri onlardan qorxacaq insanların özlərindən qorxacaq.
  • Onların susması- ucadan qışqırmaqdır. Roma, azadlığı edamların amansızlığı ilə qorxutmur. Çünki, qanunların mərhəmətliliyi ilə qorunur.
  • Onun özünə olan sevgisində rəqibi olmur (Böyük Pompey haqqında).

Ö[redaktə]

  • Ölçünü zarafatlarda da gözlə.
  • Ölməz Allahlar bizə yozucuların köməyi olmadan başa düşə bilmədiyimiz əlamətləri göndərərkən, qaça bilmədiyimiz şeylərdən xəbər verərkən nə demək istəyirlər? Hətta ən alicənab insanlar belə yaxınlaşmaqda olan və qaçılası heç cür mümkün olmayan bədbəxtlikləri dostlarına qabaqcadan xəbər vermirlər. Hər cür şərin qabaqcadan xəbər verilməsi o zaman xeyirxah bir iş olar ki, bu xəbəri gözlənilən şərdən uzaq olmaq barədə məsləhət müşayiət etsin. Əgər əlamətlərin Allahlar tərəfindən göndərildiyini hesab etsək, o zaman bu əlamətlər niyə aydın deyil? Əgər Allahlar həqiqətən bizə gələcəyi xəbər vermək istəyirsə, o zaman bunu aydın şəkildə xəbər verməlidir, yox əgər gizlətmək istəyirlərsə, o zaman bu barədə hətta dumanlı formada belə xəbər vermək lazım deyildi.
  • Ölümün nə ölülərə, nə də dirilərə aidiyyəti yoxdur. Biriləri artıq yoxdur, digərlərinə isə aid deyil.
  • Özümüzə görə nəyinsə arxasınca heç vaxt getmədiyimiz halda, dostumuza görə necə də tez-tez gedirik!
  • Özünü dərk et.
  • Özünü günahkar hesab etmək hissindən böyük pis hiss yoxdur.

P[redaktə]

  • Pansaya qarşı nitqində Hirtsi bir qadın haqqında deyir ki, o, on ay öz oğlunu “bətnində” daşımışdır. “Necə?- deyə Siseron təəccübləndi, - bəlkə, başqaları ciblərində daşıyır?”.
  • Pazı pazla çıxaran kimi, güya köhnə sevgini də yeni sevgi ilə sıradan çıxarmaq olar.
  • Pis ruh nəcib əməllərdə də pislik axtarır.
  • Pisliklərin nəinki ən kiçiyini , eyni zamanda onların içindən yaxşı ola biləcək pislikləri seçmək lazımdır.
  • Pompeyə qalib gələn Sezar onun məğlub edilmiş heykəllərini şərəflə bərpa etmək əmrini verdi. Siseron deyir: “Pompeyin heykəllərini bərpa etməklə Sezar öz heykəllərini möhkəmlədir”.
  • Pulu olan cəzalandırıla bilməz.

R[redaktə]

  • Razı qalan unudur, incik qalan isə xatırlayır.
  • Rəqib də, paxıl da başqasının malı üçün üzülür. Fərq yalnız ondadır ki, rəqib malı olmadığına görə, paxıl isə onun malından başqasında da olduğuna görə üzülür.
  • Ruh keçmişi xatırlayır, indini görür, gələcəkdən xəbər verir.
  • Ruh mütləq yüksəkliyə (ideallara) can atır.
  • Ruh öz xəstəliyi haqqında yalnız o vaxt mühakimə etməyə məcbur qalır ki, mühakimə edənin özü xəstə olur.
  • Ruhlanmış fəaliyyətin tezliyi ilə heç nə müqayisə edilə bilməz. Tərəzinin gözü yükün ağırlığından aşağı endiyi kimi, ruhumuz da aşkarlığın təsirinə məruz qalır.

S[redaktə]

  • Sahib olduğundan artıq bir şey istəməyən insan zəngindir.
  • Savaşda qanunlar susar, silahlar danışar.
  • Say uyğunluğu qədər ruhumuza xas olan heç nə yoxdur.
  • Saysız-hesabsız canlı varlıqlar içərisində insan adlanan varlıqdan başqa heç bir canlı varlığa nə dərrakə, nə də düşünmək qabiliyyəti verilib.
  • Sezar inciklikdən başqa heç nəyi unutmur.
  • Sevgi – öz gözəlliyi ilə cəlb edənin dostluğunu qazanmağa cəhddir.
  • Sən qorxduğunu və səndən qorxanı sevmək olmaz.
  • Sərkərdə və əsgər üçün eyni iş müxtəlif cür çətindir. Bu iş sərkərdə üçün asandır. Çünki, bu onun üçün şərəf məsələsidir.( Ksenofontun fikirlərinin sərbəst ifadə edilməsi).
  • Sərkərdənin şərəfli ölümü. Adətən, filosoflar yataqda ölürlər. Necə ölmək də əhəmiyyətlidir.
  • Sifət- qəlbin güzgüsüdür.
  • Silahlar atılanda qanunlar susur.
  • Silahlı mübarizənin qarşısının alınması üçün hər şey edilməlidir.
  • Sirakuzdan qovulan tiran Dionis Korinfdə balaca uşaqları öyrədirdi. Çünki, o hər hansı bir kiçik hakimiyyətdən belə ayrılmaq istəmirdi!
  • Siseron alçaq boylu yeznəsi Lentulun belindən uzun bir qılıncın asıldığını görüb deyir: “ Kim mənim yeznəmi qılınca bağlayıb?”
  • Siseron bir dəfə Damasippingildə şam yeməyi yeyirmiş. Damasipp onu adi, təzə şəraba qonaq edib deyir: “ Bu qırx illik falern çaxırından iç”. – “Əhsən, -Siseron deyir, -yaşına görə çox təzə qalıb”.
  • Sistemlik - elmi gözəl başa düşməyin əsas şərtidir.
  • Sokratın müdrikliyi ondan ibarət idi ki, o bilirdi ki, bilmir, amma bu barədə düşünmürdü.
  • Sonradan peşmançılıq çəkəcəyi şeyi etmək müdriklərə xas deyil.
  • Sonu olan hər bir şey əbədi deyildir. Son gələndə məlum olur ki, keçmiş artıq arxada qalıb. Kimə nə qədər vaxt ayrılıbsa, onunla kifayətlənməlidir. Çünki, aktyor dramı əvvəldən axıra kimi oynamasa da, uğur qazana bilər. Ona xoş gələn səhnələrdə çıxış etməsi kifayət edər. Müdriklərin də son “Alqışlayın!”a qədər getməsinə ehtiyac yoxdur.
  • Sözün gücü ilə dinləyici kütləsini özünə cəlb etmək, iradələrini istədiyin yerə istiqamətləndirmək, istənilən şeydən çəkindirmək bacarığından gözəl şey bilmirəm.
  • Sülhlə köləlik arasında böyük fərq var. Sülh, sakit azadlıqdırsa, köləlik isə bütün şərlərin ən pisidir və biz onu nəinki müharibənin köməyi ilə, eləcə də həyatımız bahasına dəf etməliyik. Sezar azad vətəndaşları gah qorxudaraq, gah da səbr göstərərək köləliyə öyrədirdi.
  • Sülhü razılıqla yox, qələbə ilə əldə edirlər.
  • Sürgün edilmə, bütün dünyanı vahid bir dolu sayanlar üçün yox, yaşamaq üçün özünə yer ayırmışlar üçün qorxuludur.

Ş[redaktə]

  • Şair kimi doğulurlar, natiq isə olurlar.
  • Şəraitin müxtəlifliyi və bəxtin dönüklüyü qədər oxucuya zövq verə biləcək başqa şey yoxdur.
  • Şərəf və düzgünlük ədalətin təməlidir.
  • Şöhrət, axmaqlardan və yaramazlardan ibarət kütlənin məhkəməsidir.
  • Şöhrət üçün kifayət qədər, vətən üçün az yaşadı.
  • Şübhələrin köməyi ilə həqiqətə çatırlar.

T[redaktə]

  • Tale nəinki özünü, eləcə də bağrına basdığı hər kəsi kor edir.
  • Tanıdığım şairlərin hamısı özünü ən yaxşı şair hesab edirdi.
  • Tanınmış, adlı-sanlı adamların öz əcdadlarına layiq olması dövlət üçün faydalıdır.
  • Tarentli Arxitin təkrarlamağı sevdiyi sözlər ədaətli sözlərdir: “Əgər kimsə göylərə qalxıb kainatın nəhəngliyini, gözəlliyini görə bilsəydi, bu tamaşa ona heç bir sevinc gətirməzdi. Amma o gördüyünü başqasına danışa bilsəydi, bunu çox heyranlıqla edərdi”. Təbiət tənhalığı sevmir.
  • Tarix- keçmişin şahidi, həqiqətin işığı, canlı xatirə, həyat müəllimi, keçmişin xəbər gətirənidir.
  • Tarix- zamanın şahidi, həqiqətin işığı, yaddaşın həyatı, həyatın müəlliməsi, keçmişin müjdəçisidir.
  • Tarixi bilməmək deməli həmişə uşaq qalmaq deməkdir.
  • Tarixin birinci qanunu - nə cür olmasından asılı olmayaraq hər cür yalandan qorxmaq, sonrakı qanunu - nə cür olmasından asılı olmayaraq hər cür həqiqətdən qorxmamaq.
  • Təbiət aza qane olur.
  • Təbiət bizə daimi yaşayış yox, müvəqqəti sığınacaq verib.
  • Təbiət insanı həqiqəti aşkar etmək cəhdi ilə mükafatlandırıb.
  • Təbiət qədər ixtiraçı heç nə yoxdur.
  • Təbiət qədər nizamlı heç nə yoxdur.
  • Təbiət mənə rəhmli, vətən sərt olmağı əmr etdi. Amansız olmağı isə nə vətən, nə də təbiət əmr etmədi.
  • Təbiət nə qədər az, nə qədər kiçik şeylərə ehtiyacı olduğunu bizə hər gün xatırladır.
  • Təbiət tənhalığı sevmir.
  • Təbiət tərəfəindən bizə şeylərin hüdudlarını dərk etmək verilməyib.
  • Təbiət yox etməyə nifrət edir.
  • Təbiətcə, dünya yalnız bədii əsər yox, həm də rəssamdır.
  • Təbiətcə hər kəs özü üçün əzizdir.
  • Təbiətə uyğun olaraq edilən hər şey xoşbəxt hesab edilməlidir.
  • Təbiətə uyğun olaraq yaşamaq lazımdır.
  • Təbiətin bizə bəxş etdiyi həyat yolu qısadır, amma şöhrət yolu hüdudsuzdur.
  • Təbiətin gücü çox böyükdür.
  • Təbiətin öyrənilməsi və müşahidə edilməsi elmi yaratdı. Elə bir adam tapılarmı ki, şanlı abidələrin şahidi olmuş keçmiş onda təəssürat yaratmasın?
  • Təbiətin rəhbərliyi altında heç cür səhv etmək olmaz.
  • Tədbirli təbiət insanları yerdən qaldıraraq onları uca və düz qamətli etdi.
  • Təəccüblüdür ki, falçı kahinlər bir-birinin üzünə baxanda gülməkdən özlərini necə saxlaya bilirlər.
  • Təhlükəsizlikdə olanda keçmiş iztirabları xatırlamaq həzz gətirir.
  • Təhsilsiz keyfiyyətlər keyfiyyətlərsiz təhsildən daha çox şöhrət gətirir.
  • Təsadüf qədər ağıla və qaydaya ziddiyyət təşkil edən ikinci bir şey ola bilməz.
  • Təsadüfi və sərbəst surətdə baş verəcək şeyləri Allahın özü də bilməz. Yox, əgər bilərsə, bu baş verəcək müəyyən bir şeydir. Əgər müəyyən olan baş verəcəksə, bu artıq təsadüf deyildir.
  • Təvazökarlıq həddini bir dəfə aşan bunu daima və utanmadan edəcək.
  • Təvazökarlığın sərhədini bir dəfə aşan sona qədər abırsız olmalıdır.
  • Tiran olan yerdə nəinki axmaq, ümumiyyətlə heç bir dövlət olmur.
  • Tirannion mənim kitablarımı qaydaya salandan sonra mənə elə gəlir ki, evim ağıllandı.
  • Torpaq aldığını artıqlaması ilə geri qaytarır.

U[redaktə]

  • Ulduz falına münasibətim: Kanndakı döyüşlərdə həlak olanların hamısı bir ulduz altında doğulmuşdu?
  • Utancaq insanın ona borclu saydığı adamdan böyük bir şey xahiş etməsi çətindir. Çünki, belə halda onun hərəkəti yaxşılıq kimi yox, borca görə haqq istəməsi kimi görünə bilər.

Ü[redaktə]

  • Ümid etmək, qorxmaqdan daha yaxşıdır.
  • Ürəkdən yanmayan və hansısa ilhamlanmış ağılsızlığa malik olmadan yaxşı şair olmaq olmaz.

V[redaktə]

  • Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir.
  • Vərdiş, ikinci naturadır.
  • Vətəndaş müharibələrində hər şey bədbəxtlikdir. Amma bu müharibələrdə ən bədbəxt şey qələbə çalmaqdır. Qalib gəlməyinə kömək edənlərə güzəştə gedərək hətta öz istəyinin əksinə çox şeylər etmək lazım gəlir.
  • Vətəndaşları saylarına görə yox, çəkilərinə görə qiymətləndirmək lazımdır.
  • Vətəndə həlak olmaq onu xilas edərkən yıxmaqdan yaxşıdır.
  • Vicdanın əzəməti böyükdür: o, günahsızdan qorxu hissini götürür, günahkarın layiq olduğu bütün cəzaları xəyalında canlandırır və eyni hisslər keçirməyə vasitəçi olur.

Y[redaktə]

  • Yaxşı becərilmiş tarladan gözəl heç nə yoxdur.
  • Yaxşı bir dost ikinci bir "mən"dir.
  • Yaxşı və pis işlər ağlın köməyi ilə edilir.Yaxşı işlər az və nadir hallarda, pis işlər isə tez-tez və çox baş verir.Əgər Allahlar insanlara pislik etmək istəsəydilər, onları ağılla mükafatlandırmaqdan yaxşı üsul tapa bilməzdilər.
  • Yaxşılığınızın mükafatı etdiyiniz yaxşılıqların içərisində gizlənmişdir.
  • Yaxşı yaşamaq üçün qısa bir müddət kifayət qədər üzundur.
  • Yaxşılığı unudana hamı nifrət edir.
  • Yalançı hətta həqiqəti söyləyəsə belə, ona inanmırıq.
  • Yalnız ali hakimyyətdən istifadə edən xalq və cəmiyyət azaddır.
  • Yalnız alim adamlar və yunanlar verilən mövzunu hazırlıqsız mülahizə etməyə adət ediblər.
  • Yalnız öz borcunu yerinə yetirməyə sevinən insan sərbəst yaşayır.
  • Yaltaq görünməmək üçün lovğa olmaq istəmirəm.
  • Yaltaqlar üçün qulaqlarımızı açmaqdan və onların bizə yaltaqlanmalarından çəkinməliyik.
  • Yaltaqlıq, qüsurların köməkçisidir.
  • Yanılmaq hər bir insana, yanılmaqda inad göstərmək isə axmaq insana xasdır.
  • Yer öz oxu ətrafında fırlanır.
  • Yığcamlıq, həm senator, həm də natiq üçün ən yaxşı tövsiyyədir.
  • Yunanıstan alimliyi, ədəbiyyatı ilə həmişə bizi qabaqlamışdır. Məgər burada müqavimət göstərməyənləri dəf etmək çətindirmi?

Z[redaktə]

  • Zərurət istirahət bilmir.
  • Zərurət- qorxulu silahdır.

İstinadlar[redaktə]

Vikianbarda Mark Tulli Siseron ilə əlaqəli mediafayllar var.

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014